Əlbir olub bələdiyyə icra ilə... - İmişlidə NƏ İŞLƏR ÇEVRİLİR?
Tarix: 16-09-2023, 08:50 | Çap et
 Bir neçə həftə əvvəl "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda canlı yayımlanan "Kamalın zamanı" proqramında, İmişli rayon bələdiyyəsinin özünün sözlərinə görə rayon İcra Hakimiyyəti ilə əlbir olub qanunsuz işlər gördüyününün - "ölü canlar" saxladığının anonsunu vermişdik.
Təkrar olaraq, xatırladırıq ki, bir müddət əvvəl redaksiyamıza İmişli rayon sakini Əkbərova Əsmər Allahyar qızı tərəfindən müraciət daxil olub. Xanım müraciətində bildirir ki, "Maddi vəziyyətim çox ağırdır. Ailəmdə kimsə işləmədiyi üçün övladlarımı dolandırmaq üçün əziyyət çəkirdim. Bununla bağlı ünvanlı sosial yardım üçün İmişli rayonunda Dövlət Sosial Müdafiə Fonduna müraciət etdim. Mənə bildirdilər ki, ünvanlı sosial yardım aztəminatlı ailələr üçün nəzərdə tutulub. Yalnız, minimum əmək haqqı ilə işlədiyim halda mən də bu yardımdan yararlana bilərəm.
Hər hansı bir işlə təmin olunmağım üçün İmişli rayon İcra Hakimiyyəti başçısınndan xahiş etdim. Bundan sonra, İmişli rayon Bələdiyyəsinin sədri Mehman İsmayılov məni rəsmi olaraq (yalnız kağız üzərində) işlə təmin etdi və maaş kartını mənə verərkən bildirdi ki, "hər ay bu karta köçən məbləği çəkib mənə gətirəcəksən". Bir neçə ay belə də etdim. Mənə ünvanlı sosial yardım təyin edildi, adım isə kağız üzərində şəhər bələdiyyəsində işçi olaraq gedirdi. Mehman İsmayılovun tapşırdığı kimi hər ay onların verdiyi maaş kartına köçən məbləği aparıb ona verirdim. Sonra ehtiyacım yarandı 2-3 ay karta köçən maaşın üstündən 15-20 manat götürməli oldum.
Belə olan halda Mehman müəllimin mənə acığı tutdu və bu barədə İcra başçısı Elçin Rzayevə məlumat verdi. Elçin Rzayev məni otağına çağırıb, elə Mehman müəllimin yanında danladı ki, "niyə pulun üstündən götürürsən? Axı sən bilirsən o pul sənin deyil". Mən də çox utandım və söz verdim ki, bu hal bir də təkrar olunmayacaq.
Sonrakı aylardan birində elə oldu ki, övladım xəstələndi və onun müalicəsi üçün həqiqətən ehtiyacım yarandı. Məcburiyyət qarşısında qalaraq, karta köçən məbləğin hamısını xərclədim. Bu səbəbdən də mənim xəbərim olmadan Mehman İsmayılov məni 70-in "Ç" bəndi ilə işdən çıxarıb. 4-5 ay idi ünvanlı sosial yardım alırdım, ordan da yardım dərhal kəsildi. İndi nə o maddə ilə heç yerdə işləyə bilmirəm, nə də ünvanlı sosial yardım almıram, övladlarım evdə acdır".
Xanım hətta telefonla danışarkən bildirdi ki, bu kimi faktlar İcra Hakimiyyəti və şəhər bələdiyyəsində 10-larladır.
Qeyd edək ki, Əsmər Əkbərovanın müraciət ilə bağlı biz bələdiyyə sədri Mehman İsmayılov ilə də telefon əlaqəsi saxladıq. Mehman İsmayılov məlumatı təsdiq etdi, hətta Elçin Rzayevin də məsələdə qatqısı olduğunu bildirdi və xanımın işə getmədiyi halda hər ay maaş aldığını da vurğuladı.
Qeyd: Mehman İsmayılovla telefon danışığımızın səs yazısı və xanımın iddialarını təsdiq edən dəlillər maddi sübut olaraq redaksiyamızın arxivində saxlanılır.
Biz bütün bunlar barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və digər aidiyyatı qurumlara rəsmi sorğular göndərmişik və lazım gələrsə, əlimizdəki maddi sübutları da təqdim edəcəyimizi də vurğulamışdıq. Lakin, təəssüflər olsun ki, kifayət qədər zaman keçməsinə baxmayaraq, aidiyyatı qurumlar tərəfindən rəsmi müraciətlərimizə hələ də heç bir cavab göndərilməyib. Məsələ bu cür davam edərsə - aidiyyatı qurumlar məsələylə bağlı hər hansı tədbir görməzsə, biz növbəti günlərdə sözügedən dəlilləri ictimaiyyətə təqdim etmək məcburiyyətində qalacağıq.
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|