Ucar sakini acınacaqlı durumda... - TƏK BU DEYİL Kİ...
Tarix: 28-07-2023, 02:24 | Çap et
 Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edib. Söhbət habelə, “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə də dəyişikliklərdən gedir.
Qərarla xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri sütununa bir sıra yeni xəstəliklərin adları əlavə edilib. Həmin xəstəliklərin sırasında ürək, ağciyər xəstəlikləri öz əksini tapıb.
Son illər əlliliyin təyin edilməsi ilə bağlı ölkədə çoxsaylı şikayətlər eşidilir. Bu şikayətlərdə əlillik statusu almağın bir xeyli çətinləşdirildiyi bildirilir. “Qızımızın anadangəlmə xəstəliyi var,..." Ucar rayonun sakini 16 yaşlı S.İ.-nin valideynləri də qızlarına əlilliyin təmin edilməsi ilə bağlı şikayətlərini dilə gətiriblər. Adlarının çəkilməsini istəməyən valideynlərin sözlərinə görə, qızlarının ağır psixoloji xəstəliyi və buna dair bütün sənədlər olsa da, ona əlillik təyin edilmir: “Qızımızın anadangəlmə xəstəliyi var, danışa, özü yeyə bilmir. Diaqnoz da qoyulub. Qızımız pensiya alırdı, sonra kəsdilər, deyirlər təkrar müalicə edin. Pensiya yoxdur deyə, ona dərman da ala bilmirik”.
Valideynlər qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bir neçə gün əvvəl zəng vurub məsələ ilə maraqlanıb sənədləri qəbul etsələr də, hələlik ondan bir xəbər yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən həmin şikayətin taleyinə aydınlıq gətirmək mümkün olmayıb. Amma Nazirlikdən "Turan"a bildirilib ki, meyarlara yeni xəstəliklər əlavə edilib, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri artırılıb, bəziləri üzrə orqanizmin funksiyalarının pozulması müddəti “müddətsiz” müəyyən edilib:
“Bütün bunlarda məqsəd bu sahədə vətəndaş məmnunluğunun daha da artırılması, əlilliyin qiymətləndirilməsi sistemində növbəti təkmilləşdirmə və sadələşdirmənin təmin edilməsidir”.
Vurğulanıb ki, 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib, onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik statusu verilib: “Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur”.
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, problem Azərbaycanın başqa standartlara keçidlə bağlı qərar qəbul etməsindən başlayıb: “İnsanların xəstəlikləri və əlillik dərəcələri faizlə ölçülməyə başladı. Əvvəl əlilliyi qruplarla təsnifatlaşdırırdılar, indi isə əlillik əmək qabiliyyətinin neçə faiz itirdiyi ilə müəyyənləşdirilir”. "Bizdə isə bu yenə də insan faktoruna bağlı oldu" Hərçənd o, xatırladıb ki, bəzi ölkələrdə belə praktika var: "Amma orada avtomatlaşdırılmış bir sistem var və insan faktoru demək olar ki, sıfır dərəcəsindədir. Bizdə isə bu yenə də insan faktoruna bağlı oldu. Əvvəllər əlillik qrupları həkimlər təyin edirdi, indi isə eyni qaydada komissiya faizləri təyin etməyə başlayıb”.
O, qeyd edib ki, şikayətlər çox idi deyə indi Nazirlər Kabineti bəzi məsələlərə aydınlıq gətirməyə çalışır: “Əgər bu dəyişikliklər normal şəkildə tətbiq olunsa, son 2-3 ildə yaranmış narazlıqların bir çoxu aradan qalxa bilər. Amma yenə də bu insan faktoruna bağlı olacaqsa, hansısa korrupsiya halları, yaxud da rüşvət müqabilində xəstəliklərin qeyd olunması və ya əksinə səhvlərə görə qeyd olunmaması davam edəcəksə ciddi dəyişikliklərin olacağına inanmıram”.
2022-ci ilin iyunun 1-dən“Əlilliyin müəyyən olunması meyarları” qüvvəyə minib.
Bu meyarlara əsasən orqanizmin funksiyaları 30 faizdən artıq pozulduqda 31-60, 61-80 və 81-100 faizədək qiymətləndirilərək əlillik müəyyən edilir. Qiymətləndirmə 5 faiz aralığı ilə aparılır.
Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur. Əgər faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir //AzadlıqRadiosu//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|