Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                 

“SİZİN TƏLƏB İRƏLİ SÜRMƏK HAQQINIZ VARMI?”
Tarix: 5-12-2011, 18:33 | Çap et
“SİZİN TƏLƏB İRƏLİ SÜRMƏK HAQQINIZ VARMI?”

MÜBARİZ QURBANLIDAN MÜXALİFƏTƏ QƏRİBƏ İSMARIC

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı müxalif İctimai Palatanın 3 dekabr sessiyasında qəbul olunan bəyanata münasibət bildirib.

Dekabrın 5-də “Media forum” saytına açıqlamasında Mübariz Qurbanlı deyib: “İctimai Palata adlanan qurumun hansısa “Yol xəritəsi” rəsmi şəkildə hakim partiyaya daxil olmayıb. Rəsmi formada almadığımıza görə rəsmi formada da cavab verməmişik. İctimai Palata adlanan qurumun yaydığı və mətbuatdan tanış olduğum “Yol xəritəsi” adlı tezislər Azərbaycanın mövcud reallıqlarını özündə əks etdirməyən və başdan-ayağa söz yığnağından ibarət olan yazıdır. İctimai Palata adlanan qurumun iddia etdiyi və son iclasda səsləndirilən, mətbuat vasitəsilə yayılan fikirlərlə razı deyiləm”.

Mübariz Qurbanlı hesab edir ki, Azərbaycanda vətəndaş həmrəyliyi, vətəndaş sülhü mövcuddur və siyasi motivlərlə həbs olunan yoxdur: “Müxtəlif cinayət əməllərinə görə həbs olunanlar var. Onların barəsində məhkəmə qərarları mövcuddur. Əgər kimsə məhkəmə qərarından narazıdırsa, yuxarı məhkəmə instansiyalarına müraciət edə bilər.
İctimai Palata adlanan qurum iddia edir ki, guya vətəndaşların əmlakının qanunsuz formada əllərindən alınması halları var. Bu da əsassız və yersizdir. Hazırda ölkədə böyük quruculuq və abadlıq işləri həyata keçirilir, Bakının siması dəyişir, aparılan quruculuq və abadlıq işlərinə müvafiq olaraq vətəndaşların razılığı ilə müxtəlif yerlərdə söküntü işləri aparılır. Bunlar tam olaraq qanun əsasında reallaşdırılır”.

YAP icra katibinin müavini bildirib ki, İctimai Palata ölkədə həyata keçirilən abadlıq, quruculuq işlərindən, müsbət proseslərdən, hakimiyyətin gördüyü yaxşı işlərdən danışmaq əvəzinə xırda məsələləri şişirdir. Onun fikrincə, İctimai Palata heç bir qüvvəni təmsil etmir, bu qurumun arxasında xalqın dəstəyi yoxdur: “Ora yığılan insanlar müxtəlif siyasi partiyaların uğursuz nümayəndələridir. Siyasətin uğursuz nümayəndələrinin yığnağı adından hakimiyyətə, hökumətə tələb irəli sürmək özü cəfəngiyyatdan başqa bir şey deyil. Nə tələb edirlər? Kimdir bu tələb edənlər? Onların tələb etməyə haqqı, siyasi haqqı varmı? Seçkilərdə uğursuzluğa düçar olan, heç bir siyasi prosesdə bu və ya digər formada uğur əldə etməyən, xalq tərəfindən dəstəklənməyən, siyasi iqtidarda olduqları dövrlərdə buraxdıqları səhvlərə görə xalqın hakimiyyətdən qovduğu, dünyadakı siyasi prosesləri də kifayət qədər təhlil etmək qabiliyyətində olmayan bu insanların təşkil etdiyi bir qrup hansısa böyük iddialarla çıxış edir, hakimiyyətə tələblər irəli sürür və sair. Sizin tələb irəli sürmək haqqınız varmı? Tələb irəli sürməyiniz imkanlarınıza uyğun gəlirmi? Gəlmir.

Ona görə də onların bu iddialarının arxasında nə xalqın marağı dayanır, nə dövlətin marağı durur. Onların bu iddialarının arxasında yalnız və yalnız özlərinin konyunktura maraqları və Azərbaycanı istəməyən dairələrin mövqeləri ilə çulğaşan maraqlar dayanır. Ona görə də bunlara cavab vermək, vaxt itirmək, enerji sərv etmək lazım deyil. Toplaşırlar, danışırlar, hansısa fikirlər ortaya qoyurlar. Həmin fikirləri təhlil edəndə məlum olur ki, içində heç nə yoxdur, qərəzdir, böhtandır. Nə vaxt bir ideya ortaya qoymaq istəyirlərsə, hakimiyyət həmin ideyaları ya həyata keçirib qurtarmış olur, ya da həyata keçirir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət milli maraqlara cavab verdiyinə görə xalq tərəfindən dəstəklənir. Ona görə də İctimai Palatanın “Yol xəritəsi”, tələbləri, ultimativ tələbləri mənasızdır”.

İctimai Palatanın 3 dekabr sessiyasında qəbul olunan bəyanatda Azərbaycan hakimiyyətindən ölkədə ciddi siyasi və iqtisadi islahatlar aparılması üçün konkret əməli fəaliyyətə keçməsi, İctimai Palatanın “Yol xəritəsi”ndə irəli sürdüyü islahatlar və dialoq təkliflərinə münasibət bildirməsi, İctimai Palatanın siyasi motivlərlə və saxta ittihamlarla mühakimə edilərək həbs edilmiş və “Amnesty İnternational” tərəfindən vicdan məhbusu elan edilmiş üzvləri və digər fəalların qeyd-şərtsiz azad olunması, hakimiyyət tərəfindən həyata keçirilən təqib və təzyiqlərə, vətəndaşların mülkiyyətinin talanmasına son qoyulması, azad fikirli ziyalılara qarşı son zamanlar hakimiyyətin yüksək dairələrində planlaşdırılaraq həyata keçirilən, ölkədə milli birliyə böyük zərbə olan təzyiqlərə və anti-təbliğata son qoyulması, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirlərin görülməsi tələb olunur.

İctimai Palata habelə bəyan edir ki, ölkədə real siyasi-iqtisadi islahatlar başlanmasa, gün-gündən ağırlaşan ictimai-siyasi və sosial-iqtisadi durum səbəbindən istənilən anda cəmiyyətdə baş verə biləcək sosial kataklizmlər və vətəndaş qarşıdurmalarına görə bütün məsuliyyət prezident İlham Əliyevin və onun siyasi komandasının üzərinə düşəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru