ƏVƏZ ZEYNALLININ HƏBSİNİN BİR AYI TAMAM OLDU
Tarix: 29-11-2011, 18:12 | Çap et
BAŞ REDAKTORUN VƏKİLİNİN ƏLİNDƏN SƏNƏDLƏRİ ALINIB
Bu gün Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən bir ay keçir. Bununla bağlı, baş redaktorun hüquqlarının ictimai müdafiəsi ilə bağlı RATİ-nin Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib.
“Əvəz Zeynallının ictimai müdafiəsi uğurla davam etdirilir. İctimai müdafiə ilə məşğul olan hüquq müdafiəçiləri, jurnalist təşkilatları, media vasitələri istintaqın irəli sürdüyü ittihamın doğru olmadığını tam sübut etdi. İctimai fikir Əvəz Zeynallının sifarişlə həbsini qəbul edib və baş redaktora qarşı irəli sürülən korrupsiya ittihamını qınayır”, - deyə Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.
Hüquq müdafiəçiləri və jurnalist təşkilatlarının rəhbərləri baş redaktorun beynəlxalq səviyyədə müdafiəsinin təşkili sahəsində iş aparılmasının vacibliyini qeyd edib. “Əvəz Zeynallının həbsi, Xural qəzetinin fəaliyyəti ilə bağlı məlumatlar beynəlxalq təşkilatlara təqdim ediləcək. Beynəlxalq səviyyədə imzatoplama kampaniyası başlamalı, hökumət və dövlət başçılarına, aparıcı beynəlxalq təşkilatlara müraciətlər qəbul edilməlidir”, - deyə İnsan Hüquqları Uğrunda İctimai Birliyin rəhbəri Eynulla Fətullayev qeyd edib.
“Xural”ın əməkdaşları isə qəzetin çapına imkan verilmədiyini qeyd ediblər. Eyni zamanda, qəzeti hər hansı mətbəə çap etmir. “Xural qəzetinin redaksiyasına Müsavat Partiyası sığınacaq verib, “Demokrat” qəzeti isə texnikasından istifadə üçün icazə verib. Amma qəzeti heç bir mətbəə çap etmir. Çünki Xural qəzetinin çapına imkan verilməməsi ilə bağlı bütün mətbəələrə qeyri-rəsmi göstəriş verilib”, - deyə qəzetin əməkdaşı Əfqan Muxtarlı bildirib.
Eyni zamanda, qəzet əməkdaşları digər bir neçə adda qəzeti Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək üçün müraciət edib. “Müraciətlərimizə hər hansı rəsmi cavab verilmir”, - deyə qəzetin əməkdaşı Nurəddin Xoca qeyd edib.
Mətbuat konfransında Əvəz Zeynallı ilə vəkilinin istintaq təcridxanasında görüşünün xəlvəti yolla audio yazısının aparıldığı deyilib. “Vəkil Elçin Sadıqovun əlindən Əvəz Zeynallının istintaq təcridxanası barədə məhkəməyə müraciət edəcəyi sənədlər alınıb”, - deyə “Xural”ın əməkdaşı Anar Mahmudoğlu vurğulayıb.
Mətbuat konfransında həmçinin Əvəz Zeynallı ilə bağlı noyabrın 4-dən sonra istintaq işlərinin dayandığı deyilib. “Noyabrın 4-də müstəntiqlə bir nəfər dindirdiyi adam arasında mübahisə düşüb. Dindirilən şəxs bərkdən qışqıraraq deyib ki, o, etmədiyini yaza bilməz və yalandan heç kimin üzünə durmayacaq. Bu qışqırığı vəkil də daxil olmaqla hamı eşidib. Bundan sonra hər hansı istintaq işləri aparılmır”, - deyə Anar Mahmudoğlu qeyd edib.
Əvəz Zeynallı bu il oktyabrın 28-də saxlanıb. Nəsimi rayon məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib. Baş redaktora qarşı deputat Gülər Əhmədovanın şikayəti əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Əvəz Zeynallı “Xural” qəzeti gündəlik çapa başlayandan və hökumət rəhbərlərini ciddi tənqid edən məqalələrin dərcindən sonra həbs edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
|