8 ERMƏNİ CƏHƏNNƏMƏ VASİL EDİLDİ
Tarix: 28-11-2011, 16:38 | Çap et
DÜŞMƏN ƏSGƏRLƏR PANİKA İÇİNDƏDİR
Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı rejimin silahlı birləşmələri son günlər cəbhə xəttindəki çoxsaylı itkilərini təşviş yaratmamaq üçün ictimaiyyətdən gizlətməyə və Azərbaycan Silahlı Qüvvələrinin itkilər verməsi barədə dezinformasiyalar yaymağa çalışır.
Hərbi mənbələrdən APA-ya məlum olub ki, son bir həftə ərzində cəbhə xəttinin bütün istiqamətləri üzrə atəşkəsi pozan Ermənistan Ordusuna qarşı həyata keçirilmiş cavab tədbirləri nəticəsində qarşı tərəf 8 hərbi qulluqçusunu itirib. Ermənilərin itkiləri onların öz rabitə vasitələri ilə mərkəzə ötürdükləri məlumatlarda da təsdiqlənib. Döyüşlərdə Azərbaycan Ordusunun 1 əsgəri şəhid olub və Müdafiə Nazirliyi bunu ictimaiyyətə açıqlayıb.
«Təkcə noyabrın 19-da və 20-də, iki gün ərzində atəşkəsi pozan Ermənistan Ordusunun iki əsgəri öldürülüb. Bu iki itkinin Ermənistan ictimaiyyətində hansı təşvişə səbəb olduğunu elə ermənilərin xəbər saytlarında da aydın görmək mümkündür. Sadəcə olaraq Ermənistan tərəfi ənənəvi hərbi informasiya siyasətlərinə uyğun olaraq kütləvi itkiləri gizlətməyə cəhd edir. Lazım gələrsə, həmin əsgərlərin kimliyini də açıqlamaq çətin deyil. Bir faktı qeyd edək ki, təkcə noyabrın 25-də bir saat ərzində cəbhədə 2 erməni əsgəri öldürülüb. Onlardan birinin soyadı Arutunyandır. Ermənistan QHT-ləri bu itkilər barədə məlumatı öz hərbi hospitallarından tələb edə bilər», - deyə mənbə bildirib.
Ermənilərin itkiləri onların özlərinin atəşkəsin pozmaları nəticəsində baş verib. Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində atəşkəsin pozulmasına cavab olaraq, Azərbaycan hərbçiləri təlimata uyğun cavab tədbirləri həyata keçirib. Azərbaycan Ordusunun əsgərlərinin sərrast atəşləri nəticəsində düşmənin aralarında zabit və əsgər olmaqla ümumilikdə 8 hərbçi öldürülüb. Baş vermiş bu hadisələr cəbhə xəttindəki erməni silahlı birləşmələrində təşviş yaranmasına da səbəb olub. Yaranmış vəziyyəti aradan qaldırmaq və əsgərlər arasında mənəvi-psixoloji durumu dəyişmək üçün qarşı tərəf cəbhə xəttinə müqaviləli heyət və snayperlər yerləşdirib. Bundan başqa, əsgərlərin postlarını tərk etməsinin qarşısını almaq üçün arxa cəbhədə polis postları qoyulub.
«Yaxşı olardı ki, Ermənistan rəhbərliyi ölkənin müxtəlif bölgələrindən gətirib işğal etdiyi Azərbaycan ərazilərində güllənin altında qoyub, həyatını məhv etdiyi gənclərə görə xalqına cavab versin. Bu il cəbhədə Ermənistan Ordusunun 100-dən çox əsgəri öldürülüb. Bunların məsuliyyətini Sərkisyan və müdafiə naziri Ohanyan daşıyır», - deyə mənbə əlavə edib.
Məlumata görə, Ermənistan Ordusunun Qarabağda və cəbhə xəttinin digər istiqamətlərində dislokasiya olunmuş bölmələrinin şəxsi heyəti arasında ruh düşkünlüyü artmaqdadır. Müxtəlif kanallar vasitəsi ilə əldə edilmiş məlumatlara görə, müqaviləli heyət arasında çoxları raport yazaraq xidmətdən imtina edir.
APA-ya məlumat verən mənbə onu da qeyd edib ki, son günlər Qarabağ cəbhəsindəki erməni birliklərinin qeydə alınmış rabitə danışıqlarından oradakı ermənistanlı və qarabağlı hərbçilər arasında insidentlərin baş verməsi, ermənistanlı ermənilərin bir birlərinə müraciət edərək «qarabağlılar üçün ölməməyə çağırdıqları» məlum olub.
Qeyd edək ki, son günlərdə baş verən hadisələrin ictimaiyyətdə yaratdığı etirazı və təşvişi aradan qaldırmaq üçün Ermənistan Müdafiə Nazirliyi bu quruma bağlı bir sıra – David Camalyan, Qrant Məlik-Şahnazaryan, Artsrun Ovannisyan kimi «hərbi ekspertləri» hərəkətə keçirib. Bu hərbi ekspertlər müxtəlif media orqanlarında eyni ssenarili çıxışlarla Qarabağdakı itkilərini pərdələməyə və ictimaiyyəti təşvişdən çıxarmağa çalışırlar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41 |
|
|
|
• Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38 |
|
|
|
• Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34 |
|
|
|
• Putin İrana gedəcək
Bu gün, 16:30 |
|
|
|
• Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29 |
|
|
|
• "Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11 |
|
|
|
• “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02 |
|
|
|
• AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59 |
|
|
|
• "Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52 |
|
|
|
• Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50 |
|
|
|
• Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48 |
|
|
|
• Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44 |
|
|
|
• Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36 |
|
|
|
• Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34 |
|
|
|
• Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32 |
|
|
|
• Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
|