“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                 

XƏTAİDƏ ŞƏHİD ÖVLADININ EVİ DARMADAĞIN EDİLİR
Tarix: 23-11-2011, 11:49 | Çap et
XƏTAİDƏ ŞƏHİD ÖVLADININ EVİ DARMADAĞIN EDİLİR

UÇURULAN EV BU VİLLANIN QARŞISINDAKI BİRMƏRTƏBƏLİ MÜLKDÜR

Xətai rayon Polis İdarəsinin sabiq bölmə rəisi Mirəli Seyidzadə 14 yaşlı qızının və 8 yaşlı oğlunun göz yaşlarına niyə hələ də inanmır?

Bakı şəhər Prokurorluğu Xətai rayon Məhkəmə icraçılarının istinad etdiyi sərəncamı niyə saxta çıxarıb?

Bakı şəhər sakini, şəhid Eldar Kamil oğlu Arazovun qızı Arzu Seyidzadənin şikayət məktubu daxil olub. Şikayət məktubuna əlavə edilmiş sənədlərin ciddi araşdırılmasına zərurət yarandığından növbəti sayımızda ətraflı bəhs ediləcək.

Hələlik isə bir sıra vacib məqamı qeyd etmək istəyirik. Qeyd edək ki, Arzu Seyidzadə dünən redaksiyamızda oldu və qəzetimizə geniş müsahibə verdi. İki azyaşlı uşaq anası olan A.Seyidzadə ölkədə çox tanınan bir insanın çox yaxın qohumudur. Ən maraqlısı budur ki, biz bunu şikayətçi xanım redaksiyadan gedəndən sonra bildik. Hələlik bu barədə susmağa qərar veririk. Amma bircə məqamı mütləq qeyd etməliyik ki, Arzu Seyidzadə ilə ailə həyatı quran Xətai rayon Polis İdarəsinin sabiq bölmə rəisi Mirəli Seyidzadənin bir zamanlar sürətlə irəli getməsi də bu qohumluqdan bəhrələnib. Amma... Allah zamanın üzünü qara eləsin, həmin adını çəkmək istəmədiyimiz şəxs başqa vəzifəyə keçiriləndən sonra M.Seyidzadə bu qohumluğu rəsmi qaydada pozmaq eşqinə düşür və nigah pozulur. Buna digər ciddi səbəblərin də olduğunu deyən Arzu Seyidzadənin müsahibəsindəki sərt açıqlamaları sonraya saxlayaraq qayıdaq indiki məqama...

12 il əvvəlki saxta sərəncam niyə indi üzə çıxıb?

Bu yerdə bir dəhşətli məsələni də diqqətə çatdıraq ki, redaksiyaya həmçinin Mirəli Seyidzadənin 14 yaşlı məktəbli qızı Ləman Seyidzadədən atasına "Açıq məktub"u da daxil olub. Adamı dəhşət bürüyür: ata öz azyaşlı övladlarının məskunlaşdığı evi məhkəmə qərarı ilə yerlə yeksan etdirir! Niyə?

Məsələyə bir az keçmişdən qayıdaq: M.Seyidzadə bir gün yuxarıda qeyd etdiyimiz və hələki yazmağı vacib saymadığımız bəzi səbəblərdən ailəsi ilə nigahı rəsmən pozur. Elə bundan sonra onun yadına düşür ki, qonşuluqda yaşayan bu ailəni yeganə sığınacaq yeri olan evdən və ərazidən (gözünün qabağından) uzaqlaşdırsın. Bunun üçün hardansa(Məlumdur hardan. Bu barədə də az sonra) Xətai rayon İH başçısının saxta sərəncamı üzə çıxır. Qısaca olaraq deyək ki, həmin sərəncamı əsas tutan M.Seyidzadə Xətai rayon Məhkəməsinə üz tutur və iddia qaldıraraq həmin sərəncama əsasən onun rəsmi nigahdan ayrıldığı, iki azyaşlı övladlarının yaşadığı evin torpaq sahəsinin ona məxsus olmasını əsas tutaraq ərazinin boşaldılmasını, evin sökülməsini məhkəmədən xahiş edir. Hakim Habil Məmmədov isə 21 oktyabr 2010-cu ildə tələm-tələsik qətnamə çıxararaq iddianı əlüstü təmin edir. Və dərhal icraya yönəldir. Sonra qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə şikayət verir, əvvəlki qətnamə qüvvədə saxlanılır... Ali Məhkəməyə verilmiş kassasiya şikayətinə baxan hakimlər kollegiyas isə bu dəfə "Əlinin papağını Vəlinin başına, Vəlinin papağını isə Əlinin başına" prinsipini rəhbər tutur, yəni iddia qismən təmin edilir: əvvəlki qənamələrdə evin söküntüsü Arzu Seyidzadənin boynuna qoyulmuşdusa, bu dəvə bu söküntü Mirhəsən Seyidzadəyə tapşırılır! Ev söküləndən sonra lap onu Həsənqulu söksün, bunun iki körpə uşağı olan gənc anaya nə isti-soyuqluğu?!

***

Beləliklə, bu gün saat 11-00-da ata Mirəli Seyidzadə saxta sənədlər hesabına hasilə gəlmiş məhkəmə qətnaməsini əsas tutub evi azyaşlı övladlarının başına uçuracaq! Bu işi Xətai məhkəmə icraçıları həyata keçirəcək. Halbuki ortada həmin qətnamənin istinad edildiyi yeganə sənəd-Xətai RİH başçısının 17 iyun 1999-cu il tarixli 199 saylı sərəncamı saxta çıxıb. Belə ki, şikayətçi A.Seyidzadə 18.11.2010-cu il tarixdə Nəsimi rayon Prokurorluğuna şikayət verərək Mirəli Seyidzadənin sənəd saxtalaşdırdığını bildirmişdir. Nəsimi rayon Prokurorluğuna verilmiş ərizə araşdırılmış, sonra Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılaraq toplanmış sənədlər Bakı şəhər Prokurorluğuna verilmişdir. Şikayət ərizəsi üzrə aparılmış təhqiqat əsasında hazırlanaraq Bakı şəhər Prokurorluğuna təqdim edilmiş rəsmi arayışda isə göstərilir: "...Odur ki, vətəndaş Məmmədov Gündüz üzeyir oğlunun barəsində Az.Res. CM-nin 313 və 320-ci maddələri ilə cinayət işinin başlanılması və ibtidai istintaq aparılması məqsədəmüvafiqdir".

İbtidai istintaq isə davam edir. İstintaq davam edirsə, məhkəmə icraçıları mübahisəli ərazidə tikilmiş evi, özü də qışın indiki bu soyuğunda və qar-yağışında azyaşlı körpələrin başına necə uçura bilər axı? Doğrudanmı ata Mirəli Seyidzadə öz övladlarının göz yaşlarına hələ də inanmır? Hansı ki, həmin uşaqlar 3 ildir "Ata, sən hardasan?" deyrək gözü yaşlıdırlar...

- Xətai RİH başçısının 17 iyun 1999-cu il tarixli 199 saylı sərəncamını kim saxtalaşdırıb?

- Bu saxta sərəncam Mirəli Seyidzadəyə necə verilib?

- Xətai rayon Məhkəməsi həmin saxta sərəncama hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq niyə aidiyyəti prokurorluq orqanlarına göndərməyib?

- Bakı şəhər Prokurorluğunun bu sərəncamın araşdırılması üzrə qərarında nələrdən bəhs olunur?

- Mirəli Seyidzadəni və onun xeyrinə saxta sənəd əsasında qətnamə çıxarmış hakim Habil Məmmədovu hansı qanuni cəza gözləyir?

- 14 yaşlı Ləman Seyidzadənin atası Mirəli Seyidzadəyə yazdığı ürəkparçalayan "açıq məktub"unda nələr var?

(Ardı var)

P.S.Qeyd edək ki, evi uçurulan Arzu Seyidzadə 1992-ci il fevralın 16-da Xocavəndin Qaradağlı kəndində gedən ağır döyüşlərdə şəhid olmuş Eldar Kamil oğlu Arazovun qızıdır. Onun yaşadığı evin divarında şəhidin barelyefi vardır. Dərdə bax: torpaq uğrunda şəhid olan atanın ailə üzvləri indi Bakıda bir qarış torpağın güdazına verilir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru