AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                 

Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Tarix: 2-10-2024, 12:21 | Çap et
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır
Bakı şəhərində yerləşən 3 saylı xüsusi təhsil məktəbi - bu məktəbə “xüsusi” statusu boşuna verilməyib. Məktəbdə fiziki məhdudiyyətli uşaqlar təhsil alır. Üstəlik, məktəbə gedə bilməyən, evdə təhsil alan fiziki məhdudiyyətli uşaqlara da bu təhsil müəssisəsi tərəfindən müəllimlər təhkim olunur. Yəni məktəbin missiyası olduqca stratejidir: fiziki məhdudiyyətli uşaqların yüksək səviyyədə təhsil alması və onların gələcəkdə cəmiyyətə adaptasiya olunması. Dövlət də bunun üçün kifayət qədər vəsait ayırır. Amma bu vəsait təyinatı üzrə xərclənirmi?

Publika.az-a daxil olan məlumatda bildirilir ki, məktəbin direktoru Nüşabə Məmmədova “xüsusi məktəbi” “xüsusi bazar”a çevirib. Bu təhsil müəssisəsində fiziki məhdudiyyətli uşaqlar sözün əsl mənasında direktor tərəfindən satılır.

Məktəbdə müəllimlərə dərslər rüşvətlə verilir.

Ev şəraitində təhsil alan uşaqlar isə müəllimlərə satılır. Belə ki, direktor hansı müəllimə ev təhsili verirsə, 2-3 ayın pulunu alır.

Daha bir tükürpədici məqam odur ki, direktor bəzi valideynlərlə əlbir olaraq, uşaqlar üçün müəllim ayırmır. Daha doğrusu ayırır, amma o müəllim uşağa dərs demir. Direktor valideynlərə müəyyən məbləğ verir və onlar müəllimin evə gəlib dərs deməməsi ilə razılaşır. Bu dərslər isə ayrı-ayrı müəllimlərin adına yazılır və təbii ki, məvacib də onların maaş kartına köçürülür.

Bundan sonra həmin müəllimlər o vəsaiti direktora çatdırırlar.

Ötən tədris ilində direktorun bu hərəkətinə etiraz edən müəllimlər olub. Onlar maaş kartlarına əlavə vəsaitin yüklənməsini istəməyiblər. Nüşabə Məmmədova yeni tədris ilində etirazçılardan qurtulmaq üçün onlara dərs verməyib. Hərəsinə bir bəhanə gətirərək, məktəbdən uzaqlaşdırıb. Bir sözlə, fiziki məhdudiyyətli uşaqların gələcək taleyi direktorun bazarlığına qurban verilir.

İttihamların ciddiliyini nəzərə alaraq 3 saylı xüsusi təhsil məktəbinin direktoru Nüşabə Məmmədovanın fikirlərini öyrəndik.

Saytınıza açıqlama verən Nüşabə Məmmədova bildirdi ki, şikayət edənlər yəqin ki, bağlanan - yəni 219 nömrəli məktəbin müəllimləridir:

“Həmin məktəbin müəllimləri keçən il bizdə əvəzçi müəllim kimi işləyirdilər. Bu il onların uşaqları getdilər, təzə uşaqlar da bizdə olmadığına görə, biz onları yenidən işlə təmin edə bilmədik. Yəqin ki, onlardır şikayət edənlər. Mən öz müəllimimi təmin etməmiş onları necə işə götürə bilərəm?

Mən bilmirəm ki, bu, yüz faiz onların işidir. Hər kimdirsə, bizə şər atmağa çalışır. Mən də yüz söz deyə bilərəm. Bəli, elə valideynlər var ki, müəllimdən pul tələb edir. Deyir mənim övladıma təhsil vermək üçün bizə gəlmə, əvəzində isə mənə filan qədər pul ver. Həmin müəllimlər gəlib deyir ki, mən bir də o qapıya getmək istəmirəm. Bizə valideynlər deyir ki, sizə 500-1000 manat pul verilir. O pulu bizə verin və bizim qapıya gəlməyin. Birincisi, biz o qədər pul almırıq, ikincisi də mənim o pula ehtiyacım var ki, gedib dərs deyirəm. Mən neçə dəfə həmin valideynləri çağırıb danlamışam. Demişəm ki, tutaq ki, hansısa bir müəllim sizinlə razılaşdı. Sizdə pulunuzu alıb qoydunuz cibinizə. Bəs sizin uşaqlarınızın gələcəyi? Onları heç fikirləşmirsiniz, heç öz övladınıza yazığınz gəlmir? Həmin uşaqlar bir yerdə azıb qalanda heç nə oxuya bilməyəcəklər ki, ən azından gəlib evlərini tapa bilsinlər”.

Direktor valideynlərlə özünün “bazarlıq” etməsi ittihamını qəbul etmədi, bildirdi ki, heç vaxt belə şey ola bilməz:

“Hər kəs ayrılan pulunu özü alır. Gəlin belə danışaq. Tutaq ki, sizə pul ayrılıb və siz də gedib dərsinizi keçmisiniz. Siz həmin pulu gətirib mənə verərsiniz? Əlbəttə yox. İnanın ki, belə bir söhbəti mən ilk dəfə sizdən eşidirəm. Necə yəni müəllim dərsini keçməsin və buna görə pulunu gətirib mənə versin? Əgər hər hansı bir valideyn göndərdiyimiz müəllimdən imtina edirsə, həmin müəllimi çağırıb onu məlumatlandırıram və bildirirəm ki, get, başqa uşaq olanda gələrsən. Əvəzində həmin evə başqa müəllim yönləndirirəm. Müəllim də gedib dərsini deyirsə, o niyə gətirib pulunu mənə verməlidir?”

Direktorun da açıqlamasından görünür ki, bu məsəldə “bazarlıq” var. Amma Nüşabə xanım bu işdə günahı valideynlərin üzərinə atdı. Məsələ ilə bağlı araşdırmamız davam edəcək. Çalışacağıq ki, valideynlərin də mövqeyini öyrənək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru