"Teatr sahəsində onu sıxışdırıb bu sahədən uzaqlaşdırmaq istəyirdilər"
Tarix: 14-08-2024, 09:47 | Çap et
 “Cəfər Cabbarlının nəvəsi olmaq insanda həm məsuliyyət, həm də fəxr hissləri yaradır. Bu adın üstümüzdə bir ağırlığı, xüsusi çəkisi var. Cəfər Cabbarlının nəslindən olduğum, onun qanını daşıdığım üçün fəxr edirəm. Nəsə addım atanda birinci onu düşünürük ki, onun adına layiq hərəkətlər edək. O məsuliyyət hissi hər zaman bizimlədir" Bunu Moderator.az -a açıqlamasında Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin direktoru, Qəmər Bağırova (Seyfəddinqızı) deyib. O daha sonra Cəfər Cabbarlının kino fəaliyyətindən danışıb.
"Bu il Cəfər Cabbarlının 125 yaşı tamam oldu. O yazıçı-dramaturq, eyni zamanda böyük teatr, kino xadimi, rejissor olub. Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında əvəzsiz xidmətlər göstərib. Azərbaycan milli kinosunun yaranmasında Cabbarlı çox böyük işlər görüb. Teatr sahəsində onu sıxışdırıb bu sahədən uzaqlaşdırmaq istəyirdilər, o çətin illərdə Cabbarlı Azərbaycanda yenicə yaranmış kino sənəti üçün çalışmağa başlayır. O dövrdə kinostudiya "Azərbaycan Kino fabriki" adlanırdı. Azərbaycanın ilk milli kinosenaristi olur. Onun ssenarisi əsasında 1928-ci ildə, Mirzə Fətəli Axundovun ölümünün 50 illiyi münasibəti ilə "Hacı Qara" filmi çəkilir. Cabbarlı həm ssenarist idi, həm də çəkilişlərdə birbaşa özü iştirak edirdi. O təkcə ssenari yazmırdı, Cabbarlı eyni zamanda kino sənətinə yeni milli kadrların cəlb olunması, hazırlanmasında da böyük işlər görürdü. Əcnəbilərin kinostudiyada çalışması onu narahat edirdi. Bizimkiləri ancaq texniki işlərdə işlədirdilər. Cabbarlı bunu heç vaxt qəbul edə bilmirdi. Hətta onun bir məqaləsi də var idi ki, “Hara gedir Azərkino?”. Məqalə rus dilində idi. Öz etirazını bildirirdi.. Bu münasibətlə o bir sıra milli kadrları kinoya cəlb etmişdi. Bunlara misal olaraq Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, ilk kino aktrisamız İzzət Orucovanı xüsusilə qeyd etmək istəyirəm. Cabbarlı "Sevil" filminin ssenarisini yazandan sonra 1929-cu ildə filmi çəkməyə başlayırlar. O filmin çəkilişlərində Cabbarll həm rejissor kimi iştirak edir, həm də əsas rejissor işini da o görür, ssenari işini də. Çünki Sevil roluna erməni aktrisasını artıq dəvət etmişdilər, filmin rejissoru da erməni idi. Cabbarlı bununla heç cür razılaşa bilmirdi ki, Azərbaycan qadınının obrazını erməni aktrisa yaratsın. Ona görə də Cabbarlının təkidi ilə Sevil roluna azərbaycanlı qızı çəkildi. Cabbarlınln İzzət Orucovanı axtarıb tapması da çox böyük çətinliklə başa gəlmişdi. Sonrakı vaxtlarda da "Almaz" filminin çəkilişlərində də İzzət xanım iştirak etdi və Almaz rolunda çəkildi" deyə o bildirib.
Ədibin nəvəsi bildirib ki, babasının adının bu gün "Azərbaycanfilm" kinostudiyası ilə bağlılığı belə qalmayıb. O faktlarla danışıb. "Cabbarlının kino fəaliyyətini nəzərə alıb, əlbəttə ki, o vaxt kinostudiyaya Cəfər Cabbarlının adı verilib. Bu kişinin adı kinostudiyaya elə-belədən verilməyib. Çox təəssüflər olsun ki, son vaxtlarda Cabbarlının adını biz orada görmürük! Sadəcə "Azərbaycanfilm" kinostudiyası gedir. Mən maraqlanıb soruşdum ki, həqiqətən belə bir rəsmi xəbərdarlıq olubmu ki, sizə Cəfər Cabbarlının adını oradan siləsiz?! Dedilər ki, xeyr belə bir xəbərdarlıq yoxdur, sadəcə görünür ki, Cabbarlı adı onlara mane olur. Ona görə də belə lazım biliblər. Əgər bu kişinin adı rəsmi götürülməyibsə, niyə adını çəkmirsiz?" deyə görkəmli ədibin nəvəsi deyib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
|