Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                 

Qardaşı “İstanbul NS” klinikasında öldürülən şəxs Prezidentə müraciət etdi - "Bizə kömək edin!"
Tarix: 10-06-2024, 11:37 | Çap et
Qardaşı “İstanbul NS” klinikasında öldürülən şəxs Prezidentə müraciət etdi
Neçə müddətdir Bakıdakı “İstanbul NS” klinikasında Şükürov Böyükağa Böyükkişi oğlunun müəmmalı şəkildə ölməsi faktının Nərimanov prokurorluğunda lazımınca araşdırılmaması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə yazılar, məlumatlar yayılır. Mərhumun qardaşı Qabil Şükürov Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə, Bakı Şəhər Prokuroru Elşən Abbasovla, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyovla görüşüb. Amma hələ ki, konkret nəticə yoxdur – hələ də cinayət işi başlamayıb. Ona görə də Q.Şükürov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli, cənab Prezident!


Çox böyük ümidlə Sizə müraciət edirəm! Ümummilli liderimiz Heydər Əliyevin başlatdığı müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi istiqamətində dövlət quruculuğu işini Siz layiqli və yüksək səviyyədə davam etdirirsiniz. Sizin rəhbərliyinizlə 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 günə qələbəylə başa çatan Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında bir günlük anti-terror əməliyyatı bütün xalqımızın, dünya azərbaycanlının gözləri önündə baş verdi. Siz və ordumuz bununla bütün Azərbaycana elə bir sevinc bəxş etdiniz ki, sözlə ifadə etməkdə insan çətinlik çəkir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə və Sizə can sağlığı versin. Yeri gəlmişkən, qeyd edim ki, mən özüm də birinci Qarabağ müharibəsinin iştirakçısıyam. İkinci Qarabağ müharibəsində isə 43 gün ön cəbhədə əsgərlərimizin yanında oldum. Əlimdən gələn köməyi etdim. Azərbaycanımızın inkişafı üçün digər sahələrdə də gördüyünüz işlər, apardığınız islahatlar danılmazdır. Sizin tapşırığınız və nəzarətinizlə ölkəmizdə məhkəmə, prokurorluq sistemlərində, hüquq-mühafizə orqanlarında aparılan çox ciddi islahatların da şahidiyik.

Hörmətli, cənab Prezident!

Müraciətimin səbəbi qardaşım Şükürov Böyükağa Böyükkişi oğlunun “İstanbul NS” klinikasında müəmmalı şəkildə ölməsi faktının lazımınca araşdırılmamasıdır. Bildirirəm ki, bu məsələnin araşdırılması ilə bağlı istintaq orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə, Bakı Şəhər Prokuroru Elşən Abbasovla, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyovla görüşmüşəm. Onlardan da bu işin obyektiv və təcili araşdırlmasını xahiş etmişəm. Faktla bağlı Bakı şəhəri, Nərimanov rayon prokurorluğunda araşdırma aparılır. İş üzrə iki dəfə ekspertiza təyin edilmişdir və ilkin ekspertiza Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə tapşırılmışdır. Lakin Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsi tərəfindən göstərilən suallar, ümumiyyətlə, cavablandırılmamış, ekspertiza tədqiqatı aparılmamış və rəydə təsviri-əsaslandırıcı tədqiqat metodları göstərilməmişdir. Bu məsələyə həmin ekspertiza müəssisəsi tərəfindən çox qeyri-obyektiv və səthi yanaşılmışdır. Məhz buna görə də ölüm səbəbinin və həkim səhlənkarlığının olub-olmamasının müəyyən olunması ilə bağlı ikinci dəfə ekspertiza təyin olunmuş və həmin ekspertiza Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi”nə həvalə olunmuşdur. Həmin ekspertiza tərəfindən ekspertiza qarşısında qoyulan suallar müfəssəl şəkildə cavablandırılmış və ekspertiza rəyindən məlum olmuşdur ki, mərhum qardaşımın vəfatına səbəb məhz həkimlər tərəfindən xəstəyə dinamik nəzarətin aparılmaması və cərrahi müdaxilənin vaxtında edilməməsi olmuşdur.



Hörmətli, cənab Prezident!

Nəzərinizə çatdırmaq istəyirəm ki, fakt üzrə cinayət işi başlanılmalı olduğu halda Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmır. Bildirmək istəyirəm ki, ekspertiza rəyindən də göründüyü kimi bir sıra sualların cavablandırılması üçün ekskumasiyaya zərurət yaranmışdır. Müstəntiqin mənə verdiyi izaha əsasən cinayət işi başlanılmadığına görə ekskumasiya etmək mümkün deyil. Lakin ekskumasiyanın həyata keçirilməməsi ilə ölümün birbaşa səbəbini tapmaq mümkün olmur. Lakin həmin iş üzrə cinayət işi başlanılması müxtəlif səbəblərdən yubadılır və cinayət işi başlanmasının bu qədər yubadılması isə uzun müddət keçməsinə səbəb olur və gələcəkdə ekskumasiyanın aparılması nəticə verməyə bilər. Ona görə də hesab edirəm ki, bir sıra istintaq hərəkətləri vaxtında və operativ şəkildə aparılmalıdır. Hal-hazırda istintaq orqanı bu məsələni yubadır. Baxmayaraq ki, Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi” tərəfindən ekspertiza rəyi təqdim olunmuşdur. Lakin yenidən Səhiyyə Nazirliyinin Tibb İdarəsində ekspertiza təyin olunmuşdur. İş üzrə ilkin ekspertiza rəyi də həmin idarəyə təyin olunmuş və həmin ekspertin rəyi qeyri-obyektiv olmuş, hərtərəfli və tam olmamışdır. Lakin ikinci dəfə Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi” tərəfindən rəy verildikdən sonra təkrar ekspertiza tədqiqatın aparılmasının yenidən Səhiyyə Nazirliyinin Tibb İdarəsinə həvalə olunması istintaqın obyektiv və hərtərəfli operativ aparılmasına şübhə yaradır. Hesab edirəm ki, buna zərurət yoxdur və burada məqsəd işin lazımsız uzadılmasıdır. Çünki həkim səhvlərinin araşdırılmasına dair Baş Prokurorluğun istintaq orqanlarına göndərdiyi tövsiyələrdə də, açıq-aşkar qeyd olunmuşdur ki, göstərilən faktlar üzrə məhkəməyə qədər araşdırmada maraqlı ekspertiza subyektlərinin ekspertiza tədqiqatının aparılması məqsədəmüvafiq deyil. Göründüyü kimi, artıq Səhiyyə Nazirliyinin ekspertiza müəssisəsində ilkin ekspertiza tədqiqatı hərtərəfli və tam araşdırılmamışdır. Bu isə həmin ekspertiza müəssisəsinin göstərilən məsələlərin nəticəsində dolayı yolla maraqlı olduğunu göstərir. Ona görə də təkrar ekspertizanın həmin müəssisəyə tapşırılması Baş Prokurorluğun göstərilən tövsiyələrinə zidd olmaqla məsələnin hərtərəfli araşdırılmasına maneə yarada bilər.

Bildirirəm ki, hüquq-mühafizə orqanları və Nərimanov Rayon Prokurorluğu, o cümlədən də, işin istintaqını aparan müstəntiq bu məsələnin tam, sürətli və operativ və hərtərəfli həllində maraqlı deyillər. Ona görə də sizdən artıq dərəcədə xahiş edirəm ki, işin istintaqı Nərimanov Rayon Prokurorluğundan alınaraq başqa istintaq orqanına göndərilsin. Eyni zamanda, üçüncü dəfə ekspertiza tədqiqatı Səhiyyə Nazirliyinin Ekspertiza İdarəsinə həvalə olunub. Həmin idarədə ekspertizanın obyektiv aparılmasına inanmırdıq. Çünki bir dəfə bunlar başdan sovdu, 2 vərəqlik, şikayətimiz üzrə suallara cavab verməyən bir qeyri-obyektiv rəy veriblər. Ondan fərqli bir qərar da gözləmirdik. Elə də oldu. Artıq Səhiyyə Nazirliyinin ekspertiza müəssisəsindən verilən 3-cü rəydən sonra cinayət işinin açılmasını gözləyirik.



Hörmətli, cənab Prezident!

Siz bizim gözümüzdə, qəlbimizdə ədalət carçısı, haqq-ədalət müdafiəçisiniz. 2020-ci ildə 44 gündə öz ədalətinizi həm də bütün dünyaya sübut etdiniz. Çox xahiş edirəm, qardaşımın ölümü ilə bağlı cinayət işinin başlanmasında - ədalətin bərpa olunmasında bizə köməklik edəsiniz.

Allah Sizdən razı olsun!


Hörmətlə,
Şükürov Qabil Böyükkişi oğlu
09.06.2024-cü il.”

Qaziler.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru