"Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...
Tarix: 16-05-2024, 09:12 | Çap et
 Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi ev 778 mənzil 31-də yaşayan Səmədova Zeynəb Sadiq qızı kök-hüceyrə müalicəsi aldığını, lakin bunun heç bir nəticə vermədiyini deyir.
AFN.az-ın redaksiyasına bununla bağlı şikayət ünvanlayan Z.Səmədova bildirir ki, bu müalicəni "İnternational Medical Center" klinikasında həkim Aytən Əliyeva aparıb: "Aytən Əliyevanın səhlənkarlığına görə sağlamlığımı tamam itirmişəm. Ayaqlarımda şiddətli ağrılar olduğu üçün Aytən Əliyevaya müraciət etdim. Aytən həkim isə mənə ayaqlarımda kök hüceyrə müalicəsinə ehtiyac olduğunu bildirdi və məni əmin etdi ki, bu müalicəni keçsəm, tam sağalacam. O, bunun üçün məndən 3500 manat aldı. Lakin bu günə qədər heç bir müsbət nəticə olmayıb. Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb. Aytən Əliyeva öz səriştəsiz əməlinin üstünü ört basdır etmək üçün bunun adi hal olduğunu bildirir və ağrıkəsici dərmanlar yazaraq məni aldatmağa çalışır. Mən Aytən Əliyevadan verdiyim pulu tələb edirəm, o isə deyir ki, vermirəm, get hara istəyirsən şikayət elə. Ayaqlarımda quruma gedir, əmək fəaliyyətim də bərpa olunmayıb ki, işləyəm həm özümü dolandıram, həm əməliyyat üçün etdiyim borcları verəm. Həkim mənim üzümə dayanır ki, səndə heç nə yoxdur, sağalmısan. Əməliyyatdan sonra bir də MRT olundum, dedilər ki, problem yerindədir". Şikayətçi A.Əliyevanın televiziyalarda insanları aldatdığını bildirir: "Onun bu formada fəaliyyətinin davam etməsi yolverilməzdir. Əgər buna göz yumulsa, məndən başqa hələ çoxlu sayda xəstə onun səhlənkarlığının qurbanı olacaq. Mən ölkə rəhbərliyindən, səhiyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən xahiş edirəm, nəticəsiz əməliyyat üçün məndən alınan 3500 manatın geri qaytarılmasına və məni səhv müalicə edən həkim Aytən Əliyevanın barəsində ciddi tədbirlər görülməsinə sərəncam versinlər".
Məsələ ilə bağlı A.Əliyeva bildirdi ki, xəstənin ağrıları onurğa problemindən irəli gəlir: "Artroz diaqnozu ilə oynaqlarına hüceyrə olunub. Hüceyrə prosedurundan sonra oynaqları çox yaxşıdır. Xəstənin şəkəri həddindən artıq yüksəkdir. Onda həmçinin nevropatik ağrılar vardı. Xəstə bizə diz oynağı ağrıları ilə müraciət edib. Ona kök-hüceyrə proseduru etmişik yanvar ayında. Prosedurdan sonra müayinə olunub, diz oynaqları ideal vəziyyətdə idi. Xəstədə nevropatik ağrılar davam edir. Mən ona bildirdim ki, şəkərin yüksəkdir, bu nevropatik ağrılara görə müalicə almalısan. Təklif etdim ki, bu ağrıların onurğa ilə bağlı olub-olmamasını öyrənmək üçün MRT müayinəsindən keç. Həmçinin bildirdim ki, eyni zamanda nevroloji müayinə götürməli, bununla yanaşı da endikrinoloqa müraciət etməlisən. Ondan sonra xəstəni görməmişəm. Bir daha qeyd edirəm, o xanım nevropatik ağrılardan əziyyət çəkir: beldən başlayır ayaqlara qədər ağrılar yayılır. Kök-hüceyrə prosedurundan sonra onun diz oynağı ilə bağlı heç bir problemi yoxdur. Bu, digər həkimlər, ekspertlər tərəfindən də yoxlanıla bilər".
Kök hüceyrələr insanların bütün toxumalarında damarların ətrafında yerləşən progenitor hüceyrələrdir. Toxuma zədələndiyi zaman bu hüceyrələr aktivləşərək bir tərəfdən toxumanın təmiri üçün lazım olan böyümə faktorlarını ifraz edir, digər tərəfdən də sağalma üçün lazım olan əzələ, sümük, oynaq qığırdaqları, yağ kimi fərqli toxumalara çevrilə bilirlər. Son illərdə bir sıra xəstəliklərin müalicəsində kök hüceyrələrdən istifadə edilir. Lakin maraqlıdır ki, bu müalicə metodu həkimlər arasında birmənalı qiymətləndirilmir.
P.S. Z.Səmədova bizimlə söhbətində qeyd etdi ki, digər saytlarda məsələ ilə bağlı yazı dərc edilərkən, səhvən A.Əliyevnın Respublika Neyrocərrahiyə Xəstəxanasının həkimi olduğu qeyd edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03 |
|
|
|
• Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01 |
|
|
|
• Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52 |
|
|
|
• PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51 |
|
|
|
• BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46 |
|
|
|
• AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23 |
|
|
|
• “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02 |
|
|
|
• “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00 |
|
|
|
• “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58 |
|
|
|
• Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08 |
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
|