"Məni məhkəməyə çağırmayıblar..." .....                     Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib .....                     20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox .....                     “Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? .....                     Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... .....                     Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı .....                     Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar .....                     “Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” .....                     PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir .....                     İcra başçısı özü haqqında sənədli film çəkdirib? .....                     Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb .....                     “Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” .....                     Sovetin ölüm balonu: .....                     Sahib Məmmədovun “agent ovu”: .....                     Putin İrana gedəcək .....                     Papikyanın Berlin səfərinin gizlinləri: .....                     "Ora ayrılan pulu necə yemisiniz" .....                     Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər .....                     “Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib .....                     AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? .....                     "Deputatsan, lap yaxşı, get qal Ağdamda" .....                     Nəfəs qalmaqallı videodan danışdı .....                     Bankların pul “qoparmaq” oyunu .....                     Ağalıda yaşayan qız "üsyan etdi": .....                     Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? .....                     Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... .....                     Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib .....                     Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır .....                     Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                 

20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür - İLGİNC FAKTLAR
Tarix: 30-04-2024, 08:45 | Çap et
20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür
İş adamı Fərəməz Məmmədovun keçmiş dostu bazarın 35 faizinə iddia edir…

“Hürriyyət” qəzetinin 16 aprel, 2024-cü il sayında “Dövlət büdcəsini talan edən qardaşlar azadlıqda…” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda “Alatava-2 Avtonəqliyyat” Səhmdar Cəmiyyətinin qeyri-rəsmi sahibləri - Fərəməz Məmmədov və Qalib Məmmədov qardaşlarının dövlətin milyonlarla manat vəsaitini talan etməsi ilə bağlı məlumat verilirdi. Qeyd olunurdu ki, bu haqda çoxsaylı faktlar aşkarlansa da, qardaşlar onları himayə edən məmurların hesabına hələ də “toxunulmaz” qalıblar.

Məsələ ilə bağlı “Hürriyyət”ə müraciət edən Bakı sakini Əliyev Yusif Lətif oğlu da Fərəməz Məmmədov və Qalib Məmmədovun qanunsuz əməllərindən bəhs edib. O deyir ki, Məmmədov Fərəməz Nurulla oğlu ilə keçmişdə dost olublar: “1986-cı ildə Zaqataladan Bakıya köçəndən sonra, onunla birgə iş görmüşük. Sonra, 1998-ci ildə mən özüm üçün Babək prospektində 70 min dollara 2 hektar yer almaq istəyirdim. Fərəməz dedi ki, oranı alma, mənim qardaşımın Tariyel adlı tanışı var, yaxşı yer satır, gedək oranı alaq. Bildirdi ki, həmin yer şəhərin mərkəzində “daş bazarı” kimi fəaliyyət göstərir. Getdik, o, bizi Tariyel müəllimlə tanış etdi, onunla danışıb razılaşdıq.

Məlumat üçün deyim ki, həmin yer onun icarəsində idi. O vaxt qərar vardı ki, kim hansı ərazini icarəyə götürübsə, oranı özəlləşdirə bilər. Tariyel müəllimin də həmin yeri özəlləşdirməyə maddi imkanı yox idi, ona görə şərikli işləməyə razılıq vermişdi.

Beləliklə, razılaşmaya əsasən, özəlləşdirmə olmalıydı, həmin yerin 30 faizi Tariyel müəllimə verilməli, qalan 70 faiz də Fərəməzlə mənim armada tən yarı (hərəyə 35 faiz) bölünməli idi.

Həmin günün səhərisi 70 min dollar mən, 60 min dollar da Fərəməz qoydu, yerin özəlləşdirilməsi üçün aparıb həmin pulu keçmiş nazir Barat Nuriyevin Mübariz adlı köməkçisinə verdik. 30 min manat da borcumuz qaldı. Sonra iş gördükcə həmin vəsaiti də hissə-hissə ödədik”.

20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür
Yusif Əliyev

Yusif Əliyev deyir ki, özəlləşmə prosesi yubansa da, bir müddət birgə işləyiblər: “Mən orda mağazalar, avtomobil təmiri sexləri tikdirdim. Onlar həmişə mənə deyirdilər ki, biz 5 qardaşıq, sən bizim altıncı qardaşımızsan. Sonra Fərəməz və qardaşı üzümə durdu ki, sən bura şərik deyilsən. Onlar Tariyel müəllimin də, mənim də haqqımı dandılar. Mən yatsam yuxuma da girməzdi ki, onlar belə şey edə bilərlər. Deyəndə ki, sən bu yerə ortaq deyilsən, cavab verdim ki, deyəsən siz çaşmısınız…

Həmin vaxt onların barəsində cinayət işi açılmışdı, külli miqdarda dövlət əmlakını talan etmək ittihamı ilə axtarışda idilər. Bu zaman Fərəməz kağız üzərində həyat yoldaşından ayrıldı ki, sabah bir şey olsa əmlaklarına həbs qoyulmasın. Bütün əmlakları da kağız üzərində ayrıldığı arvadının adına keçirdi(Bütün bunlarla bağlı ötən yazımızda məlumat vermişik – müəl.).

Mən bunlara qarşı mübarizə aparandan sonra Fərəməz ortalığa çıxmadı, aranı qardaşı qatırdı. Onun həmin vaxt da çox böyük maddi imkanı vardı”.

Şikayətçi deyir ki, bu hadisələrdən sonra, 2000-ci ildə ortaqlığı bitirmək qərarına gəlib: “Fərəməzə dedim ki, ayıb olsun sənə, mən gedirəm, payıma düşəni verin. O dedi ki, yox, sən gedə bilməzsən, biz qardaşıq. Dedim yox, siz qardaşlığı keçdiniz, qardaş belə hərəkət etməz.

Bundan sonra Qalib gəlib dedi ki, bizim sənə borcumuz yoxdur, amma 70 min dollar verdiyin üçün, hörmət edib sənə 70 min manat qaytararıq. Bunun da 50 min manatını veririk, qalan 20 mini də sənin “yaxşı oğlan” kimi təqdim etdiyin şəxs bizə 20 min manat “atdığına” görə, onunla əvəzləyirik.

Hansı ki, həmin adamla 5 il işləmişdilər. 5 ildən sonra deyir ki, o, bizə 20 min manat atıb, həmin 20 mini də mənə verəcəkləri puldan çıxdılar. O pulu da Qalibin bacanağı gətirib verdi ki, götür, sən onsuz da onlara heç nə edə bilməyəcəksən”.

Y.Əliyev deyir ki, həmin vaxt sənədə imza atıb 50 min manat götürsə də, hazırda həmin yerin 35 faizinə iddialıdır. Onun sözlərinə görə, 1998-ci ildəm həmin yerin özəlləşdirilməsini gözləsələr də, cəmi 6 ay öncədən “daş bazarı”nı özəlləşdirməyə başlayıblar: “Amma indiyədək həmin yer istifadə olunub, müəyyən şəxslərə icarəyə verilib. Hazırda da bu ərazidə tikinti materialları satılır. Bir hissəsi isə dayanacaq kimi istifadə olunur. Amma bu müddət ərzində gəlirdən mənə bir qəpik də pul verməyiblər”.

Şikayətçinin sözlərinə görə, həmin ərazi təxminən 4 hektardır və indiki bazar qiyməti ilə 20 milyon manata yaxın pul edir və bu vəsaitin 35 faizi onun haqqıdır: “Onları məhkəməyə vermədim. Bilirdim ki, bütün hallarda qərar onların xeyrinə çıxarılacaq. Onların geniş imkanları var, məhkəmədən də güclüdürlər”.

(Ardı var)

P.S. Növbəti məqalələrimizdə Fərəməz Məmmədov və qardaşı Qalib Məmmədovun dövlət əmlakını necə talamaları, hansı məmurlar tərəfindən himayə olunmaları, eləcə də öz himayədarları hesabına daha hansı şəxslərin külli miqdarda pulunu və əmlakını ələ keçirmələri haqda geniş yazacağıq.

P.P.S. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Bu gün, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Bu gün, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Bu gün, 17:28
Ağalar Vəliyevin ölkədən qaçırdığı pulların DAHA BİR TRANZİTİ... - İLGİNC FAKTLAR...
Bu gün, 17:22
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 17:18
Hindistan və Pakistanın hərbi rəhbərləri atəşkəs barədə danışıqlar aparırlar - TASS
Bu gün, 17:15
“Oğlumu öldürüb, ərimi bıçaqlayıblar, indi bizə təzyiq edirlər” - FOTO
Bu gün, 17:12
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir - deputat
Bu gün, 17:06
İcra başçısı özü haqqında sənədli film çəkdirib? - QALMAQAL
Bu gün, 17:03
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb
Bu gün, 16:59
“Atəşkəs olarsa, ordu tez bir zamanda silahını Putinin özünə qarşı çevirə bilər...” - Ekspert danışır...
Bu gün, 16:41
Sovetin ölüm balonu: - Zibillikdən götürüb evlərə daşıyırlar
Bu gün, 16:38
Sahib Məmmədovun “agent ovu”: - Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?
Bu gün, 16:34
Putin İrana gedəcək
Bu gün, 16:30
Papikyanın Berlin səfərinin gizlinləri: - Almaniyanın Ermənistana dəstək verib-verməyəcəyi şübhəlidir
Bu gün, 16:29
"Ora ayrılan pulu necə yemisiniz" - ETİRAZ VAR...
Bu gün, 16:19
Ermənilər hərbi xidmətdən yayınmaq üçün vətəndaşlıqdan imtina edirlər - Sərkisyan
Bu gün, 16:11
“Avrora Qrup”a yeni baş icraçı direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:02
AYNA rəhbəri qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir? — ŞOK FAKTLAR
Bu gün, 15:59
"Deputatsan, lap yaxşı, get qal Ağdamda" - deputat
Bu gün, 15:55
Nəfəs qalmaqallı videodan danışdı - "Bilmirəm niyə belə oldu"
Bu gün, 15:52
Bankların pul “qoparmaq” oyunu – komissiya xidmətləri niyə bahalaşıb?
Bu gün, 15:50
Ağalıda yaşayan qız "üsyan etdi": - "Bu VİDEOnu çəkməyə məcbur oldum"
Bu gün, 15:48
Dağnan enən PKK: ayı ilə dostluq etməyəcəkmi? - AKTUAL
Bu gün, 15:44
Türkiyə qalib gəldi: Rusiyanın düzgün seçimi... – Markov
Bu gün, 15:36
Aqil Şirinov yenidən Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:34
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır – Hərracda nə baş verir?
Bu gün, 15:32
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru