Kamandan Oxatma Federasiyası böhran içində .....                     ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... .....                     Kreml paradı üçün "atəşkəs" .....                     Bakıda qurulan BARIŞIQ MASASI .....                     Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir .....                     Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... .....                     Yardımlıda şəhid ailələri imdad diləyir .....                     Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb .....                     Bu gün əfv fərmanı olacaqmı? .....                     “Kontakt Home”dan kütləvi narazılıq .....                     Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi .....                     Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır .....                     Daha bir qadın yüksək vəzifəyə təyin olundu .....                     9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur .....                     Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib .....                     Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat .....                     150 min insanı salamlayan yeni Papa çağırış etdi .....                     Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər .....                     Sülh sazişi 2026-cı ildən sonraya qalır? .....                     Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi .....                     Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə .....                     “27 ildə ilk dəfədir mükafat alıram” .....                     Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur .....                     Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü” .....                     “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? .....                     "Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının .....                     “O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” .....                     Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI .....                     Vaşinqton-Moskva münasibətlərində gərginlik: .....                     Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır .....                     AYNA indi də marketlərin qabağında BƏND alıb... .....                     Paşinyan Moskvaya gedib .....                     Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? .....                     Bakıda sevgilisini daşla vurub öldürən oğlanın .....                     “Malibo” MTK vətəndaşı belə incidir... .....                     Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək .....                     Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü .....                 

"Kənd uşaqları təcrübə dövşanıdır?” - Etirazlara ekspertin özündən CAVAB
Tarix: 26-03-2025, 06:43 | Çap et
"Kənd uşaqları təcrübə dövşanıdır?”
Son illər ölkədə təşkil olunan sertifikasiya imtahanında bir sıra müəllimlər tələb olunan balı toplaya bilmədiyi işinə xitam verilib.

Onların arasında uzun illərdir ki, müəllim kimi çalışanlar da var. Bugünlərdə isə təhsil eksperti Kamran Əsədov bu sahədə yeni bir fikirlə çıxış edərək həm onların işsiz qalmaması, həm də regionlarda müəllim çatışmazlığı olan məktəblərdə mövcud problemin aradan qaldırılması üçün təkliflə çıxış edib. Ekspert qeyd edib ki, sertifikasiyada az bal toplayanlar müəllim çatışmazlığı olan məktəblərə göndərilsə daha yaxşı olar. Lakin ekspertin bu təklifi heç də birmənalı qarşılanmayıb. Hətta sosial şəbəkələrdə belə bir ifadə ilə də çıxış ediblər ki, kənd uşaqları “sınaq dovşanı” deyil.

Məsələyə elə ekspertin özünün aydınlıq gətirməsini istədik.

Təhsil üzrə ekspert Kamran Əsədov "Cebheinfo.az"-a bildirib ki, hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmazlığı ciddi problemdir:

"Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə isə ümumiyyətlə, müəllim tapılmır.

Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər – Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə, müəllim problemi yaşanır.

Bu, təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir. Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir, lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Uzun illər pedaqoji təcrübəyə malik olan, şagirdlərlə düzgün ünsiyyət quran, valideyn və kollektivlə sağlam əməkdaşlıq qura bilən müəllimlər yalnız test nəticələrinə əsaslanaraq dəyərləndirilə bilməz. Onların praktiki təcrübəsi, sinif idarəetməsi bacarıqları, şagirdlər üzərindəki təsiri və digər insani-pedaqoji keyfiyyətləri də nəzərə alınmalıdır.

Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər.

Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır. Beləliklə, iki əsas məqsədə çatmaq olar: həm regionlarda müəllim çatışmazlığının qarşısı alınar, həm də aşağı nəticə göstərən müəllimlər üçün öz üzərində işləmək imkanı yaradılar. Bu proses paralel olaraq təlim, metodik dəstək, mentorluq və qiymətləndirmə ilə müşayiət edilməlidir. Müəllimlər bu mərhələdə həm metodiki, həm də psixoloji baxımdan dəstəklənməlidir. Onlara yalnız çatışmazlıqlarını göstərmək deyil, bu çatışmazlıqları necə aradan qaldırmağın yolları da öyrədilməlidir".

Ekspert deyir ki, sosial şəbəkələrdə səsləndirilən “Kənd uşaqları sınaq dovşanıdırmı?” sualı emosional reaksiya olmaqla yanaşı, mövzunun mahiyyətini təhrif edir:

"Əslində, kənd uşaqları bu gün heç bir müəllimlə qarşılaşmadan böyümək təhlükəsi ilə üz-üzədir. Boş sinifdə dərs keçilməməsi, ixtisası olmayan şəxslərin bu fənlərə cəlb olunması daha ciddi problemdir. Əgər bir müəllim riyaziyyatdan 38 bal toplayıbsa, bu, o demək deyil ki, onun riyaziyyatdan, ümumiyyətlə, məlumatı yoxdur.

Onun pedaqoji təcrübəsi və baza bilikləri ilə ən azı boş dərsi doldura biləcək potensialı var. Əlavə olaraq bu müəllimə təlim də verilsə, o zaman həm kənd uşağı təhsilsiz qalmaz, həm də müəllim yenidən sistemi tərk etmədən inkişaf yolu tapar. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu hüququ təmin etmək üçün dövlət şəbəkəsindəki bütün məktəblərin fəaliyyətinə nəzarət etməli və müəllimlə təminat məsələsini prioritet tutmalıdır. Əmək Məcəlləsinə əsasən də işəgötürənin vəzifələrindən biri işçinin ixtisasının artırılması və onun bilik və bacarıqlarının yüksəldilməsidir. Sertifikasiya imtahanında zəif nəticə göstərmiş müəllimi təkmilləşdirərək sistemdə saxlamaq və onu vakant yerə yönləndirmək bu hüquqi çərçivəyə tam uyğundur. Dövlət müəllimi sistemdən uzaqlaşdırmaq əvəzinə ona şans verməklə sosial sabitliyi də qoruyur".

Ekspert qeyd edib ki, dünya təcrübəsinə əsasən bir çox inkişaf etmiş ölkələrdə bu cür hallarda müəllimlərin sistemdən uzaqlaşdırılması əvəzinə, onların dəstəklənməsi siyasəti həyata keçirilir:

"Məsələn, Sinqapur, Estoniya, Latviya və Cənubi Koreyada zəif nəticə göstərmiş müəllimlər daha çox ehtiyac olan məktəblərə göndərilir. Onlara əlavə təlimlər, mentor dəstəyi və fəaliyyət planı təqdim olunur. Bu sistem çərçivəsində müəllim 6 ay və ya 1 il ərzində dəstəklənir, sonra yenidən qiymətləndirilir və davam edib-etməyəcəyi barədə qərar verilir. Bu yanaşma həm təhsil sisteminin keyfiyyətini qoruyur, həm də müəllimlərin potensialından maksimum istifadəyə imkan verir.

Məsələ təkcə bir imtahanın nəticəsinə əsaslanaraq qərar vermək deyil. Təhsil siyasətində məqsəd cəza deyil, inkişaf olmalıdır. Müəllim sistemin əsas aparıcı qüvvəsidir. Onun zəif tərəflərini inkişafla gücləndirmək, təhsilin dayanıqlı və ədalətli inkişafı üçün yeganə yoldur. Həmçinin bu yanaşma insan kapitalının qorunması və səmərəli istifadəsi baxımından da strateji əhəmiyyət daşıyır. Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir. Bu fürsəti düzgün və məsuliyyətlə təşkil etsək, nə kənd uşaqları, nə də təhsil sistemi itirər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamandan Oxatma Federasiyası böhran içində – Anar Quliyev nə ilə məşğuldur?
Bu gün, 06:51
ADY-də 'Kurtlar Vadisi': Rövşən Rüstəmovun işçiləri racon kəsir, haqq alır... - İTTİHAM VAR...
Bu gün, 06:44
Kreml paradı üçün "atəşkəs" - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:34
Bakıda qurulan BARIŞIQ MASASI - Görünəni odur ki...
Bu gün, 06:32
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Bu gün, 06:29
Rusiya dostluq sınağından İKİ aldı: Azərbaycana qarşı üzüqara... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:23
Yardımlıda şəhid ailələri imdad diləyir - Prezidentə MÜRACİƏT
Bu gün, 06:05
Zaur Əliyev "Azpetrol"dan 40 min manatlıq benzin alıb
Bu gün, 06:01
Bu gün əfv fərmanı olacaqmı? - AKTUAL
Bu gün, 05:59
“Kontakt Home”dan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:56
Babək rayonu icra hakimiyyətinin yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 05:49
Rusiya ilkin şərtlər olmadan sülh danışıqlarına başlamağa hazırdır - Çin XİN
Bu gün, 05:47
Daha bir qadın yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 05:42
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Bu gün, 00:07
Qazaxda Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib - FOTO
Bu gün, 00:04
Saleh Məmmədovdan həbs edilən məmurun yerinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 23:58
150 min insanı salamlayan yeni Papa çağırış etdi
Dünən, 23:56
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
Dünən, 23:52
Sülh sazişi 2026-cı ildən sonraya qalır? - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:02
Məntiqə əsaslanan doğru qərar: Prezident Moskvaya mesaj verdi - AKTUAL
Dünən, 19:00
Kəlbəcərdə 120,6 milyon manatlıq böyük tikinti layihəsi bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:58
“27 ildə ilk dəfədir mükafat alıram”
Dünən, 18:02
Qələbə günü Moskvada sakinlərə liftdən istifadə etməmək tövsiyə olunur
Dünən, 18:00
Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
Dünən, 17:54
“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - NƏ BAŞ VERİR?
Dünən, 17:50
"Göygöl Şərab Zavodu" ASC-nin səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 17:47
“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” - “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ
Dünən, 17:42
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
Dünən, 17:39
Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
Dünən, 17:36
Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:35
Həbsdə olan sayt rəhbərinə hökm oxunub
Dünən, 17:32
Ermənistanın sülhdən yayınması gələcəyi üçün təhlükə yaradır - ONA GÖRƏ DƏ...
Dünən, 17:06
AYNA indi də marketlərin qabağında BƏND alıb... - İstədiklərini edirlər...
Dünən, 17:02
Paşinyan Moskvaya gedib - "Sputnik Armenia"
Dünən, 16:54
Azərbaycanda hansı siyasi partiyalara maliyyə ayrılır? - Nazirlikdən CAVAB
Dünən, 16:52
Bakıda sevgilisini daşla vurub öldürən oğlanın MƏHKƏMƏDƏN VİDEOSU
Dünən, 16:45
“Malibo” MTK vətəndaşı belə incidir... - NARAZILIQ VAR...
Dünən, 16:40
Ermənistan Təhlükəsizlik Şurasının katibi Hindistana gedəcək - Ermənistan mətbuatı
Dünən, 16:37
Hindistan mediasından Azərbaycana qarşı TƏXRİBAT - Düşmən olduqlarını İNDİMİ BİLİRLƏR?
Dünən, 16:35
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü – 7 uşaq isə...
Dünən, 16:34
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Dünən, 16:32
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM
Dünən, 16:31
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Dünən, 16:30
Şuşada yaşayış binaları ilə bağlı 17 milyon manatlıq LAYİHƏ
Dünən, 16:21
Azərbaycan əsgəri bizi kəklik kimi ovlayacaq – Ekspert
Dünən, 16:01
Lerikin icra başçısının müavini bu dövlət qurumundan GİLEYLƏNDİ... - BU NƏDİ BELƏ?..
Dünən, 15:59
Çin və Rusiya liderləri iqtisadiyyat, siyasət və təhlükəsizlik məsələlərini müzakirə ediblər
Dünən, 15:52
Dövlət Xidməti "Sovetski"dəki tarixi binanın taleyi ilə bağlı qərar verib - FOTO
Dünən, 15:49
`Şərurlu` gedir... `Kristal Abşeronlu` qalır axı... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:47
Ukrayna Ali Radası ABŞ-la faydalı qazıntılara dair sazişi ratifikasiya edib
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru