
İsmayıllı rayon sakini Rasim Şahməmmədov deyir ki, 2010 ci ildə ağır avtomobil qəzası keçirdiyi üçün 15 ildir ki, iş qabiliyyətini itirib.
"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, əlil arabası belə almağa imkanı yoxdur. O qeyd edir ki, Türkiyədə əməliyyat olunun ayağa qalxmaq şansı var.
Onun sözlərinə görə sağlamlığına qovuşmaq üçün 50 min dollara ehtiyacı var, lakin bu məbləği verəcək imkanı yoxdur.
Şahməmmədov deyir ki həyat yoldaşı Sevinc Şahməmmədova xərçəng xəstəliyindən əziyyət çəkir. Çox çətnliklə həyat yoldaşını müalicə etdirdiyini və çsrasiz durumda olduğunu deyən Şahməmmədov kanalımız vasitəsilə xeyirxah insanlardan ona kömək etmələrini xahiş edir.