Stokholm şəhərindəki "İmam Əli İslam Mərkəzi" İran kəşfiyyatının İsveç və xaricdə yaşayan iranlılara qarşı casusluq mərkəzi olub.
Axar.az xəbər verir ki, bunu İsveçin sosial işlər naziri Yakob Forsmed özünün X hesabında yazıb.
O, İrana bağlı mərkəzin İsveçin milli təhlükəsizliyinə ciddi təhdid olduğunu və bu səbəbdən də hökumətin bura bütün yardımları dayandırdığını bildirib:
"Hökumət vəsaitləri təməl demokratik dəyərlərə zidd olan fəaliyyətlər üçün istifadə edilməməlidir", - nazir əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl İranın Stokholmdakı "İmam Əli İslam Mərkəzi"nin başçısı, 63 yaşlı iranlı molla Möhsün Həkimullahi həbs edilib və yaxın günlərdə İsveçdən deportasiya olunacaq.