"Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər" - deputat
Tarix: 21-01-2025, 10:37 | Çap et
 "Yanvarın 18-də İmişlidə Dövlət Yol Polisinin avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi. Həmin gün İmiş Rayon Prokurorluğu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlığından iki şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açdı. Artıq ibtidai istintaq aparılır. Dəhşətli hadisədir, çünki söhbət azyaşlıların ölümündən gedir. Heç bir şübhə yoxdur ki, məsələ hüquq-mühafizə orqanları tərəfindən şəffaf, obyektiv şəkildə araşdırılacaq, cinayətkarlar cəzalarını alacaqlar. Bu heç müzakirə məsələsi də deyil, aksiomdur. Azərbaycan hüquqi dövlətdir, başqa cür ola bilməz. DİN elə hadisə baş verən gün operativ olaraq qəza ilə bağlı video görüntünü yaydı. Görüntülərdən də məlum olur ki, DYP avtomobili yol ayrıcındakı digər avtomobilə dəyir, nəticədə, polis maşını yoldan çıxır, səki ilə hərəkət edən azyaşlıların ölümünə səbəb olan hadisə baş verir. Diqqətdən yayınmayan məqam budur ki, radikal müxalifət bu cür bədbəxt hadisədən də müəyyən siyasi dividentlər qazanmaq niyyəti güdür. Dərhal hadisəyə siyasi rəng qatmağa başladılar, Azərbaycan polisinin adını ləkələməyə çalışdılar, anti-Azərbaycan dairələrin təhriki, onların təşkilatçılığı ilə tələm-tələsik etiraz dalğasının yaranmasına da rəvac verdilər. Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər hüquqi müstəvidə tənzimlənir. Yaranan ixtişaşlarda saxlanılanlar var. Bunun da motivləri araşdırılır. Xarici müdaxilə, sifarişə bağlı məqamlar da üzə çıxarılır və araşdırma predmetidir". Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
"Üzümü həmin anti-milli ünsürlərə tutub deyirəm ki, heç vaxt unutmayın, Azərbaycan polisi hər zaman öz vəzifəsini şərəflə yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin qorunmasında müstəsna xidmətləri olub. Bu gün də Azərbaycan stabil dövlətdir, müsəlman dünyasında sabitlik adasıdır, hər bir vətəndaş özünü təhlükəsiz hiss edir. Bu, nəyin sayəsindədir? Bütün bunlarda polisimizin müstəsna rolu var. İki il öncə Brüsselə səfərim var idi. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq komitəsi çərçivəsində bu səfər baş tutmuşdu. Bizim nümayəndə heyətinə Brüssel rəsmiləri bildirdilər ki, axşam saat 22:00-dan sonra otelə qayıtmağınızı xahiş edirik. Sual verdik ki, niyə? Dedilər ki, axşam 22:00-dan sonra Brüsseldə - Avropa İttifaqının və NATO-nun mənzil qərargahının yerləşdiyi bir paytaxt şəhərində təhlükəsizliyinizə 100% təminat verə bilmirik, hər şey baş verə bilər. Biz həmin an bir-birimizə baxıb dedik ki, Azərbaycanın və Bakının nə qədər təhlükəsiz olduğunu indi daha çox dərk etdik. İndi isə Azərbaycan polisinə hücumlar edir, ləkələmək istəyirlər. Buna qətiyyən ehtiyac yoxdur. Sizə bircə fakt deyim ki, ABŞ özünü demokratiyanın beşiyi sayır, amma hər il, təxminən, 1200 nəfərdən çox insan məhz polis təzyiqləri nəticəsində qətlə yetirilir. Azərbaycan polisi isə öz vətəndaşını qoruyur. Bu cür hadisənin baş verməsini heç istəməzdik, amma təəssüf ki, belə hallar da baş verir. Burada ayrı-ayrı polis əməkdaşının günahı varsa, bu, bütövlükdə Azərbaycan polisinin günahı deyil. Kimlərsə cinayət tərkibli əmələ imza atıbsa, mütləq cəzalandırılacaq. İnsanların başına gələn faciədən siyasi qazanc əldə etmək vicdansızlıqdır. İmişlilər mərd, dövlətə, dövlətçiliyə bağlı, öz Prezidentini sevən, ağı qaradan seçməyi bacaran insanlardırlar. Heç vaxt imkan verməzlər ki, anti-Azərbaycan dairələrin çirkin niyyətləri belə bədbəxt hadisələr fonunda rəallaşsın", - deputat bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
• Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16 |
|
|
|
• “Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07 |
|
|
|
• Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• “Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46 |
|
|
|
• Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35 |
|
|
|
• Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20 |
|
|
|
• Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09 |
|
|
|
• PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56 |
|
|
|
• "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49 |
|
|
|
• Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46 |
|
|
|
• 'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38 |
|
|
|
• Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32 |
|
|
|
• Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23 |
|
|
|
• Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12 |
|
|
|
• Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59 |
|
|
|
• İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53 |
|
|
|
• Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48 |
|
|
|
|