Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                 

“Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır” - keçmiş nazir
Tarix: 21-01-2025, 05:50 | Çap et
 “Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır”
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə hər iki ölkənin Baş nazirinin müavinləri - Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. Komissiyaların 11-ci görüşünün nəticələrinə dair mətbuat açıqlamasında bildirilib ki, görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər aparılması barədə razılığa gəliblər.

Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov hesab edir ki, sərhədlərin delimitasiya və demarkasiyası uzun prosesdir və buna illər lazım olacaq. Keçmiş nazir AYNA-ya müsahibəsində komissiyaların görüşünü, verilən qərarları müsbət addım sayır, amma bu məsələnin sadə olmadığığını deyib:

- Komissiyalar bir çox məsələləri, bir çox sahələr üzrə problemlər ətrafındakı mövzuları müzakirə edirlər. Komissiyanın əsasnaməsində də göstərilir ki, prosesin gedişində müxtəlif amil və faktorlar nəzərdən keçirilir. Bu zaman iqtisadi, tarixi və s. amillər nəzərə alınır. Təsəvvür edin ki, söhbət Azərbaycan-Ermənistan-Gürcüstan sərhədindən başlamış Azərbaycan-Ermənistan-İran sərhədinin kəsişməsinədək böyük bir ərazinin müəyyənləşməsindən gedir. Hesab edirəm ki, böyük bir işdir. Ötən il Qazax istiqamətində cəmi 11 kilometrlik ərazinin delimitasiya və demarkasiyası məsələsi öz həllini tapıb. Bu, sərhədlərin çox az bir hissəsidir. Yəqin ki, növbəti mərhələdə də təxminən elə 11 kilometrlik ərazi delimitasiya və demarkasiya üzrə müzakirə olunacaq və müəyyən hərəkətlər aparılacaq.

Ümumilikdə götürsək, komissiyaların görüşü, hansısa razılıqların əldə olunması müsbət və irəliyə doğru addım sayılmalıdır. Amma yenə deyirəm, bu, sadə məsələ deyil və tezliklə bütün sərhədin müəyyənləşəcəyini gözləmək sadəlövhlük olardı. Əslində biz bu məsələdə heç tələsməməliyik. Çünki problemli və aydın olmayan mövzular var. Təcrübə göstərir ki, bu illərlə, onillərlə uzana bilər. Baxın, bu gün də Azərbaycanın Gürcüstanla sərhədlərinin delimitasiya və demarkasiya prosesi tam yekunlaşmayıb, mübahisəli məsələlər var.

- Problemli olan hansı məsələlərdir?

- Məsələn, tarixi ərazilər məsələsi var, sərhəd müəyyənləşməsində hansı xəritələrdən istifadə olunmalıdır sualları var. Delimitasiya zamanı sərhədin müxtəlif hissələrinə müxtəlif illərin xəritələri tətbiq olunmalıdır. Məsələn, təxminən bir il əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 1975-ci il xəritəsinin əsas götürülməsində maraqlı olduğunu demişdi. O zaman Azərbaycan tərəfi birmənalı olaraq bunu qəbul etmədi. Bu, doğru yanaşma idi. Çünki sərhədin müxtəlif hissələrinə münasibətdə müxtəlif illərin xəritələri istifadə olunmalıdır və belə də olacaq. Məsələn, delimitasiya və demarkasiya olunmuş Qazax istiqamətindəki sərhəd hissəsi bolşevik Rusiyasının işğalı dövründən dəyişməyib. Amma digər yerlərdə xeyli dəyişiklik baş verib. Göyçə mahalı, Zəngəzur Ermənistana verilib. Bunlar nəzərə alınmalı faktorlardır. Ermənistanın marağı odur ki, sovet dövründə Azərbaycandan qoparılaraq Ermənistana verilən ən böyük ərazilər təsdiqləsin. Amma Azərbaycan bununla razıdırmı? Əlbəttə, razı deyil. Delimitasiya prosesi Azərbaycana həm də ədaləti bərpa etmək üçün lazımdır. Ona görə də bu prosesinin yekun həlli üçün nə qədər vaxt lazımdır, o qədər də çəkməlidir. Birinci nömrəli vəzifə ədalətin bərpasıdır. Bu mənada, tələskənliyə ehtiyac yoxdur.

- Sizcə, tarixi Azərbaycan ərazilərinin – Göyçənin, Zəngəzurun da delimitasiya məsələsində müzakirə predmeti olmalıdır?

- Niyə olmamalıdır?! Baxın, biz sənədlərə əsasən üçüncü Ermənistan Respublikası ilə sülh danışıqları aparırıq. Paşinyan Ermənistanın üç-dörd variantını təqdim edir. Azərbaycan öz növbəsində Almatı Bəyannaməsində əksini tapmış çağırışlara və prinsiplərə sadiq qalaraq, SSRİ dövründə mövcud olmuş sərhədləri qəbul etdiyini bildirir. Ancaq Sovet dövrü 1920-ci ilin noyabr ayı da ola bilər. Həmin ilin aprel ayında bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanın Ermənistanla sərhədləri var idi. Biz həmin dövlətin varisiyik. Yəni bu söhbət açıqdır. Paşinyan Qərbi Azərbaycan dedikdə Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən rayonları nəzərdə tutur. Amma Azərbaycan-Ermənistan sərhədləri faktiki olaraq, hələ müəyyənləşməyib.

Baxın, Ermənistan Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı addımlar atmaq niyyətində görünmür. Ən azı, bununla bağlı hansı addım atılacağına İrəvandan aydınlıq gətirilməyib. Əksinə, rəsmi İrəvan Qərbi Azərbaycan məsələsinə sərt reaksiya verir. Lakin Ermənistan Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacağı təqdirdə onlara hansı hüquqları verəcəyinə aydınlıq gətirməlidir. Onların təhlükəsiliyi təmin edilməli, daimi yaşamaq hüququ verilməlidir. Əgər Erməniotan rəhbərliyi azərbaycanlıların qayıtmasına razı deyilsə, Azərbaycan da bundan irəli gələn müəyyən addımlar ata bilər. Bu, həm Zəngəzura, həm Göyçə mahalına aiddir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru