Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                 

"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Tarix: 19-01-2025, 13:44 | Çap et
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..."
"Azərbaycan və Gürcüstanı tarixi uzun əsrlərə dayanan qonşuluq və əməkdaşlıq əlaqələri birləşdirir. Müəyyən tarixi mərhələlərdə iki dövlət arasında müəyyən anlaşılmazlıq və fikir ayrılıqlarına rast gəlinsə də, hər iki xalqın problemlərin həllinə müdrikliklə yanaşması münasibətlərin dinc qonşuluq və birgəyaşayış prinsipləri əsasında davam etdirilməsi ilə nəticələnib".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Gürcüstan əlaqələrinin mehriban qonşuluq və strateji əməkdaşlıq prinsipləri üzərində qurulması heç şübhəsiz, hər iki ölkənin, eyni zamanda Cənubi Qafqaz regionunun siyasi-iqtisadi inkişafı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan hal-hazırda Gürcüstanın etibarlı tərəfdaşı, bu ölkənin əsas enerji təminatçısı kimi çıxış edir. Gürcüstanda istehlak edilən təbii qazın 80 faizi Azərbaycanın payına düşür:

"Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamaqdadırlar. Statistik məlumatlara nəzər salsaq görərik ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində sərmayə qoyub.Gürcüstan Respublikasının ərazisində çoxsaylı soydaşlarımızın yaşaması, habelə Azərbaycanın dünya okeanına çıxışını bu ölkə vasitəsilə reallaşdırması iki dövlət arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradan amillərdəndir. Azərbaycan və Gürcüstanın müstəqilliyini bərpa etdiyi ilk dövrlərdə – 1991-1993-cü illərdə ölkələr arasında mövcud olan ənənəvi münasibətlərdə müəyyən dərəcədə durğunluq yaransa da, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Cənubi Qafqazın bu iki respublikası öz əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəltdilər".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu iki qonşu dövlət arasındakı əlaqələr misilsiz dərəcədə inkişaf edib:

"İki ölkə arasında indiyədək 123 sənəd imzalanıb. Keçən əsrin 90-cı illərinin sonlarından başlayaraq Gürcüstan Azərbaycanın uğurlu enerji və infrastruktur layihələrinin həyata keçirilməsində, Azərbaycan neftinin dünya bazarına çıxarılmasında ölkəmizin əsas partnyorlarından birinə çevrildi. Azərbaycan Respublikasının Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, TANAP layihəsi, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi nəhəng layihələrinin əsas iştirakçılarından biri də Gürcüstan Respublikasıdır. Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və ixracın həcmi ildən-ilə artır. Keçən il Gürcüstan tranziti vasitəsilə Azərbaycanın qaz icracı 25 milyard kubmetrə çatıb. Hazırda Azərbaycan və Gürcüstan böyük bir coğrafiyanı əhatə edən Orta Dəhliz layihəsinin əsas iştirakçılarındandır. Prezident İlham Əliyevin təbirincə desək "...yenə də Gürcüstanla Azərbaycan burada Avropa və Asiya arasında körpü rolunu uğurla oynayır".

Təkcə coğrafi yaxınlıq və iqtisadi mənafe deyil, eyni zamanda oxşar problemlər də gürcü və Azərbaycan xalqlarını birləşdirən amillərdəndir. Separatçılıq və ərazi bütövlüyünün pozulması kimi təhlükələrlə qarşılaşmış Gürcüstan və Azərbaycan öz hüquqlarını müdafiə etmək üçün bütün beynəlxalq platformalarda birgə çıxış edirlər. Tarixə nəzər salsaq məlum olur ki, hələ 1919-cu ildə iki respublika öz suverenliyi və ərazi bütövlüyünü qorumaq məqsədilə hərbi pakt bağlamış, qarşılıqlı şəkildə bir-birlərinə hərbi-texniki və iqtisadi yardım göstərmişlər. Bir faktı da qeyd etmək yerinə düşərdi ki, 1920-ci ilin aprelində Azərbaycana bolşevik müdaxiləsi təhlükəsinin artdığı şəraitdə Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi".

Deputat müasir dövrümüzdə də Azərbaycan və Gürcüstan mehriban qonşuluq və dostluq münasibətlərinə sadiq qaldıqlarını dəfələrlə sübut etdiklərini də qeyd edib:

"Hələ 1997-ci ildə hər iki respublika öz qanuni hüquqlarını müdafiə etmək məqsədilə digər dövlətlərlə birgə GUAM blokunu təşkil ediblər. Hər iki dövlət siyasi konyukturadan asılı olmayaraq öz qonşusunun qanuni hüquqlarına və ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə sübut edib. 2008-ci ildə Rusiya-Gürcüstan hərbi münaqişəsi zamanı Rusiya ilə dostluq münasibətlərinə baxmayaraq, Azərbaycan Respublikası Gürcüstana mümkün olan diplomatik, siyasi dəstək verdi. Dostluq münasibətlərinə sadiq qalan Gürcüstan hökuməti də 2020-ci ildə öz hava məkanının Ermənistana silah daşıyan təyyarələr üçün bağladığını elan etdi. 2024-cü ilin oktyabrında Gürcüstanda keçirilən seçkilərdə xalqın öz azad iradəsini ifadə etməsi ilə barışmayan bəzi qüvvələrin bu ölkənin daxili işlərinə qarışması müəyyən siyasi gərginliyə səbəb oldu. Həmin zaman Azərbaycan Respublikası gürcü xalqının seçdiyi qanuni hakimiyyəti müdafiə edərək, suveren dövlətin daxili işlərinə qarışmağın yolverilməz olduğunu bütün dünyaya bəyan etdi. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin sağlam təməllər üzərində qurulduğunu, dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bir daha sübut edir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru