Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                     Zelenski anasına müraciət etdi .....                     Gömrükdəki köhnə iddialar və kölgələr... .....                     İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU .....                     Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                 

"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Tarix: 16-01-2025, 10:03 | Çap et
"Tramp üçün də əlavə başağrısı yaradırlar"
Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. İmzalanma mərasimi Vaşinqtonda baş tutub və sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Antoni Blinken imzalayıb. Yanvarın 8-də erməni nazir dolayısı ilə tərəflərin belə bir sənəd hazırladığını təsdiqləsə də, onun bağlanması üçün vaxt çərçivəsini açıqlamayıb. Bununla belə, bəzi qərbyönümlü fiqurlar bunu sosial şəbəkələrdə fəal şəkildə elan etmişdilər. Sazişə əsasən ABŞ-nin Ermənistana müxtəlif sahələr üzrə dəstək verməsi nəzərdə tutulub. Hətta birgə sərhəd xidmətinin həyata keçirilməsi üçün gələn həftə İrəvana xüsusi mühafizə qrupunun göndəriləcəyi açıqlanıb.

ABŞ dövlət katibi Antoni Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm mərhələ olduğunu vurğulayıb: "Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək imkanı verir. İqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya, ədalət..". Blinken əlavə edib ki, gələn həftə sərhəd təhlükəsizliyini təmin etmək üçün birgə iş aparmaq üçün ABŞ-dən Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcək. Ermənistan XİN başçısı Ararat Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi möhkəm təməl qoyur və əməkdaşlığımızı daha iddialı edir: "Sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik təsisatların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiya və yüksək texnologiyaların inkişafı, insanlar arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla bir çox sahələri əhatə edir". Mirzoyan iki ölkə arasında ümumi dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb: "Onlar elə səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə indiki reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir". A.Mirzoyan həmçinin əlavə edib ki, tərəflər “123 Sazişi” kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə ABŞ ilə danışıqlara başlayıblar: "Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün çərçivə təmin edəcək və təhlükəsizlik, təhlükəsizlik və yayılmamanın ən yüksək standartlarına uyğun olaraq nüvə enerjisinin dinc məqsədlərlə inkişafına sadiqliyimizi vurğulayacaq". Ermənistanın xarici işlər naziri ABŞ dövlət katibinə və komandasına iki ölkə arasında əməkdaşlığın yeni səviyyəyə qaldırılması üçün bu yolda göstərdikləri səylərə görə təşəkkür edib. Maraqlıdır ki, sənədi vəzifədən gedən Bayden administrasiyası imzalayıb. Trampın rəhbərliyi altında həyata keçirilməsinin perspektivləri sual altındadır. Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya da səfər etməyi planlaşdırır. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. Onun sözlərinə görə, Mirzoyanın səfəri iki ay əvvəl planlaşdırılıb. Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov erməni həmkarına səfərlə bağlı dəvət göndərildiyini açıqlamışdı.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq prosesini başlatmaq qərarını İrəvanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması kimi qiymətləndirir. Onun sözlərinə görə, Ermənistanda AİB-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər: "Bəs mövcud vəziyyətin xüsusiyyəti necədir? Ermənistanın Aİ-yə yaxınlaşması barədə danışıqlar uzun müddətdir aparılır, amma yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzv olmaq prosesinin başladılması haqqında qanun layihəsini dəstəkləyərək, hüquqi baxımdan mühüm bir addım atdı. Vəziyyətin xüsusiyyəti məhz budur. Bu, Ermənistan hökumətinin qərarıdır və biz bunu İrevanın AİB-dən çıxmağa başlaması kimi qiymətləndiririk". Həmçinin Overçuk əlavə edib ki, Ermənistanın Aİ ilə ticarəti AİB-lə ticarətindən dəfələrlə kiçikdir: “Yeni statistikalar açıqlanıb, 11 ayın nəticələrinə görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11.6 milyard, AİB ilə isə təxminən 12 milyard dollar olub. Eyni zamanda, Ermənistanın Aİ ilə ticarəti dəfələrlə kiçikdir və azalır. Bu, iqtisadiyyat və reallığın göstərdiyi həqiqətdir”.
Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişinin detalları İrəvanda birmənalı qarşılanmayıb. Bir çox ekspertlər, həmçinin erməni vətəndaşlar sazişin xalqa təqdim edildiyi kimi heç də Ermənistan üçün faydalı olmayacağını bildiriblər. Ermənistan-ABŞ Araşdırmaları Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan sazişin İrəvanın təhlükəsizliyi üçün təminat verməyəcəyini deyib: “Vaşinqtonla imzalanan sənədin realda Ermənistana sadəcə siyasi dəstəyi ola bilər. Bunu Ağ Evin ölkəmizə verdiyi təhlükəsizlik təminatı kimi dəyərləndirir və ictimaiyyətə belə təqdim etməyə çalışırlar, lakin doğru deyil. İrəvan sənədi imzalamaqla sadəcə strateji dialoq üçün ABŞ-dən status almış oldu. Prezident Co Bayden administrasiyası Ermənistanla bağlı siyasətini bu şəkildə sona çatdırır. Lakin iki ölkə arasında vəziyyətin gələcəkdə necə olacağı və imzalanan sənədin hansı səviyyədə həyata keçiriləcəyi yeni seçilmiş Prezident Donald Tramp administrasiyasından asılıdır”.
Erməni siyasi şərhçi Akop Bədəlyan isə Blinkenin İrəvanın İŞİD-ə qarşı koalisiyaya qoşulmasını elan etməsini gözlənilməz adlandırıb: “Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulması nə deməkdir? Niyə ölkəmizlə bağlı belə bir vacib məsələ Vaşinqtonda başqa bir dövlətin rəsmi nümayəndəsi tərəfindən elan olunur? Bu xəbəri Blinken açıqlayıb, Mirzoyanın bir neçə dəqiqə sonra onu yenidən təkrarlaması heç nəyi dəyişmir. Görünür, Ağ Evin İrəvanla strateji əməkdaşlıq sənədini imzalamaq üçün şərti bu olub. Ermənistan rəsmiləri isə son ana qədər xalqa bu məsələ ilə bağlı bir kəlmə belə məlumat vermədilər. Ölkəmizin təhlükəsizliyi üçün risklərin idarə edilməsi amili nəzərə alınmalıdır”. Onun sözlərinə görə, imzalanan sənəd sadəcə yeni yaradılacaq komissiyanın işini əhatə edir: “İmzalananlar saziş, müqavilə deyil, komissiya nizamnaməsidir. O sənədlərə əsasən iki ölkənin real strateji müttəfiq olduğunu demək çətindir. Məsələn, Azərbaycanla Ermənistan arasında da delimitasiya və demarkasiya komissiyalarının nizamnaməsi imzalanıb. Komissiyaların fəaliyyəti ona əsas həyata keçirilir. Yəni ABŞ ilə yaradılan komissiyanın sənədi belə vəziyyətdə Bakı ilə imzalanan nizamnaməni xatırladır. O zaman biz Azərbaycanla da strateji əməkdaş olmuşuq?".
Politoloq Azat Adamyan sözügedən sənədin Ermənistanın “təslim aktı” olduğunu bildirib: “İrəvan Vaşinqtonda təslim oldu və bütün prosesi canlı yayımladılar. Hakimiyyətdən gedən Bayden administrasiyası ilə sənədin imzalanmasına sevinirlər. Amma Ermənistanda bunlara çıxıb bir nəfər də etiraz edən olmadı, heç kim münasibət bildirmədi". Ekspertlərin fikrincə, ABŞ-nin bu addımı regionda gərginliyi azaltmaq üçün deyil, əksinə, artırmaq və bölgədə Rusiyanı əvəz eləmək iddiasından qaynaqlanır. Necə ki, zamanında Gürcüstan və Ukrayna ilə də mütəffiqlik edib onların taleyini bərbad günə qoydular, eləcə də Ermənistandan da bir Gürcüstan və ya Ukrayna yaratmağa çalışırlar. Ümumən, ABŞ və Ermənistan arasında imzalanmış bu saziş Azərbaycan-Ermənistan əlaqələrinə və sülh danışıqlarına zərbədir.

Millət vəkili Erkin Qədirli deyib ki, ABŞ siyasi ənənəsinə görə, prezident seçkisindən sonra yeni prezidentin andiçmə mərasiminədək səlahiyyətlərini müvəqqəti davam etdirən hökumət xarici siyasətdə heç bir addım atmır, hətta daxili siyasətdə təyinat belə etmirlər. Düzdür, bu, qanunla qadağan olunmayıb, amma siyasi ənənədir. Deputatın sözlərinə görə, nə qədər ABŞ dövləti var, bu, bütün prezidentlər tərəfindən əməl edilən ənənə olub:

"Çünki prinsip etibarı ilə anlamı da yoxdur. Sən seçkini uduzmusan, artıq gedirsən və yeni hakimiyyət gəlir. Ənənəyə görə, seçkini qazanmış yeni prezidentə keçmiş hakimiyyətin fəaliyyəti ilə bağlı məlumatlar verilir, o, bir növ prezidentliyə hazırlaşdırılır. Belə məqamda ABŞ üçün beynəlxalq öhdəlik götürmək siyasi ənənənin pozulmasıdır. Bu baxımdan qeyri-adi gedişatdır. Mənə görə, bu anlaşma təlaşdan doğan bir məsələdir. Co Baydenin komandası hakimiyyətdə olduqları 4 il ərzində bir çox uğursuz layihələrə əl atdılar. Orta Şərq siyasətini batırdılar, az qala, Səudiyyə Ərəbistanı ilə əlaqələr pozuldu. Çin rəhbəri Səudiyyə Ərəbistanına rəsmi səfərə getdi və s. Xatırlayırsızsa, Baydenin təşəbbüsü ilə "Demokratiya Sammiti" keçirilmişdi. 111 dövlətin dəvət edildiyi "demokratiya sammiti"nə Ermənistan da dəvət almışdı. "Freedom House" kimi qərəzli bir təşkilat dəvət olunan ölkələrin sadəcə 77-nin demokratik olduğunu açıqlamışdı. Bayden administrasiyasının Ermənistanı öz tərəfinə çəkmək istəyinə qarşılıq İrəvan da bu ritorikadan öz maraqları naminə istifadə edirdi. Kiyev Rusiya-Ukrayna müharibəsini "diktaturanın demokratiyaya hücumu" kimi təqdim etməyə çalışdı və bu hekayə tutdu. Ermənistan da bu dalğanı tutmaq istədi, yəni guya Azərbaycan "diktatura", Ermənistan isə "demokratiya"dır və bizim savaşımız da ərazi üzərində yox, dəyərlər üzərində olub. Bu layihə tutmasa da, inananlar oldu. Bayden administrasiyası da bu hekayədən bizə qarşı istifadə etməyə çalışdı. Daha doğrusu, Ermənistanı Rusiyanın əlindən çəkərək öz nəzarətinə almağa səy göstərdi. İndiki saziş o deməkdir ki, guya ABŞ-Ermənistan arasında onsuz da dərin strateji əməkdaşlıq olub, onun sadəcə "üzlük daşı" qalıb. "Üzlük daşı" da guya bu anlaşmadır".
Parlament üzvünün sözlərinə görə, Ermənistanın Qərblə inteqrasiyası bütövlükdə sual altındadır: "Ermənistanın əsas iqtisadi aktivləri Rusiyanın dövlət şirkətlərinin əlindədir. Hələ də orada ruslara məxsus hərbi bazalar durmaqdadır. Ermənistan Rusiyanın rəhbərlik etdiyi bütün təşkilatlarda var. Həmin təşkilatlarda təmsil olunan Ermənistan Qərbə yönələ, Avropa Birliyinə üzv ola bilməz. Bayden administrasiyası da hakimiyyətdən getmək üzrədir. Tramp üçün də əlavə başağrısı yaradırlar. Ermənistan coğrafi baxımdan bir çox böyük dövlətə lazımlı ölkədir. ABŞ-yə məxsus kiçik sərhədçi qrupunun Ermənistan sərhədlərinə gətirilməsi məsələsi müvəqqətidir və İran üçün daha risklidir. Çünki ABŞ-nin Ermənistan üzərindən bölgəyə gəlişi daha çox İrana qarşı hazırlanan strategiyanın tərkib hissəsidir. Əlbəttə, təhlükəni hər yerdən gözləməliyik, bu məsələyə də ciddi yanaşmalıyıq. Amma ABŞ-nin Ermənistan üzərindən Azərbaycana qarşı təhlükə yaratma planını ciddi saymıram. Daha çox İranla bağlıdır. Lakin bizim üçün də əlavə risklər yaradır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru