"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                     Kağız üzərində problem həll olunub, amma... .....                     Trampın hansı reaksiya verəcəyi maraqlıdır... .....                     Müxalif jurnalistdən İlham Əliyevə dəstək .....                     Əmək mübahisələri... .....                     Putin Zelenski ilə görüşə gedəcəkmi? .....                     PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar .....                     "Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" .....                     "AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" .....                     Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu .....                     'Həm maddi, həm də mənəvi zülm verirlər" .....                     Məktəb direktoru pulyığmanı DANMADI... .....                     Əhaliyə xəbərdarlıq: “Hazır olun!” .....                 

"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Tarix: 16-01-2025, 09:36 | Çap et
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz"
“Əhmədian İran qoşunlarının Ermənistan ərazisinə yerləşdirilməsi imkanı ilə bağlı müavilə bağlamağı təklif edib”. “Yeni Müsavat” yazır ki, bu iddia ilə rus politoloq Stanislav Tarasov “Svobodnaya pressa” qəzetindəki məqaləsində çıxış edib.

O bildirib ki, Yaxın Şərqdəki böyük böhranın sunami dalğaları Cənubi Qafqaza da çatmağa başlayıb. Tarasov deyir ki, İran Ermənistanın Meğri bölgəsinin Azərbaycan tərəfindən tutula biləcəyindən şübhələnir. “Tehranın Bakıya çəkindirici təsir göstərmək imkanları daha böyükdür. Yalnız ona görə ki, Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub qlobal geoiqtisadi layihəsinin iştirakçısıdır və Qafqazda geosiyasi sabitlikdə maraqlıdır”. O vurğulayıb ki, Ermənistan başqa məsələdir. “Əhmədian İrəvana səfəri zamanı Ermənistana Avropa İttifaqının sərhəd rayonlardakı müşahidə missiyasından imtina etməyi təklif edib”. Tarasov qeyd edib ki,o, İran qoşunlarını Ermənistana gətirmək barədə təklifini fərqli əsaslandırmağa çalışıb. “Onu belə əsaslandırıblar ki, bu, xarici hərbi qüvvələrin Ermənistanda olması hesab edilməyəcək və yalnız vəziyyəti sabitləşdirəcək”.

“İranın Ali Milli Təhlükəsizlik Şurası katibi Əli Əkbər Əhmədianın Bakı və İrəvana səfəri böyük əhəmiyyət kəsb edir. Həmin səfərlər həm regional vəziyyətin qiymətləndirilməsi, həm də İranın maraqları kontekstində nəzərdən keçirilməlidir”. Bu sözləri isə erməni hərbi ekspert Vitali Manqasaryan Əhmədianın 8-9 yanvarda Bakı və İrəvana səfərinə münasibət bildirərkən deyib. “Düşünürəm ki, İran Azərbaycanın Ermənistana qarşı niyyətlərini, eləcə də hərbi imkanlarının və planlarının təfərrüatını mümkün qədər yaxşı anlamağa çalışır. İran Ermənistanın təhlükəsizlik problemləri və regional təhlükəsizlik sisteminə təsir göstərə biləcək mümkün hərbi razılaşmalarda da maraqlıdır və erməni tərəfinin işləmək üçün geniş meydanı var”, - o bildirib. Manqasaryanın fikrincə, İran Azərbaycanın təzyiqi ilə Ermənistanın Zəngəzur dəhlizi məsələsində fikrinin dəyişib-dəyişmədiyini də müəyyənləşdirməyə çalışır. Erməni türkoloq Varujan Geqamyan erməni mediasına müsahibəsində deyib ki, Azərbaycanın Zəngəzur “iştahını” cilovlamaq üçün İranla təlim keçirməliyik.

Bütün bu deyilənləri nəzərə alaraq, İran hərbi kontingenti Zəngəzura daxil ola bilərmi? Bölgədə yeni eskalasiya gözlənilirmi? “Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik: Cənubu Qafqaz ölkələri bütün problemlərini yaxın qonşuları ilə həll etməlidir”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi illik mətbuat konfransında bildirib. “Bəyan edirlər ki, AB missiyası Ermənistanın Sünik (Zəngəzur) bölgəsində təhlükəsizliyi təmin edəcək, bu o qədər də anlaşılan deyil. Məhz buna görə də 3+3 Cənubi Qafqaz ölkələri və onların qonşuları mexanizminin yaradılması təşəbbüsü dəstəklənib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır", - Lavrov vurğulayıb.

Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün 100 milyonlarla vəsait qoyub. Dəhlizin açılmasına əminlik olmasaydı, o vəsaiti yatırmazdıq. Artıq dəmir yolu xətləri sərhədə çatmaq üzrədir. Avtomobil yolları tamamilə yenidən qurulur. Yeni körpülər, yeni tunellər, keçid məntəqələri Ağbəndə qədər tikilib. Nəticə etibarı ilə Ermənistanla Rusiya bu məsələdə anlaşa bilmir. Ermənistanın təklifi bütün kommunikasiya xətlərinin açılmasıdır. Bu da Azərbaycan üçün ziyanlı deyil. Biz onsuz da bunun əleyhinə olmamışıq. Problem odur ki, Zəngəzurla paralel olan kommunikasiya xətlərinin sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunmadan açılması mümkün deyil. Hazırda 410 km-dən çox şərti sərhəd xətti yaranıb. Ermənistan tərəfi nə qədər tez Azərbaycanın haqlı tələbləri ilə razılaşsa, bu, bir o qədər tez başa gələr, digər kommunikasiya xətləri açılar.

“Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli İranın Zəngəzura qoşun yeritmək niyyətini istisna etmədi. Lakin VHP sədrinin müavini hazırkı şəraitdə bunun regional müharibəyə səbəb olacağını qeyd etdi: “Rusiya İranın bu addımına qətiyyən razı olmaz. Ermənistan bəhanə gətirə bilər ki, guya təhlükəsizlik səbəbindən İran hərbi qüvvələri bölgəyə dəvətlə yerləşib. Amma buna bir də Qərbin reaksiyasının nə olacağını düşünək. Özü də ABŞ-la yeni xartiyanın imzalandığı vaxtda Ermənistan İran qoşunlarını çağırmağa cürət etməz. Əksinə, Vaşinqtonda imzalanan son saziş Tehran-İran gərginliyinə səbəb olacaq. Çünki İrana sanksiya tətbiq edən dövlətin sərhəd mühafizəsi üzrə qrup Ermənistana yerləşəcək. Dünənə qədər Ermənistanı bağrına basıb qucaqlayan İran rejiminin indi qardaşının bu hərəkətlərinə qiymət verməsini gözləyirik”.

S.Əsədli əlavə etdi ki, Zəngəzur dəhlizinin açılmasından ən çox təşviş keçirən İrandır: “Qalan tərəflər isə koridorun işə düşməsində maraqlıdırlar. Sadəcə, kimin nəzarətində olacağı mübahisəsi gedir. Qərb Rusiya və İranı bu marşrutdan kənarda saxlamağa can atır. Mirzoyanın Blinkenlə imzaladığı sənəd də Zəngəzur dəhlizinin açılmasına əngəl ola bilər. Ancaq əsəb müharibəsinin sonunda İran qoşunlarının Zəngəzura daxil olacağını gözləmirəm. Ümumiyyətlə, Ermənistan ağlını başına yığmalı və bilməlidir ki, dəhliz dinc yolla açılmalıdır. Azərbaycana gəldikdə isə biz dəhlizin güc tətbiq edərək açmaq fikrində olmamışıq, bu gün də aparılan propoqanda əleyhimizə yönəlib”.

Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev İran qoşunlarının Zəngəzura girməsi haqda proqnozları blef adlandırdı. Onun fikrincə, Vaşinqtonda imzalanan strateji tərəfdaşlıq sazişindən sonra İran ordusunun bu ərazilərə yerləşməsi mümkün deyil, ABŞ Ermənistanın Tehrana bu imkanı yaratmasına icazə verməz: “Bütövlükdə isə Paşinyan hakimiyyəti böyük oyunların içərisindədir və başının möhkəm əzilməsi gözlənilir. Onun Qərblə Rusiya arasında etdiyi avantürüst hərəkətlər, "iki stul" siyasəti bir gün bərk cəzalanması ilə nəticələnəcək. Bizi isə maraqlandıran odur ki, Naxçıvana quru yolun açılması təmin edilsin. Ermənistan da bu minvalla Azərbaycan üzərindən Rusiyaya dəmiryol xətti əldə edəcək. Bölgənin inkişafında region ölkələri ilə birgə addım atılmalıdır. ABŞ və Avropa Birliyinin müdaxiləsi isə yalnız gərginlik, eskalasiya riskləri yaradır". E.Mehdiyevin sözlərinə görə, 2025-ci il heç də asan keçməyəcək, region uğrunda gedən rəqabət sərtləşəcək: “Biz buna hazır olmalıyıq. Bölgəni qarışdırmaq istəyən qüvvələr var. Azərbaycan isə Ermənistana başa salır ki, yeni müharibə onun ordusunun növbəti dəfə darmadağın olması deməkdir. Ona görə gah amerikalıları, gah avropalıları bölgəyə dəvət etmək, gah da Rusiya və İran arasında manipulyasiya ona baha başa gələcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Məktəb direktoru pulyığmanı DANMADI... - "... könüllüdür"
Bu gün, 06:32
Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…
Bu gün, 06:23
Zelenski anasına müraciət etdi - “... narahat olma!”
Bu gün, 02:12
Gömrükdəki köhnə iddialar və kölgələr... - Yeni sistem də bir işə yaramırsa...
Bu gün, 01:59
İcra başçısı rüşvət alan işçisini BELƏ QORUDU - TƏFƏRRÜAT
Bu gün, 01:53
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru