Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                     “Sumqayıt Kompressorları” ASC səhmdarlarına .....                 

"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Tarix: 15-01-2025, 17:09 | Çap et
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir"
Ermənistanın Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyan parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək.
O bildirib ki, müdafiə xərcləri dövlət büdcəsinin ən mühüm hissəsidir:
"Bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsi üçündür. Hərbi büdcənin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək."
Qeyd edək ki, müdafiə xərclərinə 1,7 milyard dollardan artıq pul ayrılması Ermənistan tarixində rekord göstəricidir.

"Sherg.az"ın budəfəki müsahibi Ağ Partiya sədri Tural Abbaslıdır. O, mövzu ilə bağlı suallarımızı cavablandırarkən bildirib ki, Azərbaycan Qafqazda lider ölkə statusunu qorumaq üçün hansı tədbirlər lazımdırsa, dərhal həyata keçirilməlidir.

-Tural bəy, Ermənistanın müdafiə büdcəsini rekord səviyyədə artırması Azərbaycan üçün hansı təhlükəsizlik riskləri yarada bilər?
-Qarabağ müharibəsindən sonra Ermənistan beynəlxalq aləmdə özünü sülhpərvər bir dövlət kimi təqdim etməyə çalışır. Paşinyan az qala "sülh göyərçini" kimi bütün Avropa ölkələrinə səfərlər edib. Lakin onların əməlləri sözləri ilə uyğun gəlmir. Əksinə, Ermənistan tarixində ən yüksək hərbi büdcə olan 1,7 milyard dolları təsdiqləyərək silahlanır. Bu isə Ermənistanın sülh prosesinə yalnız vaxt qazanmaq üçün yanaşdığını düşündürür. Elə buna görədir ki, Azərbaycan 2025-ci ildə müdafiə xərclərinin 8,4 milyard manata çatdırılaraq silahlanma yarışında geriyə düşmək istəmir. Bu, rəsmi Bakının regional lider mövqeyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün atdığı zəruri addımdır.

-Sülh danışıqları bu vəziyyətdə hansı istiqamətə yönələcək?
-Açığı deyim ki, mən Ermənistanla hər hansı bir sülhün imzalanmasına tərəfdar deyiləm. Çünki qalib və məğlub arasında sülh imzalanmır, birtərəfli razılıq əldə olunur. Bu razılaşmada da şərtləri qalib tərəf diktə edir. Necə ki, Birinci Dünya Müharibəsindən sonra qaliblərin diktəsi ilə dünya nizamı formalaşdı, İkinci Dünya Müharibəsindən sonra yenə də qaliblərin iradəsi ilə dünyanın siyasi xəritəsi yenidən cızıldı, məğlub olan tərəflər – Almaniya və Yaponiya kimi – qaliblərin şərtlərini qəbul etdilər. Eyni şəkildə, Ermənistan da Azərbaycanın şərtlərini qəbul etməlidir. Lakin hazırda Ermənistan tərəfindən başladılan kampaniya Azərbaycanın "aqressiv ölkə" olduğu görüntüsü yaratmağa çalışır. Bu, beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanın mövqeyini zəiflətmək məqsədi güdür. Azərbaycan iqtidarı isə beynəlxalq təzyiqlərdən yayınmaq üçün sülh imzalamağa çalışır. Biz isə müxalifət partiyası olaraq Ermənistanla hər hansı bir sülh müqaviləsinin imzalanmasını mənasız hesab edirik. Çünki ermənilər indiyədək heç bir razılaşmaya sadiq qalmayıblar. Xüsusilə də 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın bəndlərinə əməl etməmələri bunu bir daha sübut edir. Ehtimal olunan növbəti sülh müqaviləsi də bənzər aqibətlə üzləşəcək. Ermənistan sülh müqavilələrini sadəcə vaxt qazanmaq üçün bir vasitə kimi istifadə edir.

-Ermənistanın müdafiə büdcəsindəki artıma qarşı rəsmi Bakı əlavə tədbirlər görməlidirmi?
-Azərbaycan Ermənistanın atdığı hər bir addımı diqqətlə izləməli və uyğun addımlar atmalıdır. İstər müdafiə və hücum sistemlərinin möhkəmləndirilməsi, istərsə də Qafqazda lider ölkə statusunun qorunması üçün hansı tədbirlər lazımdırsa, dərhal həyata keçirilməlidir. Doğrudur, silahlanma yarışı tarixdə heç bir ölkəyə uzunmüddətli uğur gətirməyib. Amma bu yarışı başlayan tərəf biz deyilik.

-Qərb qonşumuzun silahlanmasının arxasında hansısa xarici qüvvələrin təsiri dayanır?
-Əlbəttə ki, burada xarici qüvvələrin təsirini görməmək mümkün deyil. Heç digər dövlətlərin fəaliyyətinə yox, Fransanın proseslərdəki mövqeyi göz önündədir. Mən düşünürəm ki, Ermənistan tarixi rolunu yenidən oynayır. Əvvəllər Rusiyanın əlində maşa idi, indi isə Qərbin. Təbii ki, İran da, Türkiyə ilə regional rəqabətinə görə Azərbaycana qarşı mövqe nümayiş etdirir. Düşünün, elə vəziyyət yaranıb ki, İran, Azərbaycanın güclənməsinə mane olmaq üçün Ermənistan sərhədlərini öz "qırmızı xətti" elan edib. Sözügedən güclərdən başqa Hindistan, Yunanıstan və digər dövlətlər Ermənistanı dirçəltmək, gücləndirmək üçün əllərindən gələni edirlər. Hesab edirəm ki, həmin ölkələrə xəbərdarlıq edilməli və konkret şərtlər irəli sürülməlidir.

-Bəs bu Azərbaycanın digər ölkələrlə münasibətlərinin pozulmasına səbəb olsa?
-Əgər kimlərsə perspektivsiz və daim böhran içində olan Ermənistana görə Azərbaycanla münasibətlərini pozmağa hazırdırsa, bu, onların seçimidir.

-Rəsmi İrəvanın silahlanmağa daha çox maliyyə ayırması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə necə təsir edəcək?
Təbii ki, mənfi. Bu, sülh prosesinə də ziyan vuracaq. Yaxın gələcəkdə Ermənistanın taleyi heç də parlaq görünmür. Buradan Ermənistandakı siyasətçilərə bir çağırış etmək istəyirəm: əgər 1,7 milyard dollarınızı silahlanmaya yox, öz iqtisadiyyatınıza, xalqınızın rifahına və sosial şəraitin yaxşılaşdırılmasına sərf etsəniz, daha faydalı olar. Çünki Ermənistan nə Azərbaycanla hərbi yarışda ayaqlaşa bilər, nə də Azərbaycanın qarşısında duruş gətirə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
'Həm maddi, həm də mənəvi zülm verirlər" - NARAZILIQ VAR...
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru