Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                 

Eyni yerlərdə müxtəlif tenderlər udan bu üç MMC-ni birləşdirən nə, yaxud kimdir? - BU NƏDİ BELƏ?!
Tarix: 5-09-2024, 15:22 | Çap et
Eyni yerlərdə müxtəlif tenderlər udan bu üç MMC-ni birləşdirən nə, yaxud kimdir?
Gədəbəy rayon İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Gədəbəy şəhərində yaşıllaşdırma işlərinin satın alınması üzrə “RASH.M.M.TRADE AND SERVICES-2020” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 57.935,35 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RASH.M.M.TRADE AND SERVICES-2020” (VÖEN 1303449481) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.11.2013-cü ildə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 406 939.00 manat olan şirkətin hüquqi ünvanı BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 14.02.2022-ci il tarixli, EL-85/2022/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib. Amma MMC-nin yaşıllaşdırma işlərinin aparması üçün lisenziyası yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə edilən dəyişiklikliklərdə MMC -nin ilk adı “RESHAD MME”, ilk hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MEHMAN BÜNYADZADƏ, ev 251, mənzil 63 olduğu göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda bir neçə nəfər rəhbərlik etmişdir. İlk qanuni təmsilçisi Sadıqov Ceyhun İsmayıl oğlu olmuşdur. Daha sonra Əliyev İsgəndər İsrafil oğlu, İsgəndərov Coşqun Fəxrəddin oğlu, İsgəndərova Şəhanə Əbülfət qızı MMC-yə müxtəlif vaxtlarda rəhbərlik etmişlər.

Bəs adıçəkilən bu şəxslər kimlərdir?

Xudiyev Nadir Bilman oğlu həm də “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 07.08.2023-cü il tarixli, EL-623/2023/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib. MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib.

“RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-nin digər qanuni təmsilçisi olmuş İsgəndərov Coşqun Fəxrəddin oğlu isə “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELVİ.M.M. SERVİCES GROUP” (VÖEN 1403580041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.11.2016-cı ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 834 127.00 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 70, m. 168-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsgəndərov Coşqun Fəxrəddin oğludur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 25.10.2019 il tarixli, EL-575/2019/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib.

Bu MMC-nin ilk qanuni təmsilçisi və yaxud təisçisi Həsənov Ülvi Dilqəm oğlu olmuşdur. O, Yevlax rayonunda anadan olmuşdur. 2003-cü ildə Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə; Biznesin təşkili və idarəedilməsi fakültələrini bitirmişdir. Sərbəst auditor kimi fəaliyyətə başlamışdır. “Financial Academy Audit and Consulting” MMC-nin direktor-auditoru kimi fəaliyyətini davam etdirir.

MMC-nin ilk hüquqi ünvanı 22-ci ilin yanvarına qədər BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV 3 MKR, ev 11, mənzil 92, həmin tarixdən 23-cü ilin dekabrına qədər BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115 olmuşdur. Hansı ki, bu ünvanda “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-də yerləşir.

İndi gəlin bir nəfər tərəfindən idarə olunan bu üç şirkətin son dövrlərdə qalibi olduğu tenderlərə nəzər salaq

Xudiyev Nadir Bilman oğlunun qanuni təmsilçisi olduğu “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC Gədəbəy rayon İçra Hakimiyyəti başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 57.935,35 manat dəyərində tender udub. Onun digər qanuni təmsilçisi olduğu “İS.M.M.” MMC isə 28.06.2024-cü ildə Gədəbəy rayon İçra Hakimiyyətinin Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub və 713.456,07 manat məbləğində müqavilə bağlayıb.

Xudiyev Nadir Bilman oğlunun ortağı, İsgəndərov Coşqun Fəxrəddin oğlunun qanuni təmsilçisi olduğu “ELVİ.M.M. SERVİCES GROUP” isə Gədəbəy rayon İçra Hakimiyyətinin Gədəbəy şəhərində işıqlandırma və piyadaların hərəkəti üçün səkilərin salınması işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi olub və 03.07.2024-cü ildə 233.980,01 manat məbləğində müqavilə bağlayıb.

Bundan başqa Xudiyev Nadir Bilman oğlunun qanuni təmsilşisi olduğu “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC cari ilin iyulunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi dəyəri 656 739 manat olan iki satınalma müqaviləsi bağlayıb. MMC Siyəzən rayon İcra Hakimiyyəti ilə küçə və avtomobil yollarının əsaslı təmiri üzrə 312.435,26 manat, “ELVİ.M.M. SERVİCES GROUP” isə əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün zəruri olan xidmətlərin satın alınması üzrə 45.548 manat dəyərində müqavilə bağlayıblar.

Xaçmaz Rayon İcra Hakimiyyəti yaşıllıqların salınması işləri üçün 229.946 manat dəyərində satınalma müqaviləsini “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə, bayramlar ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili üzrə isə “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə 159.925,4 manat məbləğində satınalma müqavilələri bağlayıb.

İsgəndərov Coşqun Fəxrəddin oğlunun qanuni təmsilçisi olduğu “ELVİ.M.M. SERVİCES GROUP” isə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə 2022-2024-cü illərdə təsərrüfat mallarının və məişət tullantıları konteynerlərinin satın alınması üzrə 463.797,82, Gəncə şəhərinin istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satınalınmsı üzrə 1.623.552,89, Gəncə şəhər ərazisində işıqlandırılma sistemlərinin əsaslı təmiri işlərinin satınalınması üzrə isə 897.824 manat dəyərində satınalma müqavilələri bağlayıb ki, ümumi dəyəri 2 985 173 manat təşkil edib. Sözügedən MMC Gəncə Dövlət Universiteti ilə avadanlıqların satınalınması üzrə ümumi dəyəri 818 082 manat dəyərində iki satınalma müqaviləsi bağlayıb.

Bundan başqa “İS.M.M.” MMC Lerik Rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər Ərazi Nümayəndəliyi ilə 83.904,28, “ELVİ.M.M. SERVİCES GROUP” MMC isə 421.989,86 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə Nümayəndəliyi isə “RASH.M.M.TRADE AND SERVİCES-2020” MMC ilə tədbirlərin keçirilməsi ilə əlaqədar mal-materialların alınmasına işlər üzrə 194.982,02, “ELVİ.M.M. SERVİCES GROUP” ilə Şabran şəhəri ərazisində işıqlandırma işləri üzrə 52.602,09 manat dəyərində satınalma müqavilələri bağlayıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilimiş bu məlumatlardan da görsəndiyi kimi bir nəfərin qanuni təmsilçilik etdiyi “RASH.M.M.TRADE AND SERVİCES-2020” , “ELVİ.M.M. SERVİCES GROUP”, “İS.M.M.” MMC-ləri eyni rayonlarda müxtəlif işlərin görülməsi üzrə tenderlərin qalibi olurlar. Əslində isə bu MMC-lərin lisenziyaları ancaq tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrədir. Bu isə o deməkdir ki, bu MMC-lər tenderləri qanuni yollarla deyil, danışıqlar yolu ilə əldə edirlər.

Bunun bariz nümunəsini isə dünən Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstünün açılması ilə bağlı yayılmış məlumatda görmək olar. Məlumatda qeyd edilir ki, cinayət məsuliyyətinə cəlb edilmiş 80 şirkətə rəhbərlik edən Rüfət Nurəddin oğlu Kərimovun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

İndi kim zəmanət verə bilər ki, Xudiyev Nadir Bilman oğlun başçılıq etdiyi bu MMC-lər də Rüfət Nurəddin oğlu Kərimovun şirkətlərinin eynisi deyil?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru