Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                 

Demokratiyanın heç vaxt olmadığı partiya
Tarix: 23-07-2015, 10:17 | Çap et
Demokratiyanın heç vaxt olmadığı partiya
O hansı partiyadır ki, 2014-cü ilin 27 sentyabrından etibarən didişmələr meydanına çevrilib və orada partiyanın durumu yox, kimlərin qovulacağı müzakirə olunur? O hansı qurumdur ki, dəftərxanası görüləcək işlər deyil, yazılan istefa ərizələri ilə dolur? Faktiki olaraq, bu gün Müsavat Partiyası haqda xəbərlər yalnız bu mövzulardan ibarətdir və oradakı vəziyyət ağır olaraq qalmaqdadır. Partiyadan uzaqlaşan, istefa verən şəxslərin sırası hər gün daha da genişlənir və son olay isə budur ki, partiyanın əsas simalarından biri, zamanında əsas funkioner şəxslərdən olmuş, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verib. Partiyadan uzaqlaşacağını öncədən bəyan edən baş redaktor istefasını doğum günündən sonra reallaşdıracağını söyləsə də, bunu daha tez həyata keçirib və ərizəsini başqana ayın 15-də təqdim edib. Partiya sədri Arif Hacılı da bu haqda özünün Facebook profilində məlumat verərək, istefa ərizəsinin artıq bir müddət əvvəl verildiyini elan edib: “Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.

İki gün öncə yayılan mətndə isə R.Arifoğlu partiyadan çoxdan istefa vermək istədiyini bildirib: “Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olmuşam, partiyanın rəhbər strukturlarında vəzifələr daşımışam; bundan əvvəlsə, 1989-cu ilin oktyabrında qurulan (AMDP) Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olmuşam. Bir sözlə, partiyaya 26 il xidmət etmişəm. Bildiyiniz kimi, mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə, partiyadakı funksiyalarımdan imtina edərək, çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm. Düz o zamandan - artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərə çarpan fəaliyyətim olmayıb. Təəssüflə qeyd etməliyəm ki, mənim azad qəzetçi kimi fəaliyyətim, bir şirkət sahibi kimi bəzən biznes çıxarlarından; korporativ maraqlardan, ya da geniş ictimaiyyətə, hətta sizlərə belə açıqlaya bilmədiyim həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişlərim Müsavat Partiyasının və şəxsən özümün bədxahlarımızda, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır”.

Onu da deyək ki, R.Arifoğlunun partiyadan istefa verməsi birmənalı qarşılanmayıb və onu gedişi haqda müxtəlif fikirlər bildirilib. Hətta bəzi şəxslər qeyd ediblər ki, onun istefa ərizəsi verməsinə şərait yaradılmamalı idi və R.Arifoğlu da digərləri kimi partiyadan qovularaq, aşağılanaraq göndərilməli idi. Məsələyə eks başqan İsa Qəmbər də münasibət bildirib və R.Arifoğlu haqda xoş olmayan fikirlər bölüşüb: “Gənc dostlarımızdan Turxan Qarışqa mənə belə bir sualla müraciət edib - “İsa bəy, gözlər həm də sizdədir. Rauf Arifoğlunun partiyadan istefası haqda nə deyə bilərsiniz? Günün ən çox müzakirə olunan məsələsidir”. Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib”.

İ.Qəmbər R.Arifoğlunun Prezident tərəfindən mükafatlandırılmasına da münasibət bildirib və yaranmış mənzərəni hakimiyyətlə barışıq kimi qiymətləndirib. Təbii ki, bu cür fikirlər qarşı tərəfdə hiddət doğurub və əks cavab özünü çox gözlətməyib. Belə ki, baş redaktorun müavini və kiçik qardaşı Azər Ayxan bildirib ki, bu sözləri deyənlər öz barışdıqlarına da baxsınlar, bizim də: Siz bizim dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiniz. “Bu, rejimlə barışmaqdır” deyib Dədə Qorqudluq iddiasına düşürsünüz. P.S. "Yeni Müsavat" və Rauf Arifoğlu olmasaydı, Azərbaycan müxalifəti neynərdi görəsən”.

R.Arifoğlu özü də məsələyə münasibət bildirib və ortada gözlənilməyən ssenari olmadığını deyib. O, sabiq başqanından belə münasibət gözləyib-gözləmədiyi ilə bağlı suala cavabında bildirib ki, “filankəsdən bunu gözləmirdim” cümləsini ünvanına işlədəcəyi dostlarının sayı həddindən çox azdır. İ.Qəmbərin bir zamanlar “Rauf Arifoğluna hücum Müsavat Partiyasına hücumdur” yanaşmasının niyə dəyişdiyi barədə isə baş redaktor “o, bu sözləri deyəndə Müsavat Partiyasının başqanı idi, indi isə başqan deyil” cavabını verib.
Onu da deyək ki, bir partiya üzvünün istefası ətrafında bu qədər ajiotaj yaradılmasının özü də diqqət çəkən məqamdır. Bütün hallarda, istənilən bir şəxs partiya üzvlüyündən istefa verirsə, demək ki, onu qane etməyən, maraqları ilə üst-üstə düşməyən məsələlər var. Müsavat Partiyasının qurultaydan sonra, yəni Arif Hacılı başqan postuna gə(tiri)ləndən sonra hansı durumlara düşdüyü isə məlum məsələdir. Yeni başqanın gəlişi ilə üzvlərə azad söz və fikir bildirmək, başqanla eyni olmayan mövqe sərgiləməyin qadağan olunduğu hamıya bəllidir. Faktiki olaraq, partiyada qeyri-demokrat, avtoritar rejim hökm sürür və üzvlərin bir-bir bu cür qurumdan istefa verib getməsində təəccüblü nəsə yoxdur. R.Arifoğlunun oradan hələ 1998-ci ildən getmək istəməsini açıqlaması isə orada vəziyyətin heç zaman ürəkaçan olmadığını ortaya qoyur. Buradan belə başa düşmək olur ki, hazırda İ.Qəmbərlə R.Arifoğlu arasında gedən söz atışması da səbəbsiz deyil və hələ ki, bizə tam təfərrüatı ilə məlum olmayan məqamlar var. Aydın olan budur ki, hər zaman özünü xalqın partiyası kimi təqdim edən Müsavat heç zaman, heç İsa Qəmbərin dövründə də iddia etdikləri kimi bir təşkilat olmayıb və demokratik dəyər və prinsiplərdən çox uzaq olub. Göründüyü kimi, partiyanın iç üzü hər gün bir az da açılır və onların mahiyyət etibarı ilə nə olduqları, hansı “dəyər”lərə xidmət etdikləri elə öz açıqlamalarında faş olunur. Yəqin partiyanın hazırda bu dərəcədə əyilərək məhv olmağa doğru getməsi də qoyulan əyri təməlin nəticəsidir. Hazırda orada barmaq sayında üzvlərin qalması hər şeyi ifadə edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru