Tələbə ilə kollec direktoru arasında “dava” .....                     Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur .....                     Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir .....                     Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir .....                     Məcnun müəllimin süni intellekt həvəsi .....                     Müəmmalı şəkildə ölən idmançının atası: .....                     Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama .....                     İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır .....                     İlhamə Bədəlova və “Nə varsa”... .....                     “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” .....                     "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" .....                     Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? .....                     SOCAR-da benzin əvəzinə su vurulub .....                     "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." .....                     Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                 

Saxta profillilərin saxta partiyası
Tarix: 14-07-2015, 16:02 | Çap et
Saxta profillilərin saxta partiyası
AXCP cameəsində saxta profil qalmaqalı yenidən gündəmə gəlib. Əslində, bu mövzu heç vaxt gündəmdən düşməyib. Sadəcə, ortaya daha ilginc xəbərlər çıxdıqca, bu məsələ ikinci plana keçib. İndi saxta profil mövzusunun yenidən qabarmasının səbəbi isə sədrin bir neçə gün öncə istefa vermiş müavini Əbülfəz Qurbanlıdır. Belə ki, o, Facebook profilində paylaşdığı statusda bu cür fəaliyyət quran şəxslərə sərt sözlər yazıb və onların kim olduğunu bildiyini qeyd edib: “Saxta profil arxasında gizlənənlər özümüzünkülərdir. Dedim axı hamını tanıyıram”.

Onun yazdığı bu status yenidən aranın qarışmasına səbəb olub və ciddi müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, AXCP-də saxta profil qalmaqalı xeyli vaxtdır başlayıb və bu ənənə hələ də “uğurla” davam etdirilir. Belə özfəaliyyət və davranışlar isə xəstə təfəkkürün məhsulu hesab olunur. Partiyanın bu cür əməlləri haqda bir müddət öncə AXCP-dən qovulan başqa bir müavin Razi Nurullayev ilginc faktlar açıqlayaraq, orada müxtəlif məcburiyyətlərə məruz qaldığını, onlardan birinin də çoxlu sayda saxta profil işlətmək olduğunu söyləmişdi: “Saxta profil fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir. Bu, çox utancverici hərəkətdir. Guya saxtakarlıqlara qarşı mübarizə aparırlar, bəs bunu özlərinə necə uyğun görürlər? Utanıram. Həm də yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb, sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bu, AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zorlamağı rəva görürsünüz?”

Keçmiş müavin açıqlayıb ki, internetdən istifadə edə bilməyən bir sıra cəbhəçilərin adından açılan saxta profillərlə qaraladıqları adamları söyür, təhqir edirlər. Ən xırda məsələdə belə, onlarla həmfikir olmayan şəxslərə qarşı ən pis formada qarayaxma kampaniyası aparılır, onların rüsvay olması üçün müxtəlif yollara əl atılır. Hazırda partiyanın cəmiyyət üçün ən “əsas və aktual” mövzusu isə sədrin paylaşımına gələn “like” sayı, onu neçə nəfərin paylaşması, nə qədər rəy yazılmasıdır. Radikal müxalifət partiyası sədrinin bu cür cılız işlərlə məşğul olması isə onun adına yazılan ən böyük biabırçılıqlardan biridir. Belə yolla guya çoxlu tərəfdarları, həmfikirləri olduğunu nümayiş etdirmək istəyirlər. Bu cür yalanlar isə bir yerə qədər inandırıcı ola bilər. Çünki tərəfdar sayının nə qədər olduğu mitinqlər zamanı bəlli olur və onda real dəstəkçilərin sayı üzə çıxır. Belə faktlar partiyadakı idarəçilikdə çox ciddi problemlər olduğunu ortaya qoyur. Məlum olur ki, sədri partiyanın işləri, gələcək fəaliyyəti maraqlandırmır, hər şey yalnız görüntüyə hesablanır. Bu kimi hallar isə xarici havadarlara hesabat verən şəxslər üçün xarakterikdir. Bir partiya sədri üçün daha betər biabırçılıq öz xanım işçisinə qarşı şantajçılıq etməsidir ki, Ə.Kərimli belə hərəkətə də yol verib. Onu da deyək ki, Ə.Kərimli gənclər harasa istirahət üçün gedəndə də narazı qalır, onların kənar yerlərə pul xərcləməsinə əsəbiləşir. Tələb edir ki, xərclənilən ən xırda məbləğ də partiyaya verilsin. Hətta onların toya yazdırdıqları pullar da narazılığa səbəb olur. Bütün bunlar isə onu göstərir ki, Ə.Kərimli partiya üzvlərinə oyuncaq kimi baxır və hamıdan öz maraqları üçün istifadə edir. AXCP-dəki vəziyyətə əyani şahid olan R.Nurullayev də cəbhəçilərə istifadə olunan material kimi baxıldığını söyləyib: “Onlar ancaq adamları mitinqlərə dəvət etmək, Facebookda statuslar paylaşmaq, şərhlər yazmaq üçün lazımdırlar. Ən vacib işləri isə partiya rəhbərliyini tərif və təbliğ etməkdir. Bu, mütləq icra olunmalı işdir. Azərbaycan gəncliyi artıq belə işlərdən bezib. Onların düşüncələri fərqlidir və bu cür gedişatla razılaşmaq istəmirlər. Partiyada artıq ciddi şəkildə fikir ayrılıqları və ondan yaranan problemlər var”.

Göründüyü kimi, AXCP sədri Ə.Kərimlinin saxta profil siyasəti nəinki kənardakıları, artıq öz üzvlərini də bezdirib və onların bir-bir oradan uzaqlaşmasına səbəb olub. İstər gənclər, istərsə də yaşlı nəsil Facebook-da Ə.Kərimlinin “laykedən”i olmaqdan yorulublar. Üstəgəl, keçirilən tədbirlər və ya xırda toplantılar zamanı da hələ heç bir normal fəaliyyət sərgiləməyən bir sədr haqda bəlağətli fikirlər səsləndirilməsi öhdəçiliyi də insanları diksindirib. Belə hal insanların hüquqlarının tapdanmasıdır və istəmədiyi sözləri deməsi və ya istəmədiyi hərəkətləri etməyə məcbur edilməsi partiya üzvü olan şəxs üçün çox acınacaqlı haldır. Bunun isə yeganə adı partiya üzvlərini mənəvi terrora məruz qoymaqdır. Onlar partiyadan rahatlıqla uzaqlaşıb gedə bilmirlər, çünki hansı vəziyyətlə üzləşəcəklərini bilirlər. Partiyada eynən funksionerlər və ya sədr kimi düşünməyənlərin də işi çətindir. Həmin insanın mövqe bildirmək, fikrini bölüşmək kimi haqqı yoxdur və o, sözünü deməkdən çəkinməzsə, sonu məlum məsələdir- partiyadan qovulacaq və Facebook-da cəbhəçilərin kütləvi hücumuna məruz qalacaq. Bu təfəkkürdə olan sədrin partiyasının bundan o yana alçalma nöqtəsi yoxdur və qurumun fəaliyyətini bu cür şərtlər altında davam etdirəcəyi şübhə altına düşür.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34
Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30
Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00
Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52
Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50
Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45
Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42
İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37
İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30
“Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23
"AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21
Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18
SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14
"Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru