Müxalifət bu seçkiyə nəynən gedir...
Tarix: 8-07-2015, 09:22 | Çap et
Bu ilin payızında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı faktiki start düyməsinə basılmasa da, ölkədəki bütün siyasi güc mərkəzləri məhz bu siyasi yarışa hazırlaşır. Seçkilərə hələ aylar qalmasına baxmayaraq Azərbaycandakı hansı siyasi qüvvənin xalq dəstəyi qazanacağı, hansı qüvvələrin isə yenidən məğlubiyyətə uğrayacağı proqnozlaşdırılandı.
Bununla belə, adını "radikal müxalifət" qoymuş bəlli güclər bu seçki prosesinə də növbəti revanş cəhdi kimi baxır. Ardıcıl məğlubiyyətlər seriyasından sonra sıraları onsuz da seyrək olan tərəfdarlarını itirə-itirə gedən radikallar bu seçkilərdə heç olmasa "təsəlli qolu"na sevinmək ümidindədir. Maraqlıdır, həmin qüvvələr builki seçkilərdə hansı nəticələri göstərə bilər? Düşərgəyə ötəri nəzər salmaq belə kifayətdir ki, bu qüvvələrin dağınıq və yorğun olduğu nəzəri cəlb etsin. Ardıcıl olaraq 20 ildən artıqdır ki, bütün seçkilərdə məğlubiyyətə uğrayan radikallar artıq siyasi ömürlərinin sonuncu payızını yaşamaqdadırlar. Elə bu baxımdan da payızda keçiriləcək parlament seçkilərini müxalifət üçün "ölüm ya olum" məsələsi də adlandırmaq olar. Heç kəsə sir deyil ki, bir vaxtlar müəyyən kəsimin dəstəyini qazanmaqla proseslərə az da olsa təsir etmək gücündə olan həmin qüvvələr indi bu "rıçaqdan" da məhrum olublar. Bu baxımdan radikal müxalifətin çətiri altında olan siyasi partiyaların real durumuna nəzər salmaq pis olmazdı. Əvvəla qeyd olunmalıdır ki, artıq həmin siyasi partiyalardan bəziləri radikal mübarizə üsullarından faktiki olaraq imtina edib. Başqa sözlə, həmin partiyaların sıradan çıxmasından sonar sıraları seyrəkləşən radikallar düşərgəsi mövcudiyyət tarixinin ən ağır mərhələsini yaşayır. Müsavat partiyası faktiki olaraq AXCP ilə yollarını ayırıb və adıçəkilən qurumlar bu gün faktiki olaraq düşmənçilik münasibətindədir. Onlar ümumi rəqib saydıqları hakimiyyətdən daha çox bir-birilə mübarizə aparır ki, bu da öz növbəsində düşərgənin parçalandığını təsdiq edən faktor kimi çıxış edir. Azərbaycan Demokrat Partiyası ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. Adıçəkilən və bir vaxtların ən radikal qruplarından sayılan ADP hazırda konstruktiv mübarizə üsullarına üstünlük verdiyini bəyan edib. Bu isə Azərbaycanda radikalizmin tamamilə iflasa uğradığını göstərməklə yanaşı, hakimiyyət-müxalifət münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verir. İctimai dəstəkdən məhrum olan radikallar bu mübarizə üsulunun konkret nəticələr vermədiyini gördüyündən taktikanı dəyişmək zorunda qalıb. Ənənəvi radikal müxalifət obrazına sadiq qalan azsaylı və pərakəndə qüvvələrə gəlincə isə qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) təklənmiş durumdadır. Faktiki olaraq AXCP-dən başqa heç bir siyasi gücün qatılmadığı Milli Şuraya gəlincə isə bildirməliyik ki, qurumun təntənəli səslənən adından başqa heç nəyi yoxdur. Yalnız AXCP-nin günü-gündən seyrəkləşən elektoratı üzərində bərqərar olan Milli Şuranın payızdakı seçkilərdə hansısa nəticələr göstərə biləcəyi isə istənilən adamdan hüdudsuz və zəngin fantaziya tələb edir. Bir vaxtlar hakimiyyət düşərgəsində təmsil olunmuş, sonradan isə çeşidli səbəblərdən düşərgə dəyişdirmiş bir neçə şəxsin və AXCP üzvlərinin təşkil etdiyi Milli Şuranın parlament seçkilərindəki məğlubiyyəti bəri başdan proqnozlaşdırıla bilən ehtimallardan sayılmalıdır. Odur ki, parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) təntənəli qələbə qazanacağı daha real görünür. Parlamentdə təmsil olunacaq müxalifət təmsilçilərinin kimliyinə gəlincə isə hər şeydən öncə qeyd olunmalıdır ki, onların sayı o qədər də çox olmayacaq. Konstruktiv düşərgə təmsilçiləri olan və hazırda da parlamentdə təmsilçilik qazanmış bəlli müxalifət partiyalarının bu seçkilərdə də kiçik uğurlar qazanacağı istisna olunmur. Bu isə artıq Azərbaycanda radikal müxalifətçilik düşüncəsinin "dəfn olunduğu" anlamına gəlməlidir. Bu baxımdan qarşıdan gələn parlament seçkilərini radikal müxalifətin "sonuncu payızı" da adlandırmaq olar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Bu gün, 06:34 |
|
|
|
• Ev almaq istəyənlərə mühüm xəbər: Ən asan yol budur – "Ucuz başa gəlir"
Bu gün, 06:30 |
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
|