Müsavat Partiyasında gizli mühacir alveri var imiş... - “Üzv olmaq üçün 1800 verdim”
Tarix: 4-06-2015, 11:28 | Çap et
Xəbər verdiyimiz kimi, dünən Müsavat partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturum almaqdan ötrü Müsavat Partiyası adından saxta sənədlərin verilməsi ilə bağlı bəyanat yaymışdı.
"Qafqazinfo"ya daxil olan məlum bəyanatda Elnur Aydın oğlu Mirzəyevin adı çəkilmişdi. Bildirilirdi ki, Avropada olan mühacirlərdən Elnur Aydın oğlu Mirzəyevin adından Belçika ölkəsinin Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, Arayışın və “Elnur Mirzəyev barədə” sənədin Müsavat Partiyasına göndərilmiş surətləri tərəfimizdən araşdırılmış və saxta olduğu təsdiq olunub. Müsavat Partiyası tərəfindən E.Mirzəyevin adına verilməsi iddia edilən Müsavat Partiyasının 1216 saylı vəsiqəsi Müsavat Partiyasına məxsus deyil və saxtadır.
“Yeni Müsavat” qəzeti isə saxta vəsiqəyə sahib olmaqda ittiham olunan E.Mirzəyevlə əlaqə saxlayıb. E.Mirzəyev dedi ki, bu bəyanat partiyanın onu aldatdığını sübut edir: “Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, ”2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".
Müsahibimiz dedi ki, G.Aslanlı tərəfindən dünən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.
E.Mirzəyev dedi ki, onun oturum alması məsələsində heç bir dəyişiklik yoxdur. Müsahibimizin sözlərinə görə, hələ ki növbəti müsahibə baş tutmayıb: “Belçika dövləti oturum verməsə də, həyatımızı yaşayacağıq. Pislikləri özlərinə qalsın. Amma mən əlimdəki bütün sənədləri Qənimət Zahidə verəcəm, qoy o bu mövzunu ”Azərbaycan Saatı" verilişində yayımlasın. Axı bu bəyanatı yaymaqla nə oldu? Bunun adı pislikdir, başqa adı yoxdur. İnsanlara saxta sənədlər satmısız və mən yeganə adam deyiləm. Sizin qəzetinizə müsahibənizdən sonra Eldar Zeynalov Mirzə Sakitə müraciət edib ki, niyə onun adını çəkmişik. Halbuki o adam mənimlə bağlı miqrasiya idarəsinə yalan məlumatlar verirdi. Eldar Zeynalov dövlətə satılmış hüquq müdafiəçisidir. İndi Müsavat Partiyası başqanının müavini onu hörmətli adam kimi təqdim edir".
Müsahibimiz bu məsələni sona qədər araşdıracağını və Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağını dedi: “Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.
G.Aslanlı isə açıqlamasında E.Mirzəyevin dediklərini böhtan adlandırdı. Müsahibimiz ümumiyyətlə bu adamı görmədiyini dedi: “Nə Bakıda, nə də başqa bir yerdə. Doğrudur, onunla mənim aramada inboks yazışması olub. O yazışmada da qeyd edib ki, Müsavatın üzvüdür. Soruşmuşam ki, Müsavatın üzvüsüzsə, hansı təşkilatın üzvüsən? O da deyib ki, özümü Novxanı müsavatçısı hesab edirəm. Mən də demişəm ki, Müsavatda ”Novxanı müsavatçısı" anlayışı yoxdur. Ya Binəqədi, ya da hansısa başqa rayon müsavatçısı ola bilər.
Sonra o mənə yazıb ki, məni Tofiq Yaqublu partiyaya qəbul etdirib. Mən də bunu vəkili vasitəsilə Tofiq bəydən soruşmuşam. O da deyib ki, əgər partiyaya üzv olmaq üçün onun ərizəsi yoxdursa, qəbul etdirmək söhbəti olmaz. Mən Tofiq Yaqubluya özüm qədər inanıram. O belə iş görməz".
Müsahibimizin sözlərinə görə, bu dəqiqləşdirmədən sonra E.Mirzəyevə “sizin Müsavata üzv qəbul olunmanız təsdiq olunmur, siz Müsavatın üzvü deyilsiz”, cavabını verib. G.Aslanlı dedi ki, son olaraq Belçika Miqrasiya İdarəsindən Müsavata ünvanlanan müraciət də bu saxtakarlığı bütün detalları ilə üzə çıxarıb: “Bəli, ortada bir vəsiqə var. Amma bugünkü bəyanatda da göstərmişəm ki, Müsavatda belə vəsiqə nömrəsi yoxdur. Müsavatın istifadə etdiyi blankın forması tamam başqadır. Möhür tamam başqadır. Ona mənim adımdan verilən arayış və sənəddəki imzalar mənə məxsus deyil. Ekspertizaya verib, təsdiqləmək mümkündür. Kimsə saxta sənəd verib. Ya özü düzəldib, ya da kimsə verib belə saxta sənədi. Başqa variant yoxdur. İstifadə edilən möhür də Müsavatın deyil. Mən faktları təqdim etmişəm. O adam xəyallar və nağıllarla nələrsə danışır. Mən şəxsən öz adımdan deyirəm ki, onu heç vaxt görməmişəm. Vasitəçisi kim olubsa, onu da görməmişəm”.
G.Aslanlı dedi ki, qarşı tərəfin ona pul verməsi ilə bağlı irəli sürdüyü iddia ağ yalandır. Müsahibimiz hesab edir ki, bunu sübut etmək istəyən şəxs məhkəməyə müraciət etsin: “Görək orda kim kimə nəyi sübut edəcək. Cəmiyyətdə məni tanıyanlar bilir iki, heç vaxt əqidəmi pula satmamışam. Mənim adıma yapışan şey deyil. Versin məhkəməyə. Dediyində həqiqət varsa, mənə pul verdiyini sübut etsin məhkəmədə.
Elə olsa qanun qarşısında, qanuna tabe olmağa və Müsavat üzvləri qarşısında da üzr istəməyə hazıram. Məni pulla almağa cəhd edən hakimiyyət buna nail olmayıb. Heç kimin 700 manatına qalan kişi deyiləm. Belə şərlə məşğul olmaqdansa özünə başqa peşə tapsın. Mən faktları ortaya qoymuşam. İmzam, möhür, blank uyğun gəlirmi? Yox. Fakt budur”.
Müsavat başqanının müavini bu işdə kimin əli ola biləcəyi ilə bağlı sualı da cavablandırdı. Dedi ki, ümumiyyətlə, partiyada heç kim onun imzasını ata və ümumiyyətlə belə saxta sənəd verməyi boynuna götürə bilməz: “O sənəd Avropada hazırlanıb.
2006-cı ildə də belə sənəd ortaya çıxmışdı. Onun üzərində Yasamal rayon təşkilatının möhürü və Vurğun Əyyubun imzası vardı. Həmin vaxt biz bunu dəqiqləşdirdik. Məlum oldu ki, nə bu imza Vurğun Əyyuba məxsusdur, nə də təşkilatdan belə bir sənəd verilib. Belə saxta iş bacaranların olması barədə məlumatımız var. Böyük ehtimalla xaricdə olan işdir. Müsavat Partiyasına aidiyyəti yoxdur. Lap Azərbaycanda belə işbazlar olsa da, onlar Müsavat Partiyasından kənardadırlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Quru sərhədlərinin bağlı saxlanılması təhlükəsizlik məsələsidir - Görünəni odur ki...
Bu gün, 02:00 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - belə SÜLH TƏDARÜKÜ olur?
Bu gün, 01:52 |
|
|
|
• Məcnun müəllimin süni intellekt həvəsi - İcazə verin şübhələnək...
Bu gün, 01:50 |
|
|
|
• Müəmmalı şəkildə ölən idmançının atası: - "Günahı olan cəzalandırılsın”
Bu gün, 01:45 |
|
|
|
• Qazaxıstanın hesabatına Bakıdan sarsıdıcı açıqlama - RƏSMİ
Bu gün, 01:42 |
|
|
|
• İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır - Paşinyan
Bu gün, 01:37 |
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
|