Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                 

İlyas İsmayılovdan spikerə: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”
Tarix: 15-09-2014, 11:29 | Çap et
İlyas İsmayılovdan spikerə: “Konstitusiyanın tələbləri nəyin naminə pozulur?”
Yəqin xatırlayırsınız, Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir müddət əvvəl deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı prezident İlham Əliyevə müraciət etmişdi.

İ.İsmayılovun həmin müraciətinə Prezident Administrasiyasından rəsmi cavab verilməsə də bildirilmişdi ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyətindədir.

Bundan sonra İ.İsmayılov MSK-ya məktub göndərmiş və qeyd etmişdi ki, Konstitusiyanın müvafiq maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.

Lakin nədənsə deputatın bu müraciətinə MSK tərəfindən heç bir reaksiya verilmədi. Niyə?

Virtualaz.org saytının əməkdaşı bu və digər suallarla İlyas İsmayılovun özünə müraciət edib. Deputat deyib:

-Bəli, mən MSK sədri Məzahir Pənahova üç dəfə yazılı müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 85-ci və Seçki Məcəlləsinin 173-cü maddələrinə zidd olaraq universitet rektorlarının, açıq səhmdar cəmiyyətləri, dövlət şirkətləri rəhbərlərinin, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin məhz onun “səhvi” üzündən deputat mandatına yiyələnmələrini diqqətinə çatdırmış, həmin şəxslərin ya deputat mandatından məhrum edilmələri, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görməsini xahiş etmişdim. Amma MSK məktubumla bağlı nəinki tədbir görmədi, heç mənə cavab da vermədi.

Məhkəməyə müraciət etməli oldum. MSK məhkəməni də saymadı, onun iki iclasına gəlmədi. Üçüncü dəfə məhkəməyə bildirdi ki, guya mənim məktublarımı almayıblar. Məcbur olub məktublarımın MSK-ya göndərilməsinə dair Milli Məclisin ümumi şöbəsindən arayış aldım və məhkəməyə təqdim etdim. Bundan sonra MSK-nın katibi Arifə Muxtarova 30 may tarixində 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hakimi Şərafət Məmmədovaya məktub göndərərək etiraf etdi ki, mənim 07 iyun, 18 oktyabr 2013-cü il və 30 yanvar 2014-cü il tarixli məktublarımı alıblar. Və guya məsələni hər dəfə mənimlə ətraflı müzakirə ediblər, MSK tərəfindən də guya müvafiq tədbir görülüb.

Əslində isə mənimlə heç kim söhbət etməyib. Mən sədrə “nə üçün mənim məktubuma cavab vermirsiniz” deyəndə bildirib ki, “sizin təkliflərinizi, Allah qoysa, 2015-ci ildə nəzərə alarıq”. Komissiyanın katibi Mikayıl Rəhimova zəng edəndə isə o dedi ki, “səhv etmişik, gərək mandatları verməzdən əvvəl onların işdən çıxmaları haqda sənəd alaydıq”.

Onu da qeyd edim ki, MSK katibinin məhkəməyə göndərdiyi həmin məktubda mənim qaldırdığım məsələnin mahiyyətini təhrif etməyə və gizlətməyə də çalışılıb. Daha dəqiq desəm, orada məktubum “qanunvericiliyin təfsiri ilə əlaqədar təklif xarakterli” adlandırılıb. Halbuki mən konkret göstərmişəm ki, qanunvericiliyə zidd olaraq deputat mandatı daşıyan şəxslərin bu mandatdan məhrum edilmələri və ya tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmaları üçün tədbir görülsün.

Doğrusu, adam bilmir ki, MSK-nın bu hərəkətlərinə, yalanlarına nə desin. Onu da başa düşə bilmirəm ki, MSK və onun sədri Məzahir Pənahovun sözün əsl mənasında hoqqalarına nə üçün “dözümlülük” göstərilir?! Qanunu pozan, öz səhvini bilib etiraf etməyi bacarmayan bu insanı nə üçün müdafiə edirlər? Halbuki vaxtilə müdriklərin dediyi kimi, düz yola gəlməyin birinci şərti səhvi etiraf etməkdir.

Hər bir dövlət qurumunun - indiki halda MSK-nın öz səhvlərinə münasibəti onun nə qədər ciddi olduğunu və xalq qarşısında öz vəzifələrini necə yerinə yetirdiyini göstərən ən mühüm meyarlardan biridir. Səhvi açıq etiraf etmək, onu diqqət və məsuliyyətlə müzakirəyə çıxarmaq, yuxarıda deyilənlərlə bahəm həm də vətəndaşları tərbiyə etmək və öyrətmək vasitəsidir...

-Səhv etmiriksə, siz sonradan bu məsələni bir daha gündəmə gətirdiniz və Milli Məclisdə təmsil olunan oliqarx-deputatların mandatına xitam verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiniz.

-Elədir. Mən Konstitusiya Məhkəməsinə də müraciət etdim. Mənə cavab gəldi ki, “deputatın sorğusuna cavab verilmir, Milli Məclis belə bir sorğu göndərsə, cavab verərik”. Həmin cavaba uyğun olaraq 3 fevral 2014-cü il tarixdə Milli Məclisin sədri Oqtay Əsədova müraciət etdim ki, birincisi, qanunverici orqanın rəhbəri kimi, səlahiyyətlərindən istifadə edərək deputat statusu ilə bir araya sığmayan vəzifəni tutmaqda və fəaliyyəti həyata keçirməkdə davam edən şəxslərin deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasına müraciət etsin. İkincisi, Konstitusiyanın 85 və 89-cu maddələrinin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verilməsi barədə məsələni Milli Məclisin müzakirəsinə çıxarsın. Çox təəssüf ki, bu şəxsdən də bir cavab yoxdur.

Konstitusiya Məhkəməsinin cavabını, formal baxımdan hardasa düz saymaq olar. Bununla yanaşı soruşuram: nə üçün Konstitusiya Məhkəməsi göstərilən şəxslərin tutduqları vəzifədən azad olunmadıqlarını bilə-bilə Konstitusiya və Seçki Məcəlləsinə zidd olaraq onların mandatını təsdiq etmişdi? Yaxud öz səhvini heç olmazsa sonradan düzəldə bilməzdimi?

- Bir ara boş qalmış deputat yerləri haqda da məsələ qaldırmışdınız. Onda həmin yerlərin sayı 3 idi. Mübariz Qurbanlının məlum təyinatından sonra 4 oldu. O müraciətinizə nə cavab verdilər?

-Qanuna görə, Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən deputat mandatının boş qalmasından sonra bir ay ərzində vakant yerlərə seçkilər keçirilməlidir, amma neçə aylardır ki, bu, baş vermir. Bu, ciddi qanun pozuntusudur. Əslində vətəndaşların seçib-seçilmək, dövlətin idarə olunmasında iştirak etmək kimi siyasi hüquqlarının pozulmasıdır. Bu məsələyə bazar təfəkkürü prizmasından deyil, məhz belə yanaşılmalıdır. Ancaq heç kim bu barədə danışmır, məsələnin həlli üçün tədbir görülməyib və bu gün də görülmür. Zənnimcə, bu elə sualınıza cavabdır. Yəni spiker bu müraciətə, iradlara da məhəl qoymayıb.

-Sizcə, müraciətlərinizə bu cür yanaşma nə ilə bağlıdır? Sualı başqa cür də qoymaq olar: sizə elə gəlmirmi ki, bütün bu “soyuqluğun” kökündə spikerlə məlum mübahisəniz durur?

-Güman etmirəm. O bir epizod idi, oldu getdi. Görünür, sonradan həmin mübahisəyə görə özləri də peşman oldular. Ən azı parlamentin o iclasının rəsmi stenoqramını dəyişmələri belə düşünməyə əsas verir.

-Yeri gəlmişkən, o vaxt Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə məktub göndərərək həmin stenoqram məsələsinə görə onları saxtakarlıqda ittiham etmişdiniz. O məktubun taleyi necə oldu?

-O məktub da, çox təəssüf ki, bayaqdan haqqında danışdığımız məktubların taleyini yaşadı.

-Maraqlıdır, bütün bunlardan sonra nə etmək, hansı addımları atmaq fikrindəsiniz? Ən əsası: inanırsınızmı ki, cəhdləriniz hansısa nəticə verəcək?

-Bilirsiniz, söhbət heç də məndən və ya mənim hansısa müraciətlərimdən getmir. Məsələ ondadır ki, biz 17 yanvar, 2001-ci ildə Avropa Şurasına qəbul olunmuşuq. Avropa Şurası azadlığa, demokratiyaya, insan hüquqlarının təminatına və qanunun aliliyinə əsaslandığını iddia edən Avropa birliyidir. Avropa Şurasına daxil olan dövlət də Şuranın Nizamnaməsinin 3-cü maddəsinə əsasən qanunun aliliyinə hörmət etmək və insan hüquqlarını təmin etmək gücündə və əzmində olmalıdır. AŞ-nin üzvü olan ölkə bu məqsədin həyata keçirilməsi üçün onunla səmimi və fəal əməkdaşlıq etməlidir. Ölkəmiz Avropa Şurasına qəbul edilərkən Azərbaycan Respublikası prezidentinin, Milli Məclis sədrinin, baş nazirin, habelə parlamentdə təmsil olunan partiya sədrlərinin məktubları nəzərə alınıb və Azərbaycan üzərinə yuxarıda göstərilən prinsiplərə əməl edəcəyi barədə öhdəlik götürüb.

Məhz bunu nəzərə alaraq Azərbaycanın dövlət strukturları, o cümlədən yuxarıda haqqında danışdığımız qurumları - Konstitusiya Məhkəməsi, Milli Məclisi, MSK-sı, məhkəmələri Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərə biganə münasibət bəsləməməlidir. Çünki son nəticədə bu, təkcə onların özlərinə yox, bütövlükdə Azərbaycanımızın adına xələl gətirir. Buna isə yol vermək olmaz. Axı dövlətin nüfuzu, ona inam həm də onun öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmək qabiliyyətilə müəyyən olunur.

Bir məsələ məni həmişə olduğu kimi indi də çox düşündürür: əsas qanunumuz olan konstitusiyamızın və Seçki Məcəlləsinin imperativ tələbləri nəyin naminə pozulur? Nə üçün qanun pozuntuları aradan qaldırılmır? Məmur özbaşınalıqları və şəxsi maraqlar niyə ölkənin maraqlarından üstün tutulur?

Biz konstitusiyamızda hüquqi dövlət qurduğumuzu bütün dünyaya elan etmişik. Bu dövlətdə heç kim özünü qanundan üstün tutmamalıdır, qanun qarşısında hamı bərabər olmalıdır. Düşünürəm ki, göstərilən qanun pozuntularını müdafiə edərək yersiz və acı gülüş doğuran inadkarlıq göstərmək əvəzinə sağlam düşüncədən və ölkənin maraqlarından çıxış edərək bu tələbə əməl etsək işimiz yaxşı gedər, insanları dövlətin varlığı və gələcək inkişafı üçün mühüm şərt olan qanuna hörmət ruhunda tərbiyə etmək sahəsində uğurlar qazanarıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru