MİDA-nın 620 minlik tenderi ləğv edildi .....                     “Qoca qitə” çarə axtarışında: .....                     Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? .....                     Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi .....                     Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü .....                     “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib .....                     Erməni əsilli İsveç deputatı haqlıdırmı? .....                     Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib .....                     Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub .....                     Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... .....                     Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib .....                     Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? .....                     “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” .....                     “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? .....                     Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? .....                     “Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub .....                     14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU .....                     Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi .....                     Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... .....                     Vüsal Aslanov daha bir rəisi işdən çıxardı .....                     Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar .....                     Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb .....                     Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? .....                     Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun .....                     “Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ .....                     Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı .....                     Lalə Babayeva işdən çıxarıldı .....                     Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... .....                     Azərbaycanda şirkətin direktoru istefa verdi .....                     Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər .....                     Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... .....                     İcra başçısının qardaşı vəfat etdi .....                     "Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" .....                     Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır .....                     “Direktorun otağında görüş keçirmək etik sayılmaz” .....                     “Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” .....                     Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı .....                     Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB .....                 

Azərbaycanda seçkilərdə namizəd olmaq "təyinatlıdır"? - BU NƏDİ BELƏ?
Tarix: 2-08-2024, 06:57 | Çap et
Azərbaycanda seçkilərdə namizəd olmaq "təyinatlıdır"?
Azərbaycanda artıq parlament seçkilərində namizədlərin belə hakimiyyətlə “razılaşdırıldığı” ilə bağlı iddialar səslənir. Həmin fikrin müəlliflərinə görə, hakimiyyət lazım bildiyi müxalif qüvvənin seçkiyə qatılmasına şərait yaradır, lazım bilmədiyi şəxsləri isə “razılaşdırılmış qaydada” seçkidən kənarda qoyur.

Sosial şəbəkələrdə səslənən belə iddialar onunla əsaslandırılır ki, namizədliyini irəli sürmüş bəzi şəxslər artıq bundan imtina etməyə başlayıblar. Son günlərdə VI çağırış parlamentin deputatı Vahid Əhmədov, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev namizədliyini geri götürüb. Lakin həmin şəxslərin heç biri onlara təzyiq olması ilə bağlı hər hansı bir açıqlama verməyiblər. Kimisi bunu ailəsinin tövsiyəsi, kimisi də reallıqla hesablaşması ilə izah edib.

Bundan əvvəlki seçkilərdə isə bəzi müstəqil təhlilçilər deyirdi ki, Azərbaycanda seçki institutu sıradan çıxıb, kimin deputat seçilib, kimin seçilməməsini hakimiyyət müəyyən edir. “Hakimiyyət seçkilərə demokratik görüntü vermək üçün müəyyən müxalif qüvvələrin, opponentlərin, tənqidçi şəxslərin prosesdə iştirakında maraqlı idi”, - deyə onlar vurğulayırdılar.

Hərçənd rəsmilər bir qayda olaraq bildirirdilər ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu da qeyd edilən rəylərlə razılaşmır, namizədliyini geri götürməsini ölkədə gedən proseslərlə izah edir: “İndi Azərbaycanda o qədər ciddi daxili və xarici təhdidlər var ki, ölkədə seçki prosesinin gedişatında müəyyən gərginlik yarandığı təqdirdə milli maraqlar real təhlükə altına düşə bilər. Bunları nəzərə alıb hesab etdim ki, namizədliyimi geri götürməliyəm. Çünki mən seçkilərə gedəcəyim təqdirdə, axıra kimi gedəcəkdim, mübarizə aparacaqdım”.

S.Cəlaloğlu qeyd edib ki, namizədliyini özü könüllü şəkildə, heç bir təzyiq olmadan geri götürüb: “Bizim iqtidarla əməkdaşlıq platformamız var. O platformanın əsas prinsiplərindən biri razılaşmadır. Hökümət mənə təklif etsəydi ki, seçkilərdə iştirak etmə və mənə inandırıcı dəlillər gətirsəydi, mən iqtidarla razılaşardım. Amma heç belə təklif da olmayıb”.

Bu məsələyə, hələlik, Mərkəzi Seçki Komissiyasından münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin VI çağırış deputatı, hakim Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov Turana deyib ki, kiminsə namizəd olmasının “razılaşdırıldığı” və ya bəzi namizədlərin təzyiqlə geri çəkilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur: “Kimsə görübmü ki, namizədliyini irəli sürən, sonra isə namizədliyini geri götürən şəxs kiminsə ona təzyiq və ya təsir etdiyini desin? Yoxdur belə bir fakt, ola da bilməz”.

E.Nəsirovun fikrincə, ayrı-ayrı şəxslərin namizədliyini geri götürməsinin səbəbləri çox sadədir: “Əvvəl eyforiyaya düşürlər, namizədliklərini verirlər, sonra isə görürlər ki, onların qarşısında Yeni Azərbaycan Partiyasının və ya bitərəflərdən elə güclü namizədləri var ki, bir çox hallarda namizədliyini geri götürmə daha yaxşıdır, nəinki seçki prosesində iştirak edib məğlubiyyət acısını yaşamaq”.

Onun sözlərinə görə, burada yeganə səbəb budur və digər hər hansı səbəb yoxdur: “Namizədliyini geri götürməyin səbəbi mənasız enerji və maliyyə xərclərinə getməmək istəyidir”.

Hazırda Azərbaycanda 20-dən çox partiya fəaliyyət göstərir. Onlardan yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) azad və ədalətli seçkilər üçün heç bir şəraitin olmadığını bəyan edərək boykot qərarı verib. Başqa bir müxalif qüvvə-Müsavat Partiyası isə seçkilərə qatılsa da, amma onun indiki və keçmiş rəhbər şəxsləri namizədliyini irəli sürməyib. Bu partiyanın başqanı İsa Qəmbər AzadlıqRadiosuna deyib ki, Azərbaycanda avtoritar hakimiyyət hökm sürür və bu hakimiyyət dövründə ümumiyyətlə ölkədə azad, ədalətli seçkilər keçirilməyib: “Getdikcə hakimiyyət faktiki olaraq seçkilərin ləğvi ilə məşğuldur. Hakimiyyət istəyir ki, onların tabeliyində olan, ancaq onların təyin etdiyi şəxslər parlamentdə olsun və nəyinki müxalifət namizədlərinin, hətta müstəqil namizədlərinin parlamentdə yer almasını hakimiyyət istəmir”.

İ.Qəmbərin fikrincə, hakimiyyət istəyir ki, seçkilər bir tərəfdən çox sakit, önəmsiz bir hadisə kimi baş versin, digər tərəfdən isə seçki ilə bağlı heç bir ziddiyyət yaranmasın, heç bir ciddi etirazlar olmasın: “Təbii ki, bu, Azərbaycanın maraqlarına ziddir. Elə məhz buna görə də biz, Müsavat Partiyası olaraq hesab edirik ki, hakimiyyətin yaratdığı bu gerçəkliyi dəyişməyə çalışmalıyıq”.

Müsavat başqanı qeyd edib ki, 1993-cü ildən bu günə qədər heç vaxt parlamentə buraxılmayıb. O, bütün parlament seçkilərində iştirak etdiyini, "bütün seçkiləri qazanmağından" əmin olduğunu söyləyib.

İ.Qəmbər qeyd edib ki, hazırda Müsavat Partiyasının 30 namizədi var: “Onlardan neçəsinin seçkilərə buraxılacağını bilmirəm, halbuki, onların əksəriyyəti öz dairələrində qalib gəlməyə qadirdirlər. Amma parlament seçkilərində həmin şəxslərin qalibiyyəti tanınacaq-tanınmayacaq, bu barədə mənim heç bir fikrim yoxdur. Çünki təəssüf ki, bu parlamentdə kimin oturması seçicilərin iradəsi ilə yox, hakimiyyətin iradəsi ilə müəyyənləşir”.

Siyasi şərhçisi Nəsimi Məmmədli isə AzadlıqRadiosuna deyib ki, ölkədə seçkinin siyasi proses və vətəndaş fəallığı yaratmasının qarşısını hakimiyyət tamamilə alıb: “Siyasi fəallıq yaranmaması üçün namizədliyin irəli sürülməsinə məhdud çərçivə müəyyən edilib. Sentyabrın 1-də tamamilə passiv bir ortamda sadəcə səsvermə görüntüsü olacaq. Hər bir dairədən mandat alacaq şəxslər, hətta ikinci yerin sahibləri də öncədən müəyyən olunub”.

Ekspert hesab edir ki, belə bir şəraitdə nəinki deputat, hətta namizəd olmaq da hakimiyyətin ciddi nəzarətindədir: “Mümkün qədər Avropa Məhkəməsinə şikayətlərin verilməməsi üçün qabaqlayıcı addımlar atılıb”.

O, hesab edir ki, namizədliyini geri götürən şəxslərin nə deməsindən asılı olmayaraq, bu, hakimiyyətin basqısı ilə edilib: “Dairələrdə azacıq fəallıq yarada biləcək şəxslərin heç birinin namizədliyi qeydə alınmayıb, yaxud da geri çəkilməyə məcbur olublar. Ölkədə ictimai-siyasi iştirakçılıq faktiki olaraq ləğv olunub”.

Pressklub.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58
Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50
Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48
Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44
Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41
Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37
Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34
“İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31
“Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18
Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12
14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01
Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59
Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 11:52
Vüsal Aslanov daha bir rəisi işdən çıxardı - ƏMR
Bu gün, 11:50
Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?
Bu gün, 11:47
Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb - "Politico"
Bu gün, 11:42
Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...
Bu gün, 11:30
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun ifadəsi elan olunub
Bu gün, 11:25
“Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ - NARAZILIQ VAR...
Bu gün, 11:22
Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı - FOTO
Bu gün, 11:19
Lalə Babayeva işdən çıxarıldı - ƏMR
Bu gün, 11:17
Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:14
Azərbaycanda şirkətin direktoru istefa verdi - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər
Bu gün, 10:57
Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... - SƏSİ SONRA ÇIXACAQ
Bu gün, 10:56
İcra başçısının qardaşı vəfat etdi
Bu gün, 10:49
"Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" - MÜSAHİBƏ
Bu gün, 10:47
Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır - deputat
Bu gün, 10:45
“Direktorun otağında görüş keçirmək etik sayılmaz” – Deputatdan həmkarına SƏRT REAKSİYA
Bu gün, 10:22
“Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:14
Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:12
Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:04
ABŞ Ukraynaya şərtini açıqladı – “Müharibəni dayandırmağın yeganə yolu budur”
Bu gün, 09:58
Mirşahin Ağayevə ağır itki üz verdi
Bu gün, 09:50
“Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 09:46
Paşinyan türk ordusunu Ermənistana çağıracaq - ŞOK İDDİA
Bu gün, 09:43
2 aylıq körpə xəstəxanada öldü
Bu gün, 09:38
Rafael Ağayev bu ölkəni seçdi
Bu gün, 09:37
KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:24
“Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər”
Bu gün, 09:14
Tanınmış ifaçı balkondan yıxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:02
Yolayrıcındayıq: gücün önə çıxdığı indiki vaxtda… - Mirzoyan
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru