
Ceyhun Məmmədovun 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi üzrə 7-ci çağırış Milli Məclisə deputatlığa namizədliyi qeydə alınıb.
Bu barədə Modern.az-a C.Məmmədov məlumat verib.
O, növbəti dəfə parlamentdə Cəbrayıl və Qubadlını təmsil etməyin böyük qürur və şərəf olduğunu bildirib.
Xatırladaq ki, C.Məmmədovun 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irləi sürülüb.
C.Məmmədov 6-cı çağırış Milli Məclisdə də 120 saylı seçki dairəsini təmsil edib.
