Seçki siyahısında Ramiz Mehdiyevin adamları kimlərdir? – “Özümü “akula” deputat hesab edirəm”
Tarix: 23-07-2024, 10:11 | Çap et
 “Mən namizədliyimi 90 saylı seçki dairəsindən vermişəm və imza vərəqlərini 8 günə topladım. Hazırda onları təhvil vermişəm və indi axırıncı – qeydiyyat mərhələsidir. İmza vərəqələri yoxlanılacaq və bu həftə cavabı alacağam”.
Bu sözləri Yenicag.az-a açıqlamasında deputatlığa namizədliyini irəli sürmüş Cümşüd Nuriyev deyib.
Həmsöhbətimiz bu il sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb:
“Mənə maneçilik yaratmayıblar və inanıram ki, seçkilər demokratik keçiriləcək. Çünki o dairədən həm müxalifətin, həm də iqtidarın namizədləri var. Mən də bitərəf namizədliyimi vermişəm. Rəqiblərim Yeni Azərbaycan Partiyasından (YAP) Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Hüseynovla Ədalət, Haqq və Demokratiya Partiyasının (ƏHD) sədr müavini Elçin Mirzəbəylidir”.
C. Nuriyev adları YAP-ın siyahısında olmayan deputatlarla bağlı “vurulmuş” ifadəsini qəbul etmədiyini söyləyib:
“Ümumiyyətlə, ölkəmizdə belə bir psixoloji var: harada yazılıb ki, eyni adam həmişə deputat olmalıdır, yaxud kimsə partiya siyahısına düşmürsə, o “vurulmuş” sayılır? Axıra qədər nə vəzifə, nə də deputatlıq kiminsə olmalıdır. Ona görə də bu məsələ mənə qəribə gəlir. Parlament də, vəzifədəkilər də yenilənməlidir. Buna faciə kimi baxmağın özü bir xəstəlikdir”.
Seçilməyən şəxslərin Ramiz Mehdiyevin adamı olması iddialarına isə o, belə cavab verib:
“Siyahıda olmayan adamların Ramiz Mehdiyevin adamları olması məsələsi inandırıcı görünmür. Hazırda yenilənmə gedir, lakin Ramiz Mehdiyev faktorunu şişirtmək düzgün deyil. Bəli, o işləyib, ölkəyə mənfi, yaxud müsbət xidmətləri olub. Lakin qalanların içərisində də adı Ramiz Mehdiyevlə hallan adamlar yenə də var. Belə çıxır ki, qalanlar da onun adamıdır? Qısa bir araşdırma bəs edir ki, 125 dairədən namizədliyini verən şəxslərin içərisində 10 faiz şəxsin adı onun adı ilə hallanmasını tapasan. Onun adamlarından “vurulan” kimdir, bilmirəm, çünki belə bir məlumatım yoxdur. Lakin bu yanaşma düzgün deyil ki, “filankəsin, yaxud bəhmənkəsin adamı “vuruldu”.
Onun sözlərinə görə, siyahıda adı olan deputatlar içərisində “lal deputatlar” da olub və onlar susmaqla məşğul olublar:
“Deputat dövlətin maraqlarını güdməlidir. YAP-ın maraqlarını güdməyən deputatın namizədliyini niyə onlar təzədən verir ki? Parlamentdə bu deputatların hansı danışıb?! Adı siyahıda olmayan deputatları elə təqdim edirlər ki, guya iqtidar onların ətəyində namaz qılmalı imiş, amma heyf ki, onların namazı gecikir”.
C. Nuriyev illərdir parlamentdə ağzına su alıb, oturan deputatlarla bağlı da iradını səsləndirib:
“Maraqlıdır ki, bu adamlar 10-15 il parlamentdə nə etdi?! Balıq kimi susdular və hər vəziyyətdən sürüşüb çıxdı. Bunlar nə deputatlardır?! Balıq deputatlar olmasa, yaxşıdır. Hələ də onların içərisində qalanlar var. Bu gün parlamentə “akula” deputatlar lazımdır ki, dövlətin maraqlarını müdafiə etsin. Şəxsən, məni parlamentdə buraxsalar, özümü “akula” deputat hesab edirəm.
Ölkə 3 ayağın üstündə dayanır və qanunverici orqan hər şeyə rəhbərlik edir. Parlamentdə analiz qabiliyyəti olan adamlar olmalıdır. Elə insanlar var ki, oraya layiq deyil, amma gedib oraya namizədliyini verir, keçməyəndə də deyir ki, seçki düzgün keçirilməyib. Bu gün bunu istəyənlər ölkədə “beşinci kolon”un nümayəndləridir ki, onlar da Roma Papasından daha çox katolik olmaq niyyətindədirlər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• MİDA-nın 620 minlik tenderi ləğv edildi
Bu gün, 14:00 |
|
|
|
• “Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Bu gün, 13:58 |
|
|
|
• Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Bu gün, 13:10 |
|
|
|
• Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 13:06 |
|
|
|
• Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Bu gün, 13:04 |
|
|
|
• “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
• Erməni əsilli İsveç deputatı haqlıdırmı? - ŞƏRH
Bu gün, 12:50 |
|
|
|
• Ramin Hacılı Konstitusiya Məhkəməsinə müraciət edib - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Özbəkistanda daxili işlər naziri vəzifəsinə yeni təyinat olub - KİV
Bu gün, 12:44 |
|
|
|
• Adil Vəliyev dünya-aləmi oğluna PEŞKƏŞ EDİB... - VƏTƏNDAŞ KİMDİR Kİ?..
Bu gün, 12:41 |
|
|
|
• Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib - FOTO
Bu gün, 12:37 |
|
|
|
• Zelenskinin ABŞ-dan istədiyi "təhlükəsizlik qarantiyası" nədir? - İNCƏLƏMƏ
Bu gün, 12:34 |
|
|
|
• “İlham Süleymanov, Azad Cəfərli kimi harınların “at oynatdıqları” ölkədə yaşamaq mümkün deyil” - Şəhid və Qazi anasından Prezidentə şok müraciət
Bu gün, 12:31 |
|
|
|
• “Ermənistanın mina istehsalı bütün bəşəriyyət üçün ciddi təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
Bu gün, 12:18 |
|
|
|
• Ukraynanın təhlükəsizliyinə zəmanət verən 5 nüvə ölkəsi və Ukraynanın 1.900 nüvə başlığı necə oldu? - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
• “Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
Bu gün, 12:12 |
|
|
|
• 14 yaşlı qızı qaçıran Qədir HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:01 |
|
|
|
• Murad Arif erməni filminin “Oskar” almasını tənqid etdi - "Heç bəyənmədim..."
Bu gün, 11:59 |
|
|
|
• Tramp Maska İŞ TAPŞIRIB... O İSƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 11:52 |
|
|
|
• Vüsal Aslanov daha bir rəisi işdən çıxardı - ƏMR
Bu gün, 11:50 |
|
|
|
• Sağlamlığımıza təhlükə yaradan, biri 65 qəpiyə olan toyuqlar Azərbaycana necə gətirilir?
Bu gün, 11:47 |
|
|
|
• Macarıstan Ukraynaya hərbi yardım ilə bağlı sənədi bloklayıb - "Politico"
Bu gün, 11:42 |
|
|
|
• Azərbaycan dilini bilməyənlər test sualları hazırlayır? - Məleykə Abbaszadəyə ağır ittihamlar...
Bu gün, 11:30 |
|
|
|
• Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktorun ifadəsi elan olunub
Bu gün, 11:25 |
|
|
|
• “Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“ - NARAZILIQ VAR...
Bu gün, 11:22 |
|
|
|
• Petrosyan hiddətləndi: Bakı bunu İrəvanın əlindən aldı - FOTO
Bu gün, 11:19 |
|
|
|
• Lalə Babayeva işdən çıxarıldı - ƏMR
Bu gün, 11:17 |
|
|
|
• Lənkəranda təhsil sistemimiz GÜL AÇIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:14 |
|
|
|
• Azərbaycanda şirkətin direktoru istefa verdi - BUNDAN SONRA...
Bu gün, 11:11 |
|
|
|
• Rusiya-ABŞ danışıqları Fars körfəzi ölkələrindən birində keçirilə bilər
Bu gün, 10:57 |
|
|
|
• Naxçıvanda dövlət qurumlarında TOTAL İXTİSAR... - SƏSİ SONRA ÇIXACAQ
Bu gün, 10:56 |
|
|
|
• İcra başçısının qardaşı vəfat etdi
Bu gün, 10:49 |
|
|
|
• "Mən gələndən demişdim ki, ot örtüyünü dəyişək" - MÜSAHİBƏ
Bu gün, 10:47 |
|
|
|
• Qonşu ölkə Azərbaycana qarşı tiryək müharibəsi aparır - deputat
Bu gün, 10:45 |
|
|
|
• “Direktorun otağında görüş keçirmək etik sayılmaz” – Deputatdan həmkarına SƏRT REAKSİYA
Bu gün, 10:22 |
|
|
|
• “Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:12 |
|
|
|
• Adil Əliyev Qarabağ qazisinə SAVAŞ AÇIB - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:04 |
|
|
|
• ABŞ Ukraynaya şərtini açıqladı – “Müharibəni dayandırmağın yeganə yolu budur”
Bu gün, 09:58 |
|
|
|
• Mirşahin Ağayevə ağır itki üz verdi
Bu gün, 09:50 |
|
|
|
• “Atəşgah” Sığorta Şirkətinin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 09:46 |
|
|
|
• Paşinyan türk ordusunu Ermənistana çağıracaq - ŞOK İDDİA
Bu gün, 09:43 |
|
|
|
• 2 aylıq körpə xəstəxanada öldü
Bu gün, 09:38 |
|
|
|
• Rafael Ağayev bu ölkəni seçdi
Bu gün, 09:37 |
|
|
|
• KAPİTAL BANK vətəndaşın SOSİAL YARDIM PULUNA da tamah salıb... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:24 |
|
|
|
• “Xəbərdarlıq gəldi ki, kənddə şortik geyinməsinlər”
Bu gün, 09:14 |
|
|
|
• Tanınmış ifaçı balkondan yıxıldı - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
|