Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə .....                     Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                     Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                     “Xazar Oil” ölkədən böyük pul çıxarıb .....                     Ermənilərin Aİ ilə ortaq təxribatı... .....                     "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" .....                     Fazil Qasımova 10 il həbs cəzası istənilib .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” .....                     Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək .....                     Büdcə strukturlarında ixtisarlar .....                     Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                     Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... .....                     Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                 

“Ya qısa müddətdə Rusiya bir dövlət kimi sıradan çıxacaq, ya da...” - Sərdar Cəlaloğlu
Tarix: 11-03-2024, 14:00 | Çap et
“Ya qısa müddətdə Rusiya bir  dövlət kimi sıradan çıxacaq, ya da...”
Şimali Atlantika Alyansının (NATO) Rusiya-Ukrayna müharibəsinə qoşulması dünya mediasının son günlərdə əsas müzakirə predmetinə çevrilib. Xüsusilə də, Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrinin, Avropa ölkələrinin Ukraynaya silah tədarükü ilə yanaşı, canlı qüvvə ilə də dəstək verməsinin mümkünlüyü barədə çıxışından sonra NATO-nun müharibənin rəsmi tərəfinə keçəcəyi ehtimalları artır.

Ukraynadakı müharibənin Rusiya-NATO müharibəsinə çevrilə biləcəyini istisna etməyən beynəlxalq ekspertlər hesab edirlər ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması gerçəkliyinin təsdiqi demək olacaq. Analitiklərin qənaətincə, NATO-nun Şərqi Avropada genişmiqyaslı təlimlər keçirməsi də onu göstərir ki, Alyans Rusiya ilə mümkün müharibəyə hazırlaşır.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi isə davam etməkdədir. Ukrayna cəbhəsində son həftələrdə Rusiya ordusunun müəyyən uğurları barədə məlumatlar da mövcuddur. Xüsusilə Avdeyevkanın Rusiya tərəfindən işğalı baş verdikdən sonra ruslar qələbəyə yaxın olduqlarını hesab edirlər.

Həqiqətən, Rusiya-NATO müharibəsi başlayırmı və demək olarmı ki, bəşəriyyət Üçüncü Dünya müharibəsinin astanasındadır?

AYNA-nın mövzu ilə bağlı suallarını Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırıb. Siyasətçi deyib ki, Birinci və İkinci Dünya müharibələrinə baxsaq, görərik ki, hər iki müharibənin bir tərəfi rus dövləti olub:

- Bu müharibələrin, bəşəriyyət üçün qanlı faciələrin həmmüəlliflərinin hər zaman biri rus dövləti olub. Bu gün də Rusiya Üçüncü Dünya müharibəsinin başlaması istiqamətində prosesləri böyük sürətlə aparır. Mən əvvəllər də demişəm, Qərb heç zaman Ukraynanın bu müharibədə məğlub olmasına imkan verməyəcək. Ukrayna Rusiyanın qarşısında durduğu müddətdə Qərb ona silahla, maliyyə ilə kömək edəcək. O zaman ki, Ukrayna Rusiyanın qarşısında canlı qüvvə ilə dayana bilməyəcək, onda NATO biləvasitə müharibəyə girəcək. Bununla bağlı NATO-da müzakirələr aparılıb. Söhbət açıq şəkildə, canlı qüvvə ilə Kiyevə dəstəkdən gedir.

- İndi dediyiniz həmin zamandırmı?

- NATO-dakı bu müzakirələr zamanı ümumi qərar verildi ki, belə bir addımı atmaq olmaz. Amma Slovakiyanın Baş naziri bildirdi ki, Ukrayna ilə ikitərəfli hərbi müqavilələr əsasında Kiyevə hərbi qüvvələr göndərməyə hazırıq. Bu bəyanatı Britaniya da səsləndirib. Həmçinin Fransa açıqladı ki, NATO tərkibində yox, birtərəfli qaydada Ukraynaya quru qoşunları göndərəcək.

Bu gün Ukraynanın Rusiyaya itkilər verdirməsinin arxasında duran Qərbin Ukraynadakı mütəxəssisləri və Qərbin texnikasıdır. Rusiya Avdeyevkanı işğal edən zaman böyük itkilərə məruz qalıb. Demək istəyirəm ki, bu itkilər Rusiyanı dayandırmayacaqsa, NATO mütləq öz qoşunlarını Ukraynaya yeridəcək. Bu gün tarixdə ilk dəfə Finlandiya və İsveçin də iştirakı ilə Rusiya sərhədində NATO təlimlər keçirdi. Və ilk dəfədir ki, bu qədər hərbçi, texnika təlimlərə cəlb edilib. Tarixdə bu qədər güclə, bu qədər miqyasla NATO təlimləri olmayıb. Aydındır ki, hərbi təlim müharibədən öncəki məşqlərdir.

- Bu təlimlərə Moskvadan sərt münasibət bildirildi, Rusiya faktiki olaraq NATO-nu təhdid etdi. Bu təhdidin nəticəsi olacaqmı?

- Heç bir nəticəsi olmayacaq. Məsələn, Rusiyadakı nüvə başlıqlarının sayı nüvə dövlətlərinin hər birindəki başlıqlardan çoxdur. Amma bütövlükdə Qərb ölkələrinin nüvə başlıqlarının sayı Rusiyanın nüvə başlıqlarının sayından üç dəfə çoxdur. Hər bir Avropa dövləti ayrılıqda Rusiyadan az hərbçi sayına malikdir, eləcə də əhaliyə malikdir. Amma ümumilikdə NATO üzvü olan ölkələrin əhalisinin sayı bir milyarddan çoxdur. Eyni zamanda, aviasiya qüvvələri, hərbi texnika sayı və s. Rusiyadan dəfələrlə çoxdur. Belə olan halda, Rusiyanın NATO ilə müharibə aparmaq potensialı yoxdur. Ona görə də Rusiyanın təhdidləri blefdən başqa bir şey deyil.

- Nüvə silahı demişkən, Moskva rəsmilərinin dilindən belə bəyanatlar səsləndirilir ki, Rusiya nüvə silahına əl ata bilər. Bu, nə qədər mümkündür?

- Bu da Rusiyanın blefindən başqa bir şey deyil. Çünki ABŞ-ın dünyadakı bütün nüvə silahlarına ciddi şəkildə nəzarət etmək imkanı var. Özü də, söhbət kosmik nəzarətdən gedir. ABŞ Rusiyanın nüvə başlıqlarını harada, nə qədər, hansı şəraitdə saxladığını dəqiq bilir. ABŞ-ın keçmiş dövlət katibi Kondalina Rays o vaxt çıxışlarının birində demişdi ki, Amerika hər il Rusiyaya üç yüz milyon dollar verir ki, nüvə başlıqlarını normal vəziyyətdə saxlasın. Çünki Rusiyanın nüvə başlıqlarını saxlamaq yerləri o qədər pis vəziyyətdədir ki, bu başlıqlar elə öz yerlərində partlaya, bəşəriyyət üçün böyük fəlakət yarada bilər.

Təsəvvür edin, ABŞ Rusiyanın nüvə başlıqlarını hansı şəraitdə saxlamasınadək hər şeyi dəqiqliklə bilir. Bu halda, Rusiya nüvə silahını necə ata biləcək?! Medvedyevin dili ilə səslənən nüvə təhdidi gülüncdür. Ümumiyyətlə, Rusiyanın “nüvə silahına əl ata bilərik” təhdidi bu dövlətin məğlubiyyətinin göstəricisidir. Bir milyon qoşunu olan, dünyanın “ikinci ən güclü ordusuna malik” bir dövlət nüvə silahı niyə atır?! Ona görə də Rusiyanın nüvə silahı atacağını bəyan etməsi qorxutmaqdan başqa bir şey deyil.

- Demək istəyirsiniz ki, Rusiya məğlubiyyətə doğru gedir?

- Əlbəttə, məğlubiyyət Rusiya üçün qaçılmazdır. Bu gün Rusiya Şimali Koreyadan, Çindən, İrandan mərmilər alır, silahlar alır. Rusiya özünün silah, mərmi istehsal etmək potensialını itirib. Xaricdən isə uzun müddət mərmi, silah ala bilməz. Bir ölkənin öz daxilində fasiləsiz silah istehsalı yoxdursa, o ölkə uzunmüddətli müharibə apara bilməz.

Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsində iki çıxış yolu var. Ya bu müharibə qısa müddətdə Üçüncü Dünya müharibəsinə çevriləcək və Rusiya dövlət kimi sıradan çıxacaq. Çünki Rusiyanın NATO-ya heç bir halda gücü çata bilməz. Ortada statistika var, silahların sayı var, hərbi güc balansı var. Bu, statistika Rusiyanın əleyhinədir. Məsələn, ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur. Belə olan halda, Rusiya necə qalib gələ bilər. Ya da Rusiyaya təklif olunanları Moskva qəbul etməli, sülh şərtlərini yerinə yetirməlidir.

- Rusiya Kiyevdən, dolayısı ilə Qərbdən gələn şərtləri qəbul etməyəcəyini qəti şəkildə bildirir. NATO isə müharibəyə qoşulmayacağını bəyan edir. Bu halda Üçüncü Dünya müharibəsi real görünürmü?

- İndi baş verən proseslər, verilən bəyanatlar İkinci Dünya müharibəsi öncəsi ilə o qədər oxşardır ki... Baxın, 1941-ci ildə Çörçil Hitler Almaniyasına qarşı ikinci cəbhənin açılması barədə danışıqlara başlayır. Bu zaman dəfələrlə ABŞ-a gedir, müzakirələr aparır. Ruzvelt isə bildirir ki, ABŞ Hitler Almaniyasına qarşı heç bir cəbhə yaratmayacağını qəti şəkildə bəyan edir. Ondan iki il sonra, 1943-cü ildə ikinci vəbhə yarandı. İndi bu gün Fransa məsələ qaldırır ki, mütləq NATO Rusiyaya qarşı müharibəyə girməlidir. NATO isə bəyan edir ki, yox, bu addımı atmayacaq. O vaxt ABŞ da deyirdi ki, müharibəyə girməyəcək, amma iki ildən sonra girdi. NATO-da Rusiyaya qarşı müharibəyə qoşulmağın müzakirəsi dünyaya mesajdır ki, NATO məsələni gündəmində saxlayır. Əgər Rusiya Ukraynadakı “qırmızı çizgiləri” keçəcəksə, NATO mütləq tərəf kimi müharibəyə qoşulacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın yer aldığı dəhlizlə bağlı mühüm gəlişmə - ARAŞDIRMA
Bu gün, 09:02
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Dünən, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Dünən, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Dünən, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Dünən, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Dünən, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Dünən, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Dünən, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Dünən, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Dünən, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Dünən, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Dünən, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Dünən, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Dünən, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Dünən, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Dünən, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Dünən, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Dünən, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Dünən, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Dünən, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Dünən, 12:59
Matvienko Bakıya gələcək
Dünən, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Dünən, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru