Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib .....                     Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? .....                     “Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” .....                     "Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." .....                     "Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər" .....                     Yardımlıda şəhid bacısı çətin durumda .....                     Adnan Oktar bəraət aldı .....                     Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər .....                     Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya .....                     Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? .....                     Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil .....                     “Xazar Oil” ölkədən böyük pul çıxarıb .....                     Ermənilərin Aİ ilə ortaq təxribatı... .....                     "Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" .....                     Fazil Qasımova 10 il həbs cəzası istənilib .....                     Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib .....                     QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” .....                     Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək .....                     Büdcə strukturlarında ixtisarlar .....                     Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: .....                     Ermənilərə görə Pezeşkiana müraciət edildi: .....                     “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir .....                     “Bahalı kostyumlarım var, əynimə gəlmir” .....                     "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, .....                     Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan .....                     Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub .....                     Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ .....                     Tehran İrəvanla strateji razılaşma axtarır: .....                     İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib .....                     Türkiyə mümkünsüzü bacardı .....                     Jurnalist fəaliyyətinə qadağa! .....                     TRAMP... .....                     Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... .....                     Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu .....                     Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb .....                     Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə .....                     Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb .....                     "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" .....                     Paşinyan reallıqların fərqində olsa da... .....                     Demokratiyanın dəfni və ya: .....                 

"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb" - ŞƏRH
Tarix: 22-02-2024, 08:11 | Çap et
"Son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb"
Politoloq Oqtay Qasımov bununla bağlı “Cebhe.info”-nun suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Oqtay müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya rəsmi səfərinin arxasında hansı məqsədlər dayanır?

- Əlbəttə ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransından sonra Fransaya səfər etməsi maraq doğurur. Baxmayaraq ki, bu səfərin məqsədi ilə bağlı yayılan məlumat çox da inandırıcı görsənmir. Bildirilib ki, Paşinyanın Fransaya səfər etməkdə məqsədi bu ölkədə yaşamış hansısa ermənin dənf mərasimində iştirak etməkdir. Amma bu qədər də ciddi təsir bağışlamır.

Çox güman ki, Nikol Paşinyan səfər zamanı Fransa Prezidenti Emmanuel Makron və Fransanın digər yüksək rütbəli rəsmiləri ilə görüşəcək. Paşinyan Makron ilə görüşündə, şübhəsiz ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan görüşə barədə məlumat verəcək.

Həmçinin Paşiyan Makronun təlimatlarını da dinləyəcək. Heç kəsə sirr deyil ki, Paşinyan Fransanın diktəsi ilə hərəkət edir. Fransanın Cənubi Qafqazdakı geosiyasi maraqları göz önündədir. Rəsmi Paris regionda, xüsusilə Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmamasında və gərginliyin uzun müddət qalmasında maraqlıdır.

Parisdə hesab edirlər ki, iki ölkə arasında gərginliyin intensivləşməsi Fransanın regionda təsir imkanlarının artırmasına imkan yaradacaq. Fransa hər vəchlə bu istiqamətdə addımlar atmağa çalışır.

Təbii ki, Fransanın Cənubi Qafqazla bağlı əsas geostrateji və geosiyasi maraqları Ermənistanı tam olaraq ələ keçirmək və Ermənistan üzərindən regionda öz mövqeyini möhkəmləndirmək, o cümlədən Zəngəzur dəhlizinə nəzarət etmək məqsədi daşıyır. Eyni zamanda Fransa Mərkəzi Asiyadakı uran ehtiyatlarına maraq göstərir və bu regiondan idxal edəcəyi uranı Cənubi Qafqaz üzərindən öz ərazisinə daşımaq niyyəti güdür.

Bildirim ki, bu səfər zamanı Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında keçirləcək görüşdə ikitərəfli hərbi əməkdaşlığın perspektivləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə predmenti olacaq.

- Necə düşünürsünüz, sülh prosesinin intensivləşdiyi bir zamanda Makron Paşinyana Azərbaycana qarşı növbəti təxribatların törədilməsi ilə bağlı təlimat verə bilər?

- Hazırda Fransa Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Son dövrlərdə rəsmi Paris müxtəlif mexanizmlərdən istifadə etməklə Azərbaycanı təzyiqlər altında saxlamağa çalışır. 44 günlük Vətən müharibəsində də buna şahidi olmuşuq. Amma son 7-8 ayda Fransanın ölkəmizə qarşı təzyiqləri intensiv hal alıb.

Avropanın müxtəlif institutlarında səsləndirilən anti-Azərbaycan bəyanatları, hətta Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı ədalətsiz qərarı buna sübutdur. Fransanın burada rolu danılmazdır. Fransa, habelə Azərbaycanda keçiriləcək beynəlxalq konfranslara da kölgə salır.

Bu baxımdan Fransanın hərbi-siyasi rəhbərliyinin Ermənistan hakimiyyətinə Azərbaycana qarşı təxribatların törədilməsi ilə bağlı göstərişlər verməsi istisna deyil.

- Nikol Paşinyan bir tərəfdən Rusiya, digər tərəfdən isə Qərblə, xüsusilə ABŞ və Fransa ilə hərbi-təhlükəsizlik sahəsində münasibətlər qurmağa çalışır. Belə demək olarmı, Paşinyan Fransanı Ermənistanın təhlükəsizliyinə zamin duran müttəfiq ölkə kimi görmək istəyir?

- Təbii ki, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı şantaj xarakterli bəyanatları davam edir. Bunun əsas səbəbi odur ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İrəvan Rusiyanın onun əvəzinə Azərbaycanla savaşmasını istəyirdi. Amma bu, baş vermədi.

Bu səbəbdən Ermənistan onun təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışına çıxıb. Ancaq İrəvan onu da yaxşı bilir ki, Rusiyanın təsir dairəsindən qopub, başqa ölkənin təsir dairəsinə keçmək o qədər də asan deyil. Buna baxmayaraq, Ermənistan ABŞ, Avropa İttifaqı və Fransa ilə münasibətləri möhkəmləndirməyə çalışır.

Onu da nəzərə almaq lazımdır ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsində Qərb dairələrinin çox ciddi rolu olub. Bu baxımdan Paşinyanın bu siyasəti anlaşılandır.

- Nə zamansa, Fransanın Ermənistanda hərbi bazasının əsasının qoyulması ehtimal olunur?

- Bildirim ki, qlobal dünyada ciddi siyasi dəyişikliklər baş verməkdədir. Dünyada yeni nizamın qurulmasına yönələn proseslərin yaşanmasına şahidi oluruq. Qeyd edim ki, hazırda davam edən Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqazda siyasi proseslərə ciddi şəkildə təsir edir. Bu müharibə nəticəsində regionla bağlı bir çox məsələlər özünü büruzə verəcək.

Fransanın Ermənistanda hərbi bazasının olub-olmayacağı ilə bağlı məsələyə gəlincə, yaxın gələcəkdə bunun baş verməsi qeyri-mümkündür. Xatırladım ki, 2012-ci ildə İrəvan ilə Moskva arasında imzalanan müttəfiqlik müqaviləsinə görə, rus hərbçilərinin Ermənistanda qalma müddəti 2044-ci ilə qədərdir. Məhz bunun mümkün olub-olmaması beynəlxalq və regional səviyyədə baş verəcək proseslərdən asılıdır.

- Ümumiyyətlə, Rusiya, Fransa, hətta İranın Ermənistanda birgə fəaliyyət göstərməsi nə dərəcədə mümkündür? Yəni, bu üç ölkə birlikdə Ermənistandan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər?

- Rusiya, Fransa və İranın bir araya gəlib Ermənistanda birgə fəaliyyət göstərməsi real görünmür. Doğrudur, bu üç ölkədən hər biri zamanla Ermənistandan bu və ya digər şəkildə Azərbaycana qarşı təzyiq alətə kimi istifadə etməyə çalışıblar, bundan sonra da çalışacaqlar.

Amma nəzərə almalıyıq ki, 200 il ərzində Cənubi Qafqaza hökmranlıq edən Rusiya regionda güc mərkəzi olaraq qalmaqdadır və regiondakı öz mövqeyini hər hansı ölkə ilə bölüşmək istəmir.
Rusiyanın Ermənistanda hərbi bazası var, bu ölkənin sərhəd ərazilərinin təhlükəsizliyini rus hərbçiləri nəzarət edir, habelə Ermənistanın bütün iqtisadi və enerji sektorları rus şirkətlərinin nəzarəti altındadır. Demək olar ki, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.

Bu baxımdan Fransanın Cənubi Qafqazda, ən əsası da Ermənistanda möhkəmlənmək üçün imkanları çox məhduddur. O ki qaldı İrana, təbii ki, Tehran hər zaman Ermənistanı dəstəkləyib. İran Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən heç də məmnun olmayıb.

Bildirim ki, Fransanın Cənubi Qafqazda yerləşməsi NATO-nun regionda olması anlamına gələ bilər. Hesab edirəm ki, Rusiya və İran Fransanın Ermənistanda təsir imkanlarının artmasında maraqlı olmayacaqlar. Daha doğrusu, hər ikisi buna mane olacaqlar. Ona görə ki, Rusiya və İran özünü Cənubi Qafqazda aparıcı güc mərkəzləri hesab edir, həmçinin regiona üçüncü bir qüvvənin gəlməsi Azərbaycan üçün də məqbul deyil.

Qeyd edim ki, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistan Baş nazirinin müavini Mher Qriqonyanla görüşündə üçüncü qüvvələrin regiona gəlməsinin əlehinə olduğunu erməni tərəfinin diqqətinə çatdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna XİN Orbanın Trampa dəstək paylaşımına cavab verib
Bu gün, 08:00
Dünya bu qalmaqallı dialoqdan danışır: Kim kimə nə dedi? - TƏFƏRRÜAT
Bu gün, 00:16
“Bu vəziyyətə düşməmək üçün sadəcə İlham Əliyev olmağı bacarmaq lazım idi” - Aristoviçdən Ukrayna rəhbərliyinə sərt mesaj
Bu gün, 00:15
"Rus dilində danışmağı FƏXR BİLƏN BƏDBƏXTLƏR..." - VİDEO
Bu gün, 00:12
"Elə oxusunlar ki, yaşa dolanda xəcalət çəkməsinlər"
Bu gün, 00:09
Yardımlıda şəhid bacısı çətin durumda - MÜRACİƏT
Bu gün, 00:07
Adnan Oktar bəraət aldı - “Haber Global”
Dünən, 23:59
Avropa liderləri Volodimir Zelenskiyə dəstəklərini ifadə ediblər
Dünən, 23:55
Zelenskidən Ağ Evdən ayrılandan sonra ilk reaksiya - “Ukraynaya...”
Dünən, 23:44
Tramp Zelenski ilə niyə dalaşdı? Oval kabinetdə nələr baş verib? - TƏFƏRRÜAT
Dünən, 23:41
Azərbaycan və Türkiyənin torpaqlarına iddia etməklə sülhdən danışmaq mümkün deyil - TƏBİİ Kİ...
Dünən, 19:00
“Xazar Oil” ölkədən böyük pul çıxarıb - TƏFƏRRÜAT
Dünən, 18:58
Ermənilərin Aİ ilə ortaq təxribatı... - ŞƏRH
Dünən, 18:07
"Deyirik, xanımları heç olmasa, ev dustaqlığına buraxsınlar" - Novella Cəfəroğlu
Dünən, 18:02
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Dünən, 17:53
Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
Dünən, 17:49
QUBADA ŞOK: “Həyat yoldaşımın müdiri ailəmizi dağıdır” – QUBA SAKİNİ 3 UŞAĞINA SAHİB ÇIXMAQ İSTƏYİR
Dünən, 17:47
Rusiyanın ABŞ-dəki yeni səfiri tezliklə Vaşinqtona gedəcək - KİV
Dünən, 17:38
Büdcə strukturlarında ixtisarlar - DETALLAR
Dünən, 17:32
Paşinyanın Ermənistan ərazisi ilə bağlı yeni konsepsiyası: - Strategiya dəyişir
Dünən, 17:28
Ermənilərə görə Pezeşkiana müraciət edildi: - Tədbir gör!
Dünən, 17:24
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
Dünən, 17:07
“Bahalı kostyumlarım var, əynimə gəlmir” - VİDEO
Dünən, 16:58
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da, təhsil sistemində dəyişikliyə səbəb olduğu görünmür"
Dünən, 16:56
Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu
Dünən, 16:52
Rəsmi Bakı: 10 mindən çox erməni silahlısına ərazilərimizi tərk etməyə icazə verməklə böyük jest olunub - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:49
Türkanın ölümü ilkginc faktları açdı: Səhiyyədəki gizli gücün HİKMƏTİ - FOTO
Dünən, 16:47
Tehran İrəvanla strateji razılaşma axtarır: - Cənubi Qafqazda YENİ OYUN
Dünən, 16:43
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib - TƏFƏRRÜAT
Dünən, 16:40
Türkiyə mümkünsüzü bacardı - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Jurnalist fəaliyyətinə qadağa! - Cinayət Məcəlləsində belə maddə varmı?
Dünən, 15:45
TRAMP... - hələ ki... HOQQA VERİR!
Dünən, 15:39
Cəlilabadda RÜŞVƏT DƏ BAHALAŞIB... - BU NƏDİ BELƏ?..
Dünən, 15:35
Lotu Qulinin yaxın dostu olan "qanuni oğru" həbsxanada xərçəngə tutuldu
Dünən, 15:29
Jurnalist Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 15:26
Mübariz Mənsimovla keçmiş katibəsi arasında çəkişmə - Məhkəmə qərar verdi
Dünən, 15:17
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb - FOTO
Dünən, 15:12
"İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Dünən, 14:02
Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Dünən, 14:00
Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Dünən, 13:58
Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Dünən, 13:14
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Dünən, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Dünən, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Dünən, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Dünən, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Dünən, 12:59
Matvienko Bakıya gələcək
Dünən, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Dünən, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru