Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı .....                     Eduard Məmmədova vəzifə verildi .....                     Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... .....                     Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT .....                     "Bu məsələnin sonuna qədər gedəcəm..." .....                     "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" .....                     18 illik müştərisi ÜSYAN ETDİ... .....                     Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək .....                     Zatulinin erməni sevgisi hələ bitməyib .....                     İrəvanın TƏHLÜKƏLİ OYUNU .....                     Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib .....                     Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... .....                     Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib .....                     İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır .....                     Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT .....                     Öcalanın `TƏSLİM OLUN` çağırışı və... .....                     Putin Kadırovu İRƏLİ VERİB... .....                     Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? .....                     Yerə qoyulan silah... .....                     Kadırovun BULANIQ MƏQSƏDİ... .....                     Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir .....                     Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri .....                     76 illik silah itirilir: iki ölkə kənarda qalır .....                     SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... .....                     Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır .....                     Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? .....                     Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı .....                     Fevralın 28-də nə olacaq? .....                     Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu .....                     Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi .....                     Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib .....                     Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir .....                     Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? .....                     "Bu qədər müddət ərzində evdə idim" .....                     “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” .....                     Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi .....                     Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü .....                     Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                     Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                 

Növbədənkənar parlament seçkiləri keçiriləcək? - ARAŞDIRMA
Tarix: 26-10-2023, 10:32 | Çap et
Növbədənkənar parlament seçkiləri keçiriləcək?
Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib ki, gələn il Azərbaycanda Konstitusiyaya düzəlişlər üzrə referendum və növbədənkənar parlament seçkiləri keçiriləcək. Onun sözlərinə görə, gələn il hökumət proporsional qaydada və səsləri nisbətən düzgün sayaraq seçki keçirmək istəyir: “Niyəsini qoyaq kənara. Yaxşı, onda bu partiyaların hamısı kimin səsindən “dişləyib aparacaq”? Əlbəttə, Yeni Azərbaycan Partiyasının (YAP). Yəni, tutalım Prezidentin daxili və xarici siyasətini illərdir dəstəkləyən X adlı partiya seçkiyə qatılır. Bu partiyanın yoxluğunda onun seçicisi kimə səs verərdi? Əlbəttə, YAP-a. Amma yarışa həm o X, həm də onun kimi olan W, Y, Z və s. partiyalar qatılırsa, onların hərəsi 0,5 faizdən tutmuş 5 faizə qədər xırda dişləmlərlə YAP-ın nəticəsini zəiflədəcək”.

Məmmədov bildirib ki, bunu anlayan hökumət partiyaların ümumi sayını son bir ildə 60-dan 26-ya endirib: “Amma YAP seçkidə həqiqi səs itirmək istəmirsə, bu proses davam edəcək. Onsuz da dediyim kimi, belə partiyaların mövcudluğunda heç bir dürüst ideoloji məntiq yoxdur. İndi isə həm də seçki məntiqi yoxdur”.

Qeyd edək ki, vaxtından əvvəl parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir gündəmdədir. Azərbaycan hökuməti bununla bağlı informasiyaları rəsmi təsdiq etməsə də, qarşıdakı aylarda belə bir qərarın veriləcəyi gözlənilir.

Bəs, Konstitusiyaya düzəlişlər üzrə referendum və vaxtından əvvəl parlament seçkiləri ölkəmizin siyasi həyatında hansı dəyişikliklərə səbəb olacaq? AYNA mövzunu siyasi partiya sədrləri ilə müzakirə edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib ki, növbədənkənar parlament seçkilərinin və Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsi uzun müddətdir müzakirə olunur: “Bununla bağlı müxtəlif şayiələr gəzir. Düzdür, rəsmi olaraq Azərbaycan hökuməti bunu təsdiq etmir. Çox təəssüf ki, Azərbaycanda indiyə qədər keçirilən Konstitusiya referendumları islahat adı altında imitasiya xarakterli olub və siyasi hakimiyyətin mənafeyinə cavab verib. Ehtimal var ki, növbəti dəyişikliklər zamanı da belə olacaq”.

“Lakin 44 günlük vətən müharibəsi zamanı əldə olunan tarixi zəfərdən və lokal antiterror əməliyyatları zamanı ölkəmizin suverenliyinin tam bərpa olunmasından sonra iqtidarın imkanı və şansı var ki, real demokratik islahatlar aparsın. Həm referendumda nəzərdə tutulan düzəlişlər ölkəmizin rifahına xidmət etsin, həm də demokratik parlament seçkiləri keçirilsin. Cəmiyyətdə bununla bağlı ciddi gözləntilər mövcuddur. Yaxşı olardı ki, Azərbaycan hakimiyyəti də buna adekvat reaksiya nümayiş etdirsin”, - deyə siyasətçi bildirib.

Başqan parlamentin hansı formada təşkil olunacağı barədə məlumatsız olduğunu deyib: “Müxtəlif mülahizələr irəli sürülür. Bunlardan biri də prosporsional seçki sisteminin bərpası ilə bağlıdır. Hesab edirəm ki, belə bir addımın atılması labüddür. Əslində, o zaman proporsional seçki sisteminin ləğvi qərarı əsassız idi. Siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmişdi. Hansı ki, dünya təcrübəsinə istinad etsək, görərik ki, əksər ölkələrdə parlament siyasi partiyalardan formalaşır. Bəzi ölkələrdə isə tam şəkildə proporsional qayadada müəyyənləşir. Azərbaycanda siyasi partiyaların parlamentdəki rolunu artırmaq lazımdır”.

Hacılı əlavə edib ki, parlament seçkilərində iştirakla bağlı qərarı seçkilər elan olunandan sonra verəcəklər: “Hazırda bu məsələ müzakirə mərhələsindədir və indidən bu barədə hər hansı fikir bildirmək doğru olmazdı”.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, qeyri-ciddi bəyanatlara əhəmiyyət vermək lazım deyil: “Hesab edirəm ki, bu cür məzmunsuz açıqlamalara lüzum yoxdur. Uzun müddətdir bu barədə ehtimallar səslənsə də, Azərbaycan hakimiyyəti buna əsas yaradacaq heç bir açıqlama vermir. Düşünürəm ki, bu tip fikirlər sifarişlidir və siyasi qüvvələrdə ruh yüksəkliyi, gözləntilər yaratmağa xidmət edir. Həm də bununla ictimaiyyətin nəbzini yoxlayırlar”.

“Lakin o da mümkündür ki, həm referendum, həm də növbədənkənar seçkilər keçirilsin. Yalnız rəsmi qərardan sonra bu barədə mülahizələr yürütmək mümkün olacaq. İndiki halda isə bu barədə danışmaz mənasızdır”, - deyə partiya lideri vurğulayıb.

ADP sədri proporsional seçki sisteminin bərpasını labüd sayır: “Dünyanın heç yerində qanunverici orqan yalnız mojaritar qaydada formalaşmır. Bizim parlament isə bitərəflərlə doludur. Konstitusiya referendumu və parlamentin tərkibinin dəyişməsi vacibdir. Buna zərurət var. Lakin görünən odur ki, hakimiyyəti bunu etməkdə maraqlı deyil. Dövri olaraq ictimaiyyətə müəyyən mesajlar verilsə də, nəinki təsdiqlənmir, əksinə, qəti olaraq təkzib edilir. Ölkəmizin siyasi həyatına yeniliklər gəlməlidir. Siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradılmalıdır. Bunun üçün əsas addım demokratik islahatlar aparmaq və porsporsional seçki sistemini bərpa etməkdir”.

Azərbaycan Xalq Partiyasının (AXP) Pənah Hüseyn də Konstitusiya referendumunun və növbədənkənar parlament seçkilərinin keçirilməsinin gözlənildiyini qeyd edib: “Əslində bu barədə müzakirələr uzun müddətdir davam edir. Lakin rəsmi səviyyədə təsdiq olunmur. Belə bir siyasi qərar olarsa, təbii ki, biz də seçkilərdə fəal iştirak edəcəyik. Hesab edirəm ki, ölkədə dərin siyasi islahatlar aparılmalıdır. Bu baxımdan Konstitusiyaya düzəlişlər üzrə referendumun keçirilməsinə ciddi ehtiyac var. Eyni zamanda siyasi partiyalarla bağlı müddəa da Konstitusiyaya salınmalıdır”.

“Parlamentə gəldikdə isə, proporsional sistemin bərpası vacibdir. Hansı ki, bunun baş verəcəyi ehtimalları da yüksəkdir. Siyasi partiyaların rolunun artırılması baxımından bu qərarın verilməsi əvəzsizdir”, - deyə müsahibimiz bildirib.

AXP sədrinin qənaətincə, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir: “Bunun üçün münbit şərait yaradılmalıdır. Açıq şəkildə qeyd etmək lazımdır ki, son illər atılan addımlar, verilən qərarlar dinamikdir və partiyaların cəmiyyətdəki rolunun artırılmasına xidmət edir. Bu siyasət bundan sonra da davam etməli və genişləndirilməlidir. Azərbaycan son illərdə mühüm tarixi hadisələr yaşayıb. 30 ildir düşmən tapdağında olan torpaqlarımız işğaldan azad edilib. Ölkəmizin suverenliyi tam şəkildə bərpa olunub. Hesab edirəm ki, Azərbaycan iqtidarının növbəti addımı siyasi islahatları dərinləşdirmək və demokratik mühiti təmin etmək olmalıdır”.
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38
Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36
Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33
Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31
Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29
Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27
Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03
Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03
Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53
Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19
Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10
"Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05
“Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02
Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56
Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru