
"Hazırda İrəvanda “Marriott Armenia” otelində Ermənistan və Türkiyə Xarici İşlər nazirliklərinin nümayəndələri arasında görüş keçirilir. Rəsmi olaraq bu görüş iki ölkə arasındakı münasibətlərin normallaşdırılması məqsədi ilə təşkil olunsa da, əsas müzakirə mövzusu tamamilə fərqlidir".
Musavat.com xəbər verir ki, bunu erməni bloger Mika Badalyan teleqram kanalında yazıb. O iddia edir ki, iclasın əsas gündəmi Rusiyanın Ermənistandakı iqtisadi təsirinin azaldılması və rus sərhədçilərinin erməni-türk sərhədindən çıxarılması ilə bağlıdır:
"Bu isə faktiki olaraq Ermənistanın həm iqtisadi, həm də fiziki baxımdan zəiflədilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.
Hazırda hər iki ölkənin Xarici İşlər nazirlikləri bu məsələlər ətrafında intensiv müzakirələr aparır".