İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir .....                     Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı .....                     Eduard Məmmədova vəzifə verildi .....                     Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... .....                     Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT .....                     "Bu məsələnin sonuna qədər gedəcəm..." .....                     "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" .....                     18 illik müştərisi ÜSYAN ETDİ... .....                     Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək .....                     Zatulinin erməni sevgisi hələ bitməyib .....                     İrəvanın TƏHLÜKƏLİ OYUNU .....                     Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib .....                     Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... .....                     Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib .....                     İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır .....                     Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT .....                     Öcalanın `TƏSLİM OLUN` çağırışı və... .....                     Putin Kadırovu İRƏLİ VERİB... .....                     Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? .....                     Yerə qoyulan silah... .....                     Kadırovun BULANIQ MƏQSƏDİ... .....                     Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir .....                     Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri .....                     76 illik silah itirilir: iki ölkə kənarda qalır .....                     SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... .....                     Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır .....                     Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? .....                     Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı .....                     Fevralın 28-də nə olacaq? .....                     Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu .....                     Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi .....                     Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib .....                     Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir .....                     Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? .....                     "Bu qədər müddət ərzində evdə idim" .....                     “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” .....                     Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi .....                     Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü .....                     Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                 

"Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədikləri üçün köçdülər" - FAKT BUDUR!
Tarix: 11-10-2023, 08:42 | Çap et
"Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədikləri üçün köçdülər"
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işinə başlayıb. Oktyabrın 9-dan başlayan sessiyada “Dağlıq Qarabağda humanitar vəziyyət” və “Osman Kavalanın dərhal azad edilməsinə çağırış” mövzusunda təcili debatların keçirilməsi də gözlənilir.

Avropa Şurasının 46 üzv ölkəsinin parlamentarilərini bir araya gətirən assambleyada “Pegasus” casus proqramları və digər oxşar proqram təminatı, gizli dövlət nəzarəti, eləcə də Rusiyanın indiki prezidentinin seçilmə sayının (mandatının) məhdudlaşdırılmasının hüquqiliyi və qanuniliyini araşdıran hesabatlar müzakirə olunacaq.

Həmçinin “Ukraynada ədalətli sülhün və Avropada davamlı təhlükəsizliyin təmin edilməsi” mövzusunda təcili prosedur çərçivəsində müzakirə və “Dənizdə miqrantların ölümləri” mövzusunda cari məsələlərin müzakirəsi üçün müraciətlər edilib.

Avropa Şurası Parlament Assambleyasının Vatslav Havel adına insan hüquqları mükafatı həbsdə olan insan haqları müdafiəçisi və xeyriyyəçi Osman Kavalaya təqdim edilib. Artıq uzun müddətdir ki, Osman Kavalanın həbsxanada saxlanılması Ankaraya qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Osman Kavala 1957-ci ilin oktyabrın 2-si Parisdə anadan olub. O, İstanbulda Rober Liseyinin, Orta Şərq Texniki Universitetinin, Mançester Universitetinin məzunudur. Kavala 2017-ci il noyabrın 1-də həbs olunub. O, 2013-cü ildə baş verən Gezi parkı hadisələri, 2016-cı il iyulun 16-sı dövlət çevrilişinə cəhdlərlə bağlı başladılan araşdırma nəticəsində həbs edilib. İş adamı Gezi parkı hadisələrini təşkil və idarə etməkdə günahlandırılırdı. Lakin “Gezi parkı” işi üzrə barəsində bəraət hökmü çıxarılan Kavala 2016-cı ildə dövlət çevrilişinə cəhdlə bağlı işlər çərçivəsində hələ də mühakimə olunur. Hazırda həbsxanada olan Kavala Corc Sorosun Türkiyə “təmsilçisi” olaraq qiymətləndirilir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində Osman Kavalanı “Sorosun artığı” adlandırıb.

AŞ PA-da “Dağlıq Qarabağda humanitar vəziyyət”in müzakirəsinə gəlincə, aydındır ki, yenə erməni dəstəkçiləri olan dövlətlərin təmsilçiləri “zorla köçürülmə” mövzusunu gündəmə gətirəcəklər, bəlkə də Avropa Parlamentindən sonra onlar da hansısa anrt-Azərbaycan qətnaməsi qəbul etməyə çalışacaqlar. Çünki hazırda Avropa Birliyi daxil, Avropada anti-Azərbaycan ruzigarı əsməkdədir. AŞ PA-nın da Avropa Parlamenti kimi Azərbaycana qarşı hansısa sənəd qəbul etməsi gözlənilirmi? Qəbul etsələr belə, AŞ PA sənədinin hansı təsir gücü ola bilər?

DİA.AZ-ın məlumatına görə, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurası Parlament Assambleyasının payız sessiyası başlayan ilk gündən ermənilər və ermənilərin havadarları tərəfindən “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı dinləmələrin keçirilməsinə cəhdlər edilir: ""Dağlıq Qarabağda humanitar vəziyyət” ifadəsinin özü qərəzdən xəbər verir. Çünki “Dağlıq Qarabağ” adlı yer mövcud deyil. Yenə də mövcud olmayan adla məsələnin müzakirəyə çıxarılmasına cəhdlər artıq belə bir sənədi hazırlayanların qərəzli olmasından, qeyri-obyektiv yanaşmasından irəli gəlir. Belə bir qondarma adla nəyi müzakirə edəcəklər?! Bax bu, başadüşülən deyil. Azərbaycanın ərazisi olan Qarabağ iqtisadi rayonunda erməni azlıqları yaşayırdı və bu ərazidə Rusiya sülhməramlıları yerləşirdi. Ərazidə etnik azlıq adı altında yaşayanların bir çoxu silahlı terror qruplarında fəaliyyət göstərirdlər. Bir hissəsi Ermənistan vətəndaşları idi. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədiklərini bəyan edib Qarabağ iqtisadi rayonundan köçdülər. Onlar öz istəkləri ilə köçüb getdilər və gedərkən Laçın sərhəd-buraxılış məntəqəsində mediaya verdikləri açıqlamalarda öz xoşları ilə getdiklərini, Azərbaycan tərəfindən onlara heç bir təzyiq edilmədiyini bildirdilər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf elədi ki, erməni əhaliyə zorakılıq edilməyib. Azərbaycan hökuməti ən yüksək səviyyədə qeyd olunan ərazidə yaşayan erməni əhaliyə çağırışlar etdi ki, bölgəni tərk etməsinlər, eyni zamanda onların yaşayışı üçün bütün şəraitin yaradılacağı bəyan edildi, humanitar yardımlar ilkin olaraq göndərildi. Bütün bunlara baxmayaraq, ermənilər köçmək fikirlərindən daşınmadılar və köçdülər. BMT missiyası da əraziyə gəldi və heç bir zorakılıq hallarının qeydə alınmadığını hesabatlarına daxil etdi. Bütün bunlardan sonra AŞPA hansı ”humanitar vəziyyəti" müzakirə edəcək?! Hazırda Qarabağ iqtisadi rayonunda əhali yoxdur ki, hansısa psixoloji, iqtisadi və digər əziyyətlər çəksin, vəziyyətləri yaxşı olmasın. Olmayan bir şeyin vəziyyəti barədə dinləmə keçirəcək AŞ PA?! Azərbaycan köçmüş ermənilərin Azərbaycan vətəndaşlığı almaqla geriyə qayıtmasını arzu edir və bu mövqeyi indi də qüvvədə qalır. Amma Avropa Şurasında olan qərəzli dövlətlərin təmsilçiləri bütün bu sadalananları bildikləri halda özlərini bilməməzliyə vururlar və yenə də aranı qarışdırmağa çalışırlar. Biz yaxşı bilirik aranı qarışdırmaq istəyənlər hansı dövlətlərin AŞ PA-dakı nümayəndələridir. Mən AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü olduğum dövrlərdə bu simasız üzvlərin hansı oyunlardan çıxdığının şahidi olmuşam. Hətta Azərbaycan torpaqlarının 20 faizi işğal altında olanda da o simasız insanlar erməniləri müdafiə edirdilər".

Ç.Qənizadə qeyd etdi ki, Azərbaycan AŞ PA-nın hansısa qondarma dinləmə keçirməsindən və hətta ermənipərəst sənəd qəbul etsə belə, bundan narahat olası deyil: “Onlar istədikləri ənənəvi qərəzli yanaşmalarını bir kağız parçasına yazsalar belə reallıqları dəyişə bilməzlər. Çünki Azərbaycan beynəlxalq hüquqdan zərrə qədər kənara çıxan addımlar atmayıb, Azərbaycan beynəlxalq hüquqa əsaslanıb və əsaslanır. AŞ PA hansısa tövsiyə xarakterli sənəd qəbul edə bilər. Onun da cavabı Azərbaycan parlamentariləri tərəfindən elə yerindəcə veriləcək. İmperativ xarakterli olmayan qərarın olması onun təsirsiz kağız parçası olması deməkdir. Qərəz və böhtana əsaslanan hər hansı bir sənəd, bəyanat Azərbaycanı haqq yolundan döndərə bilməyib və bundan sonra döndərə bilməyəcək”. “Turan”ın xüsusi müxbirinin Strasburqdan verdiyi məlumata görə, debat oktyabrın 12-də Mərkəzi Avropa vaxtı ilə saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş tutacaq.

Mövzu ilə bağlı xorvatiyalı deputat Domaqoy Haydukoviç məruzə ilə çıxış edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38
Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36
Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33
Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31
Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29
Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27
Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03
Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03
Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53
Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19
Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10
"Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05
“Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02
Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56
Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru