"Bu məsələnin sonuna qədər gedəcəm..." .....                     "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" .....                     18 illik müştərisi ÜSYAN ETDİ... .....                     Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək .....                     Zatulinin erməni sevgisi hələ bitməyib .....                     İrəvanın TƏHLÜKƏLİ OYUNU .....                     Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib .....                     Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... .....                     Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib .....                     İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır .....                     Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT .....                     Öcalanın `TƏSLİM OLUN` çağırışı və... .....                     Putin Kadırovu İRƏLİ VERİB... .....                     Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? .....                     Yerə qoyulan silah... .....                     Kadırovun BULANIQ MƏQSƏDİ... .....                     Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir .....                     Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri .....                     76 illik silah itirilir: iki ölkə kənarda qalır .....                     SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... .....                     Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır .....                     Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? .....                     Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı .....                     Fevralın 28-də nə olacaq? .....                     Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu .....                     Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi .....                     Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib .....                     Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir .....                     Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? .....                     "Bu qədər müddət ərzində evdə idim" .....                     “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” .....                     Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi .....                     Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü .....                     Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                     Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                     Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb .....                     Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək .....                     Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü .....                     Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib .....                 

"Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar" - Partiya sədri
Tarix: 10-10-2023, 09:09 | Çap et
"Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar"
Bu həftə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Günləri keçiriləcək. Musavat.com mötəbər qaynaqlara istinadən bildirir ki, bununla bağlı iki ölkə arasında müvafiq anlaşma əldə edilib. Bu münasibətlə Kipr Türk Dövlətinin rəhbərləri tarixdə ilk dəfə Azərbaycana gələcək.

Gələn heyət mötəbərdir və Kipr (Kıbrıs) Türk Dövlətinin rəhbərliyini əhatə edir. Qaynaqlarımıza görə, heyətdə KTD (ŞKTR) prezidenti Ersin Tatar, xarici işlər naziri Tahsin Ertuğruloğlu və digər yüksək rütbəli dövlət adamları da var.

Bir daha xatırladaq ki, belə bir hadisə Azərbaycan tarixində ilkdir. Bəlli olduğu kimi, Kipr Türk Cümhuriyyəti dünya tərəfindən tanınmayan bir ölkə, türk yurdudur. Yalnız qardaş Türkiyə onun müstəqilliyini tanıyıb.

“Azərbaycan bu sırada ikinci ola bilərmi” sualına cavab vermədən öncə dövlətimizin bu istiqamətdə konkret addımlar atdığını görmək mümkündür. Belə ki, ŞKTC günlərindən başqa, Bakı-Lefkoşa birbaşa təyyarə xəttinin açılması gözlənilir.

Bəllidir ki, Qarabağdakı separatçı ermənilərin varlığı və orada qondarma rejim yaratması ucbatından Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini (KTD) tanıya, yaxud da ona ən müxtəlif platformalarda açıq dəstək verə bilmirdi. Yaxud da birbaşa təyyarə reysi açaraq, turizm sahəsində əməkdaşlıq edə bilmirdi. Çünki Yunanıstan dərhal Azərbaycanı şantaj edir və ərazimizdəki qondarma rejimi dövlət kimi tanıyacağı ilə təhdid edirdi. İndi Qarabağ məsələsi həll olunduğu, qondarma rejim isə “cəhənnəmə getdiyi” üçün Azərbaycan manevr etmədən “Yavru Vatan”la birbaşa əlaqə qura bilər.

Yada salaq ki, yunan Kipri və Yunanıstan Ermənistanla illərdir isti əlaqələrə malikdir. Üçlük birgə hərbi təlimlər də keçirib. Yunan Kipri Azərbaycanın Qarabağda son antiterror tədbirlərini pisləyib, ermənilərin könüllü köçünü “etnik təmizləmə” adlandırıb. Yunanıstan isə Azərbaycan qazının tədarükçüsü olan azsaylı Avropa ölkələrindən (Yunanıstan, Avstriya, Macarıstan, Rumıniya və İtaliya) olduğu üçün çox sərt reaksiya verə bilməyib.

Onu da qeyd edək ki, gələn ay İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) yubiley sammiti keçiriləcək. ŞKTC isə TDT-də müşahidəçi statusuna malikdir. Qarşıdakı sammitdə Kipr Türk Dövlətinin digər türk dövlətləri tərəfindən tanınma qərarı verilə bilərmi?

Siyasi şərhçi Əli Orucov bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dönəmlərdə də Şimali Kipr Türk Cümhuriyyəti ilə rəsmi Bakının əlaqələri xeyli vaxtdır mövcuddur. Cümhuriyyətin Bakıda nümayəndəliyi fəaliyyət göstərir: "Lakin Dağlıq Qarabağ məsələsinə görə Bakının ŞKTC müstəqilliyinin tanınmasına ehtiyatla yanaşması məlumdur. Çünki Yunanıstanın və Avropa İttifaqının bu addıma göstərəcəyi reaksiya bizim ziyanınıza olardı və taleyüklü Qarabağ probleminin həllini çətinləşdirirdi. Bundan başqa, Türkiyənin özü ŞKTC-nin müstəqilliyini tanımamışdı. Artıq Türkiyə müstəqilliyi tanıyır. Həmçinin 44 günlük müharibədən və ötən ay Qarabağın erməni separatçı rejiminin çöküşündən sonra yeni reallıqlar yaranıb. Türkiyənin bölgədə və dünyada nüfuzu, təsir imkanları artmaqdadır, TDT bir qurum kimi təşəkkül dövründədir. Bütün bunlar daha çevik və müstəqil xarici siyasət yürüdülməsini stimullaşdırır. Ona görə Lefkoşa ilə əlaqələrin genişləndirilməsinə ciddi maneələr qalmır. Şimali Kipr Türk Cümhuriyyəti ilə mədəni əlaqələrin genişlənməsini diplomatik tanınmaya gedən yolun başlanğıcı hesab etmək olar. İndiyədək Azərbaycana "yavru Vatan"dan belə yüksək tərkibdə nümayəndə gəlməyib. Məncə, mədəniyyət günlərinin keçirilməsi yüksək rəsmi şəxslərin Bakıya səfəri və yüksək səviyyəli təmasları üçün bir vəsilədir. Azərbaycan ŞKTC-nin müstəqilliyini tanıyarsa, digər türk dövlətləri də anoloji addımı ata bilər. Bu səfərdəki heyətə ŞKTC-nin prezidenti Ersin Tatarın rəhbərlik etməsi heç şübhəsiz ki, münasibətlərin yeni mərhələyə qədəm qoyulması baxımından çox ciddi hadisədir. Doğrudur, Avropa İttifaqının üzvü olan Kiprin yunan kəsimi buna sərt təpki göstərəcək, Azərbaycanla münasibətlərin Qərblə gərgin olduğu indiki dönəmdə əlavə narazılıqlar yaradacaq, lakin bu kiprli türk qardaşlarımıza Azərbaycanın geniş dəstəyinə mane olmamalıdır".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması uzun müddət gündəmdə olub. Azərbaycan tərəfi uzun illər bu addımı ona görə atmayıb ki, Azərbaycanın Qarabağ ərazisində qondarma separatçı rejim mövcud olub: "Azərbaycanın mövqeyini Türkiyə və Şimali Kiprdəki dostlarımız da həmişə anlayışla qarşılayıblar. Amma indi vəziyyət dəyişib, Qarabağda Azərbaycanın suverenliyi bərpa olunub, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığını bəyan edib. Belə bir şəraitdə artıq vaxtı çatır ki, biz Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı konkret addımlar ataq. Bununla bağlı işlər gedir. Türk Dövlətləri Təşkilatının son toplantısını iki məsələ gündəmdə idi. Onlardan biri Türkmənistanın tam səlahiyyətli şəkildə quruma üzv olması, digəri isə Şimali Kipr Respublikasının üzv olması idi. Lakin məsələ həmin toplantıda təxirə salındı. Çünki müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var idi. Amma növbəti toplantıda Şimali Kipr TDT-yə üzv qəbul olacaq. Azərbaycan bu məsələdə təşəbbüskar kimi çıxış edib. ŞKTC-nin əksər rəhbərliyinin Azərbaycana gəlməsi və Şimali Kipr günlərinin keçirilməsi də hesab edirəm ki, tanınma ilə bağlı hazırlıq işlərinə xidmət edir. Prezident Ərdoğan hətta artıq bəyan edib ki, Şimali Kipr yox, Kipr dövləti adlandırmalıyıq. Yəqin ki, TDT üzvü olan dövlətlərin hər birinin Şimali Kiprin müstəqilliyini tanımaq barədə qərarları olacaq. Sonra isə TDT-nin ümumi qərarı olacaq. Buna ciddi hazırlıq işlərinin getdiyini düşünürəm. Mümkündür ki, TDT-nin növbəti toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul olunacaq. Hətta ad bundan sonra Ərdoğanın dediyi kimi, Kipr Cümhuriyyəti adlandırıla bilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49
Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38
Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36
Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33
Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31
Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29
Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27
Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24
Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20
Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17
76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13
SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11
Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03
Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01
Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22
Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13
Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03
Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53
Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44
Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19
Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10
"Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05
“Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02
Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56
Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16
"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Dünən, 17:11
Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Dünən, 17:05
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Dünən, 16:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru