“Qazaxın 7, Naxçıvanın 1 kəndi də 86,6 min kv.km-ə daxildir” - Sülhəddin Əkbər
Tarix: 6-10-2023, 16:47 | Çap et
 Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrın sonunda Brüsseldə görüşəcək.
Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Qranadada jurnalistlərə deyib.
O bildirib ki, Əliyevlə Paşinyan Brüsseldə görüşə razılıq veriblər:
“Mən Ermənistan və Azərbaycan liderlərini dəvət etdim və hər iki lider bu görüşdə iştirak edəcəklərini təsdiqlədilər”.
Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirə qatılmayıb.
Sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ, Fransa və Almaniya nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti ilə birgə imzalanmaq üçün hazırlanan bəyanatı birtərəfli qaydada imzalayıb.
Bu bəyanatla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığını vurğulayıb.
Bu da Qazaxın 7-i, Naxçıvanın 1 kəndinin aqibəti, bu məsələlərin də görüşdə müzakirə edilib-edilməyəcəyi ilə bağlı bağlı sualları aktuallaşdırıb.
Siyasi şərhçi Tofiq Abbasov Paşinyanın bəyanatına şübhə ilə yanaşır.
O, Meydan TV-yə bildirib ki, Qranada bəyanatının legitim qüvvəsi yoxdur:
“Necə ola bilər ki, Azərbaycan Prezidentinin iştirak etmədiyi tədbirdə hansısa sənəd imzalanır və Paşinyan da nikbin açıqlamalar səsləndirir. Bu, yarımçıq təşəbbüsdür. Çünki Şoltsla Makronun iştirakı münasibətləri mürəkkəbləşdirir. Belə olduğu halda balanslı situasiya yaranmalıdır. Bu da o zaman yaranar ki, Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel prosesdə iştirak etsin”.
“Bilirsiniz, Şoltsla Makronun regiondakı proseslərə aidiyyatı çox cüzidir və hər ikisi Avropa İttifaqının üzvüdür. Əgər Mişel varsa, onlar orada nə edirlər? Yox, onlar iştirak edirsə, Azərbaycanın istədiyi kimi Türkiyə niyə sammitə qatılmır? Ona görə balanslı situasiya yaradılmalıdır”, – o qeyd edib.
“Prezidentin sammitdə iştirak etməməsi bəyanatın legitimliyini şübhə altına ala bilməz” Siyasətçi Sülhəddin Əkbər isə deyir ki, həmin kəndlər də Paşinyanın tanıdığı 86,6 min kv.km-ə daxildir:
“Çünki 86,6 min kv.km Azərbaycanın beynəlxalq hüquqla tanınan bütün ərazisini əhatə edir, burada anklavlar da nəzərdə tutulur. Amma bu məsələnin nə vaxt həll ediləcəyi zamana buraxılıb. Böyük ehtimalla delimitasiya və demarkasiya məsələləri müzakirəsi konteksində həll olunacaq”.
Azərbaycan Prezidentinin sammitdə iştirak etməməsinə gəlincə, Sülhəddin Əkbər bildirib ki, bu, bəyanatın legitimliyini şübhə altına ala bilməz:
“Çünki Azərbaycanın dövlət başçısı dəfələrlə deyirdi ki, Paşinyanın ərazi bütövlüyü barədə açıqlamaları şifahidir, biz bunu onun öz imzasıyla təsbit etməsini istəyirik. Dünən isə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını öz imzasıyla təsdiqlədi”.
Sentyabrın 18-dən Qarabağdan ölüm xəbərləri gəlməyə başlayıb.
Tank əleyhinə minaya düşən iki böyük yük avtomobilinin içərisində 14 nəfər həyatını itirib.
Bunlardan yeddisi polis, qalanı mülki şəxs olub.
Azərbaycan həmin minaların erməni diversiya qrupları tərəfindən yeni basdırıldığını açıqlayıb.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyatlara başladığını elan edib.
Tələbi erməni silahlı qüvvələrinin regiondan çıxarılması olub.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
Bunu sentyabrın 19-da yaranmış vəziyyətlə əlaqələndirib.
Sonuncu hərbi əməliyyat zamanı Azərbaycan 200-dən çox hərbçisini itirib.
Bu əməliyyatdan sonra rəsmi Yerevan 100 mindən artıq erməni sakinin Qarabağı tərk edərək Ermənistana köçdüyünü açıqlayıb.
Azərbaycan isə dinc erməni sakinlərin reinteqrasiya olunması ilə bağlı çağırış edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34 |
|
|
|
• "Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11 |
|
|
|
• 18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00 |
|
|
|
• Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56 |
|
|
|
• İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54 |
|
|
|
• Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50 |
|
|
|
• Göyçayda səhiyyə sistemi `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Azərbaycan və Qvineya-Bisau arasında əməkdaşlıq yeni mərhələyə keçib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:42 |
|
|
|
• İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Bu gün, 08:38 |
|
|
|
• Naxçıvanda tibb bacılarının hesabına QƏNAƏT - AXI NİYƏ?..
Bu gün, 08:36 |
|
|
|
• Öcalanın `TƏSLİM OLUN` çağırışı və... - AKTUAL
Bu gün, 08:33 |
|
|
|
• Putin Kadırovu İRƏLİ VERİB... - ÇÜNKİ...
Bu gün, 08:31 |
|
|
|
• Avropa İttifaqı rəsmiləri niyə Azərbaycanı hədəf alıb? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:29 |
|
|
|
• Yerə qoyulan silah... - Görünəni odur ki...
Bu gün, 08:27 |
|
|
|
• Kadırovun BULANIQ MƏQSƏDİ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:24 |
|
|
|
• Vardanyanın ifadə verməkdən imtinası heç nəyi dəyişmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:20 |
|
|
|
• Ukrayna qambiti və onun yeni dünya nizamına təsiri - Parçala, hökm sür?
Bu gün, 07:17 |
|
|
|
• 76 illik silah itirilir: iki ölkə kənarda qalır – Türk ordusuna ehtiyac var
Bu gün, 07:13 |
|
|
|
• SSRİ-dən bu günə: Soyuq dərs otaqları, üşüyən şagirdlər... - 35 ildir ki, çözə bilmirik...
Bu gün, 07:11 |
|
|
|
• Almaniyadakı türk deputatlar Türkiyəni bu cür satır - İLGİNC
Bu gün, 07:03 |
|
|
|
• Vardanyanın Bakıdan fotolarını Ermənistana kim “sızdırıb”? – ETİRAF
Bu gün, 07:01 |
|
|
|
• Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22 |
|
|
|
• Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13 |
|
|
|
• Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03 |
|
|
|
• Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53 |
|
|
|
• Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44 |
|
|
|
• Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19 |
|
|
|
• Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10 |
|
|
|
• "Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05 |
|
|
|
• “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56 |
|
|
|
• Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51 |
|
|
|
• Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52 |
|
|
|
• Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49 |
|
|
|
• Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10 |
|
|
|
• Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07 |
|
|
|
• Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54 |
|
|
|
• Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38 |
|
|
|
• “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35 |
|
|
|
• Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33 |
|
|
|
• 20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
• “Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25 |
|
|
|
• Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16 |
|
|
|
• "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Dünən, 17:11 |
|
|
|
• Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Dünən, 17:05 |
|
|
|
• Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
|