Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                 

“Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir” - deputat
Tarix: 6-02-2023, 11:08 | Çap et
“Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata son müsahibəsi zamanı bildirib ki, Ermənistan uzun illər ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb: “Müharibə zamanı Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən təqribən 300 nəfər həlak oldu. Biz bu zaman Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi missiya ilə sərhədə getdi və Ermənistanın Azərbaycanla sərhəd hissəsində KTMT missiyasının yerləşdirilməsi planını gətirdi. Bu plan artıq çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və nəticədə İrəvanda baş tutan sammitdə müvafiq qərarın mətnini bitirdik”.

Lavrovun sözlərinə görə, Ermənistan tərəfi bu qərarda Azərbaycanın qəti şəkildə qınanılması şərtini irəli sürsə də, KTMT ölkələri buna razı olmayıb.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Lavrov tarixi reallıqları Ermənistana xatırladıb: “Bundan öncə Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edib. Düzdür, o zaman Rusiya rəhbəri Dağlıq Qarabağ terminini işlətmişdi. Lakin 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycanın qələbəsi Dağlıq Qarabağ müzakirələrini də tarixə qovuşdurdu. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu yaradıldı”.

“Əslində, Lavrov bu açıqlama ilə nə Azərbaycana dəstək verir, nə də onun iradəsinin ziddinə fikirlər söyləyir. Sadəcə həqiqətləri dilə gətirir. Burada qeyri-adi və təəccüblü bir şey yoxdur. Lavrov Alma-Ata bəyannaməsinə istinad edir və o zaman Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bəyan olunur”, - deyə həmsöhbətimiz söyləyib.

Deputat hesab edir ki, Ermənistan bundan düzgün nəticə çıxarmalıdır: “Nəhayət, anlamadırlar ki, işğalçılıq siyasəti onlara xeyir gətirməyəcək. Bu siyasət Ermənistanı uçuruma sürükləyir. Region çalxalanır və konfliktlərin mərkəzinə çevrilir. Belə bir şəraitdə Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi ilk növbədə onların özlərinə zərbə vuaracaq”.

“Azərbaycanın dünya miqyasında əhəmiyyəti artır. Türkiyə ilə müttəfiqlik münasibətləri rəsmiləşdirilib. İşğal altında olan torpaqlarımız azad edilib. Ermənistanın nə siyasi, nə iqtisadi, nə də hərbi gücü var ki, Azərbaycanın qarşısında duruş gətirə bilsin. İşğal dövründə xarici havadarlarına ümid edirdilər. Məhz onların sayəsində bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı. Lakin artıq əvvəlki dövr deyil. Ermənistan rəhbərliyi mövcud reallıqları nəzərə alaraq, qonşularla münasibətlərin normallaşmasında maraqlı olmalıdır. Əks halda ciddi problemlərlə üzləşəcək”, - deyə Mustafa vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-ya şərhində qeyd edib ki, Rusiyanın Qarabağla bağlı mövqeyi tarixi fürsətdir: “Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun indiyə qədər belə bir açıqlamasına rast gəlməmişik. İlk dəfə idi ki, Lavrov belə mövqe ortaya qoyurdu. O, Ermənistanla bağlı digər tənqidi fikirlər də səsləndirib. Bu, o demək deyil ki, Rusiya Azərbaycana dəstək nümayiş etdirir. Dəstək olsaydı, indiyə qədər bəyan edilərdi. Ermənistanın mövcud siyasi rəhbərliyi sələflərinin yolu ilə getmir və bu səbədən Kremllə ciddi problemləri mövcuddur”.

“Moskva Paşinyana təzyiq etmək üçün müxtəlif üsullardan istifadə edir. Hətta, Ermənistanda növbədənkənar parlament seçkiləri də keçirilib. Bu seçkilərdə də Paşinyan və rəhbərlik etdiyi siyasi blok qələbə qazanıb. Yəni, Rusiyanın səyləri nəticəsiz qalıb. İndiki halda Rusiya Paşinyanı cəzalandırmaq üçün Azərbaycanın hədəflərinə çatmasına mane olmamaq xəttini tutub”, - deyə müsahibimiz bildirib.

Politoloqun fikrincə, Ermənistan tərəfi bundan nəticə çıxarmalıdır: “Onlar anlamalıdırlar ki, Rusiya kifayət qədər çətin vəziyyətdədir. Ukrayna ilə müharibə aparır. Bu təcavüz bir ilə yaxındır davam etsə də, Moskva ciddi nəticə əldə etməyib. Ukraynalılar da geri çəkilmək niyyətində deyillər. Digər yandan, Rusiyaya qarşı ABŞ, Böyük Britaniya, Avropa ölkələri tərəfindən çoxvektorlu embarqolar tətbiq edilib. Digər ölkələr də bu sanksiyalara qoşulub. Rusiya faktiki olaraq təklənmiş vəziyyətdədir. Şimal qonşumuz ciddi iqtisadi problemlərə hamilədir. Yəni, başı ciddi şəkildə özünə qarışıb. Belə bir şəraitdə Rusiya Ermənistana dəstək verməyəcək”.

“Ermənistan hakimiyyəti də Rusiya iqtidarına yaxın deyil. Paşinyan Qərbə yönəlik siyasi kursunu götürüb. Belə bir şəraitdə Azərbaycan öz hədəflərinə çatmaq üçün tarixi imkan əldə edir. Yaxşı olardı ki, Ermənistan mövcud reallığı qiymətləndirəydi. Rusiya hazırkı şəraitdə Azərbaycanın suverenliyinə mane olmaq iqtidarında və niyyətində deyil. Ermənistanın hərbi-siyasi rəhbərliyi gələcək siyasətini buna uyğunlaşdırmalıdır. İşğalçılıq siyasətindən birdəfəlik imtina olunmalıdır”, - deyə Şahinoğlu fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru