Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                 

"Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar" - ETİRAZ
Tarix: 25-01-2023, 08:53 | Çap et
"Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar"
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurumun son qurultayının nəticələrinin Ədliyyə Nazirliyində qeydə alınmasının uzadılmasından şikayətlənir. 1999-cu ildən dövlət qeydiyyatında olan Azərbaycan Xalq Partiyası 2022-ci il dekabrın 11-də Bakıda 5-ci qurultayını keçirib, nizamnamə və proqram yenilənib, Pənah Hüseyn yenidən sədr seçilib.

Partiya sədri yazır ki, 5-ci qurultayın nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır: “27 dekabr 2022-ci ildə yazılı şəkildə iki texniki çatışmazlıq - təqdim edilən sənədlərə nizamnamənin ilk redaksiyada əslinin əlavə edilməməsi, nizamnamənin yeni redaksiyasının titul səhifəsində qeydiyyat ili kimi 1999-cu il əvəzinə 1992-ci ilin getməsi əsas göstərilib. Bunlar düzəldilərək sənədlər yenidən təqdim olunub. 5 yanvar 2023-cü ildə sənədlər titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və nizamnamədə sıralama uyğunsuzluğu qeydi ilə geri qaytarılıb.

Bu çatışmazlıqlar düzəldiləndən sonra, 23 yanvarda “Siyasi partiyalar haqqında” yeni qanuna istinad olunaraq tamamilə qanunsuz tələb irəli sürülüb. Tələbin yazılı şəkildə təqdim olunmasını gözləyirəm və alandan sonra nədən qanunsuz olduğunu göstərəcəm".

Yanvarın 11-də prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzalayaraq onun tətbiqinə fərman verib. Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Əvvəlki qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər.

1992-ci ildən partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır.

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, AXP-nin qeydə alınmaması böyük ehtimalla anlaşılmazlıqdır. AXP-nin qurultayı yeni “Siyasi Partiyalar haqqında” Qanun qüvvəyə minməmişdən öncə keçirilib. Burada yeni qanunla əlaqəli bir şey yoxdur, partiyanın qurultayı öz vaxtında keçirilib: “Yəni qurultayı ona görə keçirməyiblər ki, yeni qanun qüvvəyə minmədən keçirib məsələni həll etmiş olsunlar. Ola bilsin ki, Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində düşünüblər ki, AXP-nin qurultayının nəticələri qeydə alınacaqsa, partiya artıq 5 min imza təqdim etməli olmayacaq. Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar. Çünki sonuncu qurultayın nəticələri qeydə alınsa belə, AXP də digər partiyalar kimi yeni qanunun tələbinə uyğun olaraq 5 min üzvün imzasını reyestrə təqdim etməlidir. Yeni qanunun qüvvəyə minməsindən öncə qurultayların keçirilməsi partiyaları bu öhdəlikdən azad eləmir. Ola bilsin Ədliyyə Nazirliyi siyasi qərar gözləyir. Yeni qanun, şübhəsiz, partiyalar üçün yeni vəziyyət, yeni problemlər ortaya çıxaracaq. Partiyalar hər il nazirliyə hesabat təqdim etməlidir. Bir sözlə, partiyaların işi-gücü hesabatlar hazırlamaq və təqdim eləmək olacaq”.

T.Abbaslı qeyd etdi ki, qanunda partiyalara heç bir ciddi imtiyaz verilmir: “Partiya yaratmaq, onu inkişaf etdirmək işi daha əlverişsiz hala gəlib və gələcək. Beş min imza toplamaq isə xüsusilə bir çox partiyalar üçün ciddi problemlər meydana çıxaracaq. Odur ki, bu gün Azərbaycanda siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda sərfəli deyil. Əminəm ki, bir sıra partiyalar bununla bağlı qərar verəcək ki, bundan sonra siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda faydalıdır yoxsa yox. Partiyalar seçim qarşısında qalacaq. Kimin imza toplayacağını, kimin toplamayacağını, kimin ümumiyyətlə toplamaqdan imtina edəcəyini, kimin kimlə birləşmə qərarı verəcəyini zaman göstərəcək. Ola bilsin, üç-beş partiya birləşib bir partiya kimi çıxış edəcək. Amma partiyaların sayının azalması problemin həlli deyil. Partiyalara büdcədən vəsait ayrılacağına gəlincə, maliyyə ayrılmasında da qəribə qaydalar var. Partiya əgər parlamentdə təmsil olunmursa, ay ərzində dövlət büdcəsindən 350-400 manat pul alacaq. Təsəvvür edin, bir partiya qeydə alınmaq üçün ən azı 5 min üzvün imzasını təqdim edir, deməli, bu partiyanın ən azı beş min üzvü var. Belə çıxır ki, büdcədən ayrılacaq vəsait hər üzv üçün təxminən 1 qəpik olacaq”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə hesab edir ki, AXP-nin sənədləşmə ilə bağlı problemi tezliklə həll olunacaq: “Bəlkə yeni qanunla bağlı hansısa dəqiqləşməyə ehtiyac var. Bütün hallarda problemin çözüləcəyinə inanıram. O ki qaldı 5 min üzvün imzalı sənədləşməsi məsələsinə, bəli, biz hamımız bu işin üstündə çalışırıq, sənədləşmə yeni qanunun tələblərinə uyğun yenilənir, partiyaya yeni üzvlər qəbul olunur. Qanunun tələblərinə riayət etməyən partiyaların məhkəmə vasitəsilə fəaliyyətinin dayandırılması, ləğvi barədə yeni qanunda müddəa var. Hakimiyyətin partiyalarla bağlı hansı planının olmasından xəbərim yoxdur. Amma siyasi partiyaların sıradan çıxması və ya təmərküzləşməsi prosesinə fərqli yanaşıram. Yalnız demokratik seçkilər nəticəsində partiyalar təsnifata bölünməlidir. Seçkilərdə uğur qazanmayanlar ya sıradan çıxır, ya da kiminləsə birləşir. Təbii və demokratik yol budur”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Bu gün, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru