Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                 

“Biz erməni əhalisini öz tərəfimizə çəkməliyik” - ÇAĞIRIŞ
Tarix: 19-01-2023, 08:25 | Çap et
“Biz erməni əhalisini öz tərəfimizə çəkməliyik”
Laçın-Xankəndi yolunda ekofəalların dinc aksiyası artıq 40-cı gününə yaxınlaşır. Aksiyanın məramı, məqsədi bəllidir; yurdumuzun təbii sərvətlərinin separatçılar tərəfindən talanmasına son qoyulması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə faydalı qazıntı yataqları ilə bağlı mütəxəssislərin monitorinq aparmasına şərait yaradılması. Nəzərə alsaq ki, aksiya barədə geniş məlumatların verilməsi ilə beynəlxalq aləm də bundan xəbərdardır, aksiyanın məqsədinə çatdığını söyləmək olar. Bu aksiyanın mənəvi tərəfi isə daha böyükdür, bizcə. 40 gündür ki, Azərbaycan insanı üzü Xankəndiyə tərəf dayanıb.

Zatən bu vaxta qədər də üzümüz daim Qarabağa, Xankəndiyə idi, amma hazırkı aksiyada üzümüzü, səmtimizi həm də fiziki olaraq, canlı halda Xankəndiyə tutmuşuq və belə görünür ki, Xankəndiyə ayaq basmamış yoldan dönəsi də deyilik. İndiyədək Xankəndi doğumlu insanlarımızla çox söhbətlər etmişik. Bu şəhər haqqında onların acı-şirin xatirələrini dinləmişik. Budəfəki həmsöhbətimiz isə əslən Xankəndidən deyil, amma bu şəhərə bağlı və bu şəhəri çox sevən biridir. Bizim daim böyük şuşalı adlandırdığımız, hər dəfə də onun haqqında mübaliğəsiz Şuşanı ovcunun içi kimi bilən tanıtımı etdiyimiz yazıçı-publisist, şair və jurnalist, şuşalı Kərim Kərimlidir. Kərim bəyə ilk sualım, aksiya barədə olmalıydı. Ancaq fikrimi dəyişdim. Laçın-Xankəndi yolundakı aksiya həm də məhz Xankəndiyə aparan yol olduğundan Kərim bəydən bu şəhərlə bağlı xatirələrini bölüşməsini istədim. Bəli, Qarabağ xanlığının istirahət məskəni olaraq salınan şəhərin adının “Stepanakert”ə necə döndüyünü bilməyən yoxdur. Onu deyim ki, “Stepanakert” adı milli düşüncəli insanlarda həmişə narazılıq yaradıb. Sovet hakimiyyətində buna etirazlar qəbuledilməz sayılırdı və insanların narazılığı da ürəklərində qubar olaraq qalırdı ki, Xanın kəndinə Qarabağda, cümlə-Azərbaycanda türklərə - azərbaycanlılar qarşı soyqırımlara rəhbərlik etmiş “kommuna lideri”nin adı niyə verilməlidir?!. Ermənilər Xankəndini Stepanakert etsələr də, nə bu şəhərin milli ruhunu qopara bildilər, nə də yerli xalqın - Azərbaycan türklərinin Xankəndiyə sevgiləri azaldı. Bunu Kərim bəy də təsdiq etdi.

- Kərim bəy, inkar edə bilmərik ki, sovet vaxtı Stepanakert adlandırılmış Xankəndi həm də ozamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi, paytaxtı idi. Və həm də ermənilər şəhəri “erməniləşdirmişdilər”. Siz necə, Xankəndidə olmuşdunuzmu, gedirdinizmi o şəhərə, yaddaşınızda necə qalıb? Xoşunuz gəlirdi o şəhərdən?

- Uşaq vaxtı valideynlərimlə getmişəm, yuxarı siniflərdə təhsil alanda da dəfələrlə getmişəm. Sonra ali məktəbi bitirdim, Şuşada işləyirdim, yenə Xankəndiyə gedirdim, Qarabağın işğalından əvvəl, sonuncu dəfə səhv etmirəmsə, 1991-ci il avqustun 22-si, ya da 24-ü olmuşdum Xankəndidə. İşğaldan sonra bir də 1998-ci ilin avqustunda getmişəm. Beynəlxalq müstəvidə... Şəhəri çox yaxşı tanıyırdım. Xankəndi Şuşaya nisbətən böyük şəhərdi. Şuşa enişli-yoxuşludu, küçələrin hamısını gəzmək olur. Amma Xankəndidə küçələr də çoxdu, bütün şəhəri gəzmək xeyli vaxt aparır. Şəhəri yaxşı gəzmişdim. Soruşursunuz, xoşunuz gəlirdi Xankəndidən? Nəyə görə bilmirəm, Xankəndini çox sevmişəm. “Nəyə görə bilmirəm”, cümləsi içimdən gəldi, təbii ki, sevginin səbəbi məlumdu, Vətənin hər bir nöqtəsini insan sevir, bu, öz yerində. Amma Xankəndini sevməyimin bir səbəbi də yəqin ki, mənim üçün böyük şəhər anlayışının məhz Xankəndi ilə formalaşmasına bağlıdır. Mən böyük şəhərlər necə olur, bunu Xankəndinin timsalında görmüşəm və sevmişəm. Məsələn, indi mənim üçün ən gözəl şəhərlərdən biri Mingəçevirdi. Şəhərin mərkəzindən çay keçir, şəhəri iki hissəyə ayırır, bu, şəhərə əlavə gözəllik qatır. Və şəhərin gözəl görünməsinin səbəblərindən biridir. Xankəndi də böyük və gözəl şəhər idi. Geniş küçələri vardı, Pedaqoji İnstitut, idarələr, parklar, stadion... Sizə deyim ki, Xankəndi ötən əsrin 60-cı illərindən böyüməyə başlamışdı. Xankəndidə bolluq olub həmişə. Qarabağın digər bölgələrində kərə yağı tapılmayanda adamlar Xankəndiyə bazarlığa gəlirdi və istədiklərini alırdılar. Həm də digər bölgələrə nisbətən Xankəndidə ucuzluq idi. Bilmirəm, bunu bilə-bilə edirdilər ki, narazılıq olmasın, yoxsa ərzaq, digər mallar həddindən çox gətirilirdi deyə beləydi. Amma, məsələn, Ağdamda 1 rubla satılan siqaret Xankəndidə 49 qəpiyə idi (yəqin düşünürlərmiş ki, ağdamlılar varlıdı, 1 manata da alarlar siqaret – M.R.) Məsələn, biz Şuşada “Şuşa” qəzetini nəşr etmək üçün klişeni – mətbuat işçiləri bilir bu nədi, Xankəndiyə gəlib alırdıq. Şuşada klişe yox idi. Xankəndidə “Qarabağ” stadionunda futbola baxmışam. Azərbaycan cavanları, xüsusən də sevgililər görüşmək üçün Xankəndiyə gedirdilər. Çünki bizim tərəflərdə belə məsələlər qəbul olunmurdu, pis baxılırdı. Demirəm, ucdantutma hamının görüş yeri idi, amma gedənlər olurdu. Xankəndidə sərbəst gəzib-dolaşırdılar. Şuşadan Xankəndiyə mikroavtobus işləyirdi. Yaxşı restoranları vardı. Yəni böyük şəhəri təmsil edəcək hər şey vardı. Təkcə sevənlər yox, elə hamımız orda sərbəst dolaşırdıq. Bizdə o hiss yox idi ki, kimsə yolumuzu kəsə bilər, kimsə bizə sataşar. Ağlımıza da gəlimirdi qorxaq, çəkinək. Əksinə, Xankəndinin özümüzün şəhəri olması hissiyatımız vardı. Həm mənəvi, həm də maddi baxımdan Xankəndini öz şəhərimiz hesab edirdik. Açıq deyim, erməni dostlarımız, tanışlarımız da vardı. Hansısa işimizi həll etmək üçün idarələrə sərbəst daxil olurduq. Sabir adına küçədə, Kərpiçnıy məhəlləsində, Kərkicahan qəsəbəsində bütünlüklə azərbaycanlılar yaşayırdı. Yəni şəhər mənə doğmadır.

- Kərim bəy, aksiyada iştirak etməmisiniz deyəsən...

– Yox, iştirak etməmişəm. Bir neçə dəfə müraciət etdim, bildirdilər ki, aksiyaya konkret bu müstəvidə - ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri cəlb edilir. Bir neçə dəfə dostların köməyi ilə getmək istədim, hər dəfə nəsə problem yarandı, gedə bilmədim. İştirak etmək istədiyimi bildirəndə, soruşurlar ki, neçə yaşın var, qışdı, soyuqdu, neçə gün dözə bilərsən? Gülməyim gəlir, sabah mən Şuşada yaşayanda, soruşacaqlar ki, necə qala bilirsən orda, necə dözürsən şaxtalı havaya?! Qar, şaxta görməmişik məgər?!.

- Aksiya barədə fikriniz nədi?

- Hesab edirəm ki, bu aksiya Qarabağ uğrunda mübarizəmizin tərkib hissəsi və növbəti mərhələsidir. Üstünlüyü odur ki, bu, dinc aksiyadır. Heç kimə güllə atmırıq, heç kimi incitmirik. Əsir, girov götürmürük. Sadəcə, toplaşıb aksiya keçiririk, tələb edirik ki, Azərbaycanın təbii sərvətlərinin daşınmasına, talanmasına son qoyulsun. Hansı dövlət belə bir hala sakit qalar?! Tələb nədir – ekspertlər gedib yataqlara baxsın, monitorinq aparsın. Burada qeyri-qanuni nə var? Heç nə. Ermənipərəst dövlətlər, səbəbdən çox nəticəni qabartmağa çalışır. Guya ki, Xankəndidəki ermənilər blokadadı, ərzaq tapılmır, uşaq yeməyi tapılmır... Amma deyilmir ki, niyə aksiya keçirilir. Düzdür, aksiyanın gedişatında ilk zamanlar bizim tərəfdən bəzi nöqsanlar oldu. Bu da ona görə baş verdi ki, bəziləri özlərinin reklamına “işləmək” istədi, ümumi maraqları nəzərə almadılar. Əslində ermənilərə olmayan nifrət barədə fikir formalaşdırdılar. Bəziləri özlərini daha çox fədakar göstərməyə çalışır. Belə detallara fikir vermək lazımdır. Baxılmalıdır ki, kimin aksiyada iştirakı ümumi mənafeyimizə uyğundur, kimin yox. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, Xankəndi ətrafında xammal ehtiyatları var və separatçılar necə ki, illərlə onları talan edib, yenə də davam etmək istəyir. Arkadi Manuçarov vardı, Qarabağ mərmər kombinatının, o vaxt tikinti materialları kombinatı idi, onun direktoru idi. “Məşhur” “Krunk” təşkilatının rəhbəri. Sonra Ermənistan Ali Sovetinin, “DQMV”nin deputatı da seçilmişdi. O mərmər yataqları əslində Şuşanındı. Zərrin bağı deyilən ərazidədi. Manuçarov mərmər ehtiyatlarını daşıyırdı, qazanc əldə etdi, separtatçıları silahlandırdı. Qarabağ Avtomobil Nəqliyyatı İstehsalat Birliyinin sədri də, “Qarabağ” stadionunun direktoru da, o zaman Xankəndidəki varlı, vəzifədə olan ermənilər hamısı separatçılıqla və talançılıqla məşğul idilər. 1990-cı illərin əvvəllərində Azərbaycan hökuməti onları həbs etdi, ümumilikdə 102 nəfər Şuşa həbsxanasına salındı. Sonra hərəsi bir yolla azad olundu, soyqırımlara da başçılıq etdilər, separatçı hökumətdə təmsil olundular.

- Sizcə, aksiya necə sonlanacaq?

- Deyə bilmərəm. Çünki son hədəfin nə olduğunu bilmirəm. Onu deyə bilərəm ki, birinci növbədə aksiyanın gedişində hər hansı insidentin, hər hansı təxribatın başvermə ehtimalının sıfır olmasına çalışmaq lazımdır. Tam hazırlıqlı olmalıyıq. Təbliğat da düzgün qurulmalıdır. Qarabağda separatçılıq yeni baş qaldıranda bunun əleyhinə olan ermənilər vardı. Onları separatçılar özləri müxtəlif yollarla, vasitələrlə aradan götürürdülər ki, işə mane olmasınlar. Mən 100 faiz əminəm ki, indi də ermənilər arasında Azərbaycan dövlətinin vətəndaşı olaraq sakit, rahat yaşamaq istəyən, buna can atan ermənilər var. Sizə bir faktı deyim. Mən 1998-ci ildə Xankəndiyə səfər edəndə orada bir erməni mənə yaxınlaşıb dedi ki, 200 nəfərlə, Azərbaycan bayrağını əllərində tutaraq cəbhə xəttini keçməyə hazırdırlar. Mənə dedi ki, bunu daxili işlər naziri Ramil Usubova çatdır. Bilirsiz də, sabiq daxili işlər naziri Xankəndi doğumludur, orada işləyib. Mən o erməniyə söz verdim ki, çatdıracam. Bakıya qayıdanda çox çalışdım ki, nazirlə görüşüm. Mümkün olmadı, amma nazirlikdəki digər şəxslərə bunu dedim, ətraflı danışdım erməninin dediklərini. Görünür, o zaman məsləhət olmayıb, ya nəsə başqa səbəb vardı ki, Xankəndidə yaşayan ermənilərin xahişi, istəyi nəzərə alınmadı. Dediyim odu ki, ermənilər arasında separatçılığın, Azərbaycandan ayrılmanın, müharibənin əleyhdarları olub, indi də var. Onlardan istifadə edilməlidir. Onlar qorxurlar açıq müraciət etməyə, bilirlər ki, separatçılar günlərini qara edəcək, öldürəcəklər, işgəncə edəcəklər. Qarabağ münaqişəsi həll edilməmiş qaldığı zamanlarda ermənilər arasında Xankəndini tərk edib getmək istəyənlər çox idi. Onlara icazə verilmirdi. Biz bilirdik ki, ermənilər Qarabağdan çıxmaq üçün bir neçə post keçirlər, postlarda da rüşvət təklif edirlər ki, onları buraxsınlar, yollarını kəsib geri qaytarmasınlar. Xankəndidə zorla saxlanılan ermənilər çox olub. Onlar istəmirdilər övladları hansısa boş, mənasız xülyanın qurbanı olsun. Onların da beyni, düçüncə qabiliyyəti var da. Bilirdilər ki, gec-tez Azərbaycan torpaqlarına sahib çıxacaq, bu vəziyyət ömürlük belə qalası deyil. Başlarının çarəsinə baxmaq istəyirdilər, ancaq separatçılar imkan vermirdi. İndi də belədir. Bu reallıqları nəzərə alaraq biz erməni əhalisinə daha çox müraciət etməli, bəyanatla çıxış etməliyik. Onları inandırmağa çalışmalıyıq ki, Azərbaycan dövləti, Azərbaycan ordusu sizi qoruyacaq. Onları öz tərəfimizə çəkməliyik.

- Kərim bəy, hər gün məlumat verilir ki, sülhməramlılara məxsus neçə avtomobil keçidi maneəsiz təmin edilib. Sual yaranır axı, bu sülhməramlılar nə aparır, nə daşıyır bu avtomobillərdə? Bu qədər avtomobil keçidi olar?

- ... Bu, ordudur. Sülhməramlı olsa da. Bunun təminatı var, bəlkə qəfil harasa göndərirlər. Ola bilər, əsəbləri yoxlayırlar. Ona görə deyirəm ki, hər cür təxribat fürsətini sıfıra endirməliyik.

- Azərbaycan tərəfinin o avtomobillərə baxış keçirmək hüququ var? Bilməyək o avtomobillərdə nə aparıb, nə gətirirlər?

- Belə məsələlər tərəflər arasındakı razılaşmadan asılı olur. İmzalanmış sənəddə sülhməramlı kontingentin avtomobillərinin yoxlanması barədə nə yazılıb, nəsə bir bənd varmı, yoxmu, bilmirik. Hesab edirəm ki, biz sülhməramlıların rəhbərliyi ilə münasibətləri yaxşı saxlamalıyıq. Onlar Xankəndidə, müvəqqəti nəzarətlərində olan ərazilərdə nə qədər insana kömək edir, bu kömək nədən ibarətdir, bu barədə məlumatlı olmalıyıq. Əsas isə daim mənəvi cəhətdən hücumda olmalıyıq. Öz üstünlüyümüzü, qalib olduğumuzu hər fürsətdə yada salmalı, erməni əhalisinə də bizimlə birgə yaşamaqdan başqa yolları olmadığını başa salmalıyıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru