Şimali Azərbaycan artıq bizə dəstək olur! - Güneyli fəal
Tarix: 12-01-2023, 08:33 | Çap et
 Azərbaycanın şimalı artıq bizim - Güney azərbaycanlıların səsi olub və haqlı səsimizi dünyaya tanıtmaqda bizə dəstək olur. Bu, bizim tək olmadığımızı göstərir.
DİA.AZ bildirir ki, bu fikirləri Axar.az-a Güney azərbaycanlı fəal Kürşad Ağdərəli İranda yaşayan etnik millətlərin bəyanatları ilə bağlı danışarkən deyib.
O, azsaylı xalqların assimilyasiya siyasətinə məruz qaldığına diqqət çəkib:
“Son yüz ildə İranda farsmərkəzli sistem mövcud olub. Etnik millətlərin bütün iqtisadi-siyasi, mədəni hüquqları daim tapdanıb. İllərlə azsaylı xalqlar assimilyasiya siyasətinə məruz qalıb. İstər ərəblər, istər qaşqay türkləri, istət lor, bəluc və digərləri olsun - hamısının haqları pozulur. Xalqlar artıq bezib. Onları susdurmaq üçün isə etiraza qalxan gəncləri edam edirlər. Şah rejimində olduğu kimi, bu hakimiyyət də geri addım atmır, qeyri-farslara qarşı ayrı-seçkilik göstərməyə davam edir. İranda yaşayan xalqların əsas istəyi azad yaşamaqdır. Onlar öz dövlətlərinin qurulmasına çaba göstərir, daha aldanmaq istəmirlər. Çünki şah dönəmində də qeyri-farslara qarşı irtica düşüncə hökm sürürdü. Yerinə gələn mola rejimi əvvəl vədlər verərək özünü yaxşı göstərdi. Sonradan vəziyyət dəyişdi”.
O bildirib ki, hazırda İranda bəzi qüvvələr etnik xalqların etibarından istifadə edir, onları birliyə səsləyir:
“Bəzi qüvvələr molla rejiminin devrilməsində bu xalqların gücündən istifadə etmək istəyir. Lakin bu bəyanatlar və son zaman artan fəallıq onu deməyə əsas verir ki, etnik millətlər artıq təşkilatlanır.
Biz də Güney Azərbaycan fəalları olaraq dövlətimizin qurulmasından yanayıq. Güney Azərbaycanda əsas çatışmayan cəhət təşkilatlanmadır. Bu problem həllini tapdıqdan sonra inanıram ki, dövlətimizi quracağıq. Ümid edirik ki, bu sülh yolu ilə həll olacaq. Qeyri-fars millətlər aldadılmaqdan, rejimin devrilməsindən sonra farslaşdırma siyasəti aparan yeni hakimiyyətin qurulmasından ehtiyat edirlər”.
Azərbaycan Mərkəzi Partiyasının üzvü Elyar Kamrani isə bildirib ki, qeyri-farsların dəfələrlə yaydığı bəyanat dünyanın diqqətini İrana çəkmək məqsədi daşıyır:
“Bu mənada əvvəlki bəyanatlar öz bəhrəsini verib. 8 partiyanın birgə imzaladığı bəyanatda “İranın qəddar və cinayətkar rəftarını qınayırıq və “dur” deməsini istəyirik! İran dövləti 20-yə yaxın gənci edam etmək istəyir. Dünyanın azad ölkələri, bəlkə bizim səsimizi eşidə, İran daha yeni cinayətlərə əl atmaya”, - deyilir. Etirazlarda tutulanlar vəkillə təmin olunmur. Rahat şəkildə edam və ölüm hökmü verilir. Lakin onların qatilləri cəzasız qalır. Bu bəyanatla biz dünyanın diqqətinə İranda baş verənləri çatdırmaq istəyirik. Bu 4 aylıq etirazlara ölkədə yaşayan bir sıra millətlər qoşulub. İranda bəzi mərkəzçi qruplar və totalitar düşüncəyə malik insanlar var ki, onların da öz məqsədi var. Media imkanlarından bəhrələnərək, özlərini bu mübarizənin içində varmış kimi aparırlar. Bu bəyanatla onların çirkin oyunlarına diqqət çəkmək istəmişik”.
Xatırladaq ki, İranda qeyri-fars millətlər növbəti dəfə birgə bəyanat yayaraq hüquqlarının tanınmasının vacibliyini vurğulayıblar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Bu gün, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27 |
|
|
|
• Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21 |
|
|
|
• ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07 |
|
|
|
• Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04 |
|
|
|
• “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58 |
|
|
|
• Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54 |
|
|
|
• İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53 |
|
|
|
• Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50 |
|
|
|
• Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47 |
|
|
|
• AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45 |
|
|
|
• Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39 |
|
|
|
• Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33 |
|
|
|
• Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
• Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28 |
|
|
|
• İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25 |
|
|
|
• Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15 |
|
|
|
• 44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11 |
|
|
|
• "Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05 |
|
|
|
• Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01 |
|
|
|
• Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54 |
|
|
|
• Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52 |
|
|
|
• "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49 |
|
|
|
• VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41 |
|
|
|
• Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39 |
|
|
|
• “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35 |
|
|
|
• "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24 |
|
|
|
• "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13 |
|
|
|
• İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07 |
|
|
|
• Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04 |
|
|
|
• "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03 |
|
|
|
• Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00 |
|
|
|
|