Minimum əmək haqqı artırıldı: Sosial durum yaxşılaşacaqmı? - Görünəni odur ki...
Tarix: 9-01-2023, 09:42 | Çap et
 Bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla minimum əmək haqqı 345 manata çatdırılıb. Belə ki, minimum pensiya 280 manata çatdırılmaqla yanaşı müavinət və təqaüdlər də artırılacaq. Bu artımlar yanvarın 1-dən hesablanacaq. Məlumata görə, minimum əmək haqqındakı artım 700 min vətəndaşımızı əhatə edəcək. Bu prosses üçün isə dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılcaq. Maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş faydalanacaq. Qeyd edək ki, artımlar özəl sektoru da əhatə edir. Yəni bu ildən 345 manatdan az əmək haqqı verilə bilməz. DİA.AZ-ın məlumatına görə, iqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı karbohidrogen sənayesi üzərində qurulduğundan, onda cərəyan edən prosseslər də daxili bazardan çox xarici faktorlarla təsirlənir. Bu baxımdan əmtəə və valyuta bazarlarında olduğu kimi əmək bazarında da qiymətlər xarici amillərin təsiri altında formalaşır.
“Kritik dönəmlər olan 2009, 2015 və 2016-cı illərdə biz ən aşağı səviyyə maaş alan kateqoriyada heç bir artıma rast gələ bilməmişik. Halbuki, dünya bazarlarında neft-qaz qiymətlərinin yuxarı olduğu və yaxud da normala qayıtdığı illərdə biz bəzən bir il ərzində iki dəfə minimum əmək haqqı artımına təsadüf etmişdik. Bu isə ilk baxışdan minimum əmək haqqı artımının qeyd edildiyi sosial yönümlülük təyinatından çox qlobal-iqtisadi axınlara uyğun olaraq baş verdiyinə dair təəssüratlar yaradır. Buna baxmayaraq, hökümət bu addımı son 1 ildə həddən artıq şiddətlənən qiymət artımları fonunda sosial müdafiəni gücləndirmək kimi məqamlarla əsaslandırır. Çünki, buna dair söz-söhbətlər də olduqca intensivləşməkdədir”- deyən iqtisadçı bildirib ki, bunun nə dərəcədə effektiv olacağını təxmin etmək çətindir. Bir neçə maraqlı məqam var: minimum əmək haqqı baxımından istinad edilən qida inflyasiyası ötən il 15 faiz olduğu halda minimum əmək haqqında artım 20 faiz, bu il isə qida inflyasiyası 20 faiz olduğu halda minimum əməkhaqqı 15 faiz artmış oldu. İqtisadçının fikrincə, digər bir nüans isə minimum əməkhaqqı artımının arealının təkcə bu çərçivədə maaş alan muzdlu işçilərlə məhdudlaşmamasındadır. Bir neçə ildir ki, əmək pensiyaları haqqında qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.
“Əgər vahid tarix cədvəli ilə əməkhaqqı alanları və pensiyaçı təbəqəni nəzərə alsaq, artımın əhatə dairəsinin iki dəfədən çox böyük olduğunu deyə bilərik. Bununla belə “sosial sığorta haqqında qanunun” 14-cü maddəsinə görə, sahibkarlıqla məşğul olan, mülkü müqavilə ilə çalışan və kənd təsərrüfatı təyinatlı torpağı olan bir qrup, öz məcburi sığorta öhdəliklərini minimum əməkhaqqına müvafiq qaydada yerinə yetirirlər. Məsələn, son artımdan sonra Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən sahibkar minimum əməkhaqqının 50 faizi qədər sosial sığorta ödənişi həyata keçirdiyinə görə, qərardan sonra onun ödədiyi məbləğ 22 manat 50 qəpik artacaq. Bu da böyük ehtimalla diffuziya effekti ilə qiymətlərin bir növbəti mərhələdə bir az da artmasına zəmin yaradacaq”-deyə iqtisadçı qeyd edib. O hesab edir ki, minimum əməkhaqqı artımında əgər məqsəd əhalinin sosial müdafiəsini nəzərə almaqdırsa, baxılan parametrlərdən biri bu məqam və həmçinin Türkiyə praktikasında da olduğu kimi minimum əməkhaqqının gəlir vergisindən azad olması məsələsi olmalıdır.
Qərar inkişaf etmiş ölkələrin təcrübəsi və "Azərbaycan-2020 gələcəyə baxış, inkişaf konsepsiyası"ndan irəli gələn minimum əməkhaqqı ilə orta aylıq əməkhaqqı arasındakı nisbətin 60 faiz həddinə çatdırılması istiqamətində atılan addım kimi dəyərləndirilə bilər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Bu gün, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27 |
|
|
|
• Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21 |
|
|
|
• ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07 |
|
|
|
• Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04 |
|
|
|
• “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58 |
|
|
|
• Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54 |
|
|
|
• İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53 |
|
|
|
• Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50 |
|
|
|
• Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47 |
|
|
|
• AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45 |
|
|
|
• Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43 |
|
|
|
• BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39 |
|
|
|
• Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33 |
|
|
|
• Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
• Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28 |
|
|
|
• İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25 |
|
|
|
• Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15 |
|
|
|
• 44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11 |
|
|
|
• "Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05 |
|
|
|
• Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01 |
|
|
|
• Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54 |
|
|
|
• Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52 |
|
|
|
• "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49 |
|
|
|
• VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41 |
|
|
|
• Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39 |
|
|
|
• “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35 |
|
|
|
• "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24 |
|
|
|
• "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13 |
|
|
|
• İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07 |
|
|
|
• Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04 |
|
|
|
• "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03 |
|
|
|
• Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00 |
|
|
|
|