Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                     Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... .....                     “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır .....                     Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir .....                     İcra başçısının keçmiş müavini vəfat etdi .....                     Xüsusi təyinatlılar Xocalıda: 1991 .....                     Ermənilərin xilas yolu... .....                     AMEA-da bir neçə institut ləğv olunub? .....                     Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ .....                     BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... .....                     Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir .....                     Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? .....                     Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır .....                     Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? .....                     İrəvan terrorizmə haqq qazandırır .....                     Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... .....                     44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… .....                     "Mən də oturmaq, gəzmək istəyirəm" .....                     Goranboyun Statistika İdarəsini əslində kim təmir edib .....                     Trampın əlindəki qançırın sirri .....                     Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? .....                     "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" .....                 

“Kreml hədələyici ritorikası ilə rəsmi Bakını qorxutmağa ümid edir” - Görünəni budur...
Tarix: 26-12-2022, 09:07 | Çap et
“Kreml hədələyici ritorikası ilə rəsmi Bakını qorxutmağa ümid edir”
Laçın dəhlizində baş verən hadisələr fonunda əvvəllər də anti-Azərbaycan bəyanatları ilə seçilən rusiyalı təbliğatçılar fəallaşıblar. Birinci olaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti (artıq keçmiş) Mixail Aleksandrov səsini qaldırdı. O, Rusiya təbliğat kanallarından birində çıxış edərək bəyan etdi ki, Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Rusiya Federasiyası Azərbaycana raket zərbələri endirməlidir.

“Biz raket atmalıyıq və Azərbaycanın bütün neft sənayesini və enerji sistemini tamamilə məhv etməliyik. Əgər biz onların neft sənayesini bombalasaq, onlar Qərbə neft sata bilməyəcəklər. Bu, neftin qiymətini xeyli artıracaq. Onların neft hasilatına, enerji sisteminə zərbə vurmaq lazımdır”.


Buna cavab olaraq, rəsmi Bakı Aleksandrov barəsində media vasitəsilə təcavüzkar müharibəyə açıq çağırışlar, terror aktları törədilməsi hədəsi və etnik ədavətin qızışdırılması maddələri ilə cinayət işi açıb.

Azərbaycan həmçinin, Aleksandrovun İnterpol xətti ilə həbsini tələb edir. Bakı, tərəfdaş ölkələrin müvafiq qurumlarına Aleksandrovun bu ölkələrin ərazisinə daxil olacağı təqdirdə onun ekstradisiyasını təmin etmək üçün sorğular göndərib.

Lakin məsələ bununla bitməyib. Növbəti şəxs tanınmış hərbi ekspert, Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının sədr müavini Konstantin Sivkov olub.

“Ukraynada 1000 kilometrlik cəbhə xətti ilə bağlı məsələni həll edəndən sonra Azərbaycanla məsələni də həll edəcəyik. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Rusiya rəhbərliyi və ümumilikdə ölkəmiz Azərbaycan liderlərinin Türkiyə və ABŞ-ın təklifi ilə hərəkət edərək Rusiyaya ciddi problemlər yaratmasını unutmayacaq”, – deyə Sivkov hədələyib.

Bir neçə gün sonra o, Azərbaycanın bombalanması ilə bağlı söylədiyi sözlərə görə hədələndiyindən şikayətlənməyə başlayıb.

“Mən artıq fiziki zorakılıqla, ailəmə qarşı zorakılıqla hədələnirəm. Azərbaycan diasporu açıq şəkildə bəyan edib ki, mənim başım üçün ov elan edib”, – deyə Sivkov şikayət edir. Ekspert, təhlükəsizlik qüvvələrinin onu öz ölkəsində “düşmən hədələrindən” xilas etməsi üçün Federal Təhlükəsizlik Xidmətinə müraciət etməklə hədələyir.

Dövlət Dumasının anti-Azərbaycan mövqeyi ilə məşhur olan bədnam deputatı Konstantin Zatulin də “ayılıb”. O, belə bəyanatla çıxış edib: “Mənim fikrimcə, Bakının hərəkətləri həm də Rusiya sülhməramlılarının regiondakı missiyasını ləkələmək və fəaliyyətini pozmaq cəhdidir. Görünür, Bakı güman edir ki, Rusiyanın Ukraynada Qərblə qarşıdurması Zaqafqaziyada təsir rolunu zəiflətmək üçün əlverişli məqamdır. Azərbaycanın belə düşünməsi üçün hələ tez deyildimi? Mən öz adımdan və Beynəlxalq “Lazarev Klubu” Şurası adından Dağlıq Qarabağın blokadasına son qoyulmasını tələb edirəm. Ümid edirəm ki, Rusiya Federasiyasının rəhbərliyi, diplomatları və hərbçiləri vəziyyəti normal axarına qaytarmaq üçün tutarlı dəlillər tapacaqlar. Gələcək və mümkün nəticələrə görə məsuliyyət tamamilə Azərbaycan tərəfinin üzərinə düşür”.

Təbliğatçıların bu fəallığının nə ilə bağlı olduğu çox maraqlıdır. Bu, belə demək mümkünsə, onların aşağıdan gələn şəxsi təşəbbüsüdür, yoxsa təbliğatçılar Rusiya hakimiyyətinin yuxarı hissəsində kiminsə tapşırığı ilə hərəkət edirlər? Və bu cür fəaliyyətin məqsədi nədir? Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq? Nə üçün? DİA.AZ bildirir ki, müstəqil siyasi ekspert Nəsimi Məmmədli Press Klubun suallarını cavablandırıb:

– Rusiya və Azərbaycan hakimiyyəti arasında münasibətləri normal hesab etmək olar. Eyni zamanda, 2022-ci il fevralın 22-də Moskvada Rusiya ilə Azərbaycan arasında imzalanmış 43 maddədən ibarət müttəfiqlik bəyannaməsi də dövlətlərarası münasibətlər baxımından dəyərləndirilməlidir. Hələlik hər iki hakimiyyətin bir-birinə müəyyən ehtiyacı var. İndi bu münasibətləri tamamilə korlamaq tərəflərin maraqlarına uyğun deyil. Məsələn, rəsmi Bakı hər zaman Kremlin maraqlarını nəzərə alan siyasət aparıb. Fərqli mövqe o zaman başa düşülə bilər ki, Azərbaycanın köklü maraqlarına ciddi təhlükə yaransın.

Rusiya hazırda Ukrayna ilə müharibəyə görə çox çətin vəziyyətdədir. Öz resursları get-gedə quruyur və kənardan könüllü dəstək vermək istəyənlər isə yoxdur. Bir çox sahələrdə “müttəfiqlərdən” maddi, hərbi və digər dəstək gözlənilir. Lakin onların əksəriyyəti Rusiya ilə Qərbin münaqişəsində Rusiya ilə yanaşı durmaq istəmir. Yəqin ki, Rusiyanın bağlı qapılar arxasında Azərbaycandan almaq istədiyi çox şey var.

Ukraynada qələbə ehtimalı azaldıqca Rusiya hakimiyyətinin aqressivliyi artır. Hətta normal münasibətləri olan dövlətlərlə belə, hədələyici ritorika ilə danışırlar.

Demokratik idarəetmə sistemi olmadığından Rusiyada bütün açıq informasiya və təbliğat resursları hakimiyyətin təsiri altındadır. Bu mənbələrdən gələn rəy və bəyanatların əksəriyyəti də dolayısı ilə hakimiyyətin mövqeyini ifadə edir. Putin hökuməti müəyyən səbəblərdən özünün açıq deyə bilmədiklərini ifadə etmək üçün “kənar dillərdən” istifadə edir.

Putin 2022-ci il noyabrın 22-də Soçidə Əliyevlə keçirilən son görüşdə Azərbaycandan istədiyini ala bilmədi. Rusiya sülhməramlılarına orada yaşayan ermənilərin “təhlükəsizliyini təmin etmək” üçün Qarabağda qalma müddətinin uzadılmasına icazə verilmədi. Bu, Rusiyanın Cənubi Qafqazda işğal siyasətinə son qoyacaq başlanğıc sayıla bilər.

Azərbaycan öz neft və qazından əlavə, son vaxtlar Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropa bazarlarına nəqli üçün Türkiyə ilə fəal işləyir. Rusiya da Qərbə əsas təzyiq alətlərindən birini itirilir.

Rusiya hökuməti indiki hərbi-siyasi şəraitdə Türkiyə və Azərbaycanla açıq hərbi münaqişəyə gedərsə, bu, ABŞ-ın maraqlarına daha çox xidmət edəcək. Ona görə də Kremlin Azərbaycana qarşı hərbi güc tətbiq etməsi real deyil. Lakin o, hədələyici ritorikası ilə rəsmi Bakını qorxuya salacağına ümid edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31
Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28
İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25
Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15
44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11
"Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05
Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…
Bu gün, 10:01
Trampın əlindəki qançırın sirri - Ağ Ev səbəbini AÇIQLADI
Bu gün, 09:54
Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52
"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39
“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru