ABŞ da sərhədə gəlir? - “Avropanın missiyası gəldi, nə etdi ki...”
Tarix: 10-12-2022, 08:53 | Çap et
 Amerika Erməniləri Assableyası ABŞ Prezidenti Co Baydenə çağırış edərək, regiona amerikalı müşahidəçilərin göndərməsini xahiş edib.
DİA.AZ qeyd edir ki, Amerika Erməniləri Assambleyası bunu “Azərbaycan və Türkiyənin aqressiyası və növbəti erməni genosidinin qarşısının alınması üçün” etdiklərini bildiriblər. Bayden administrasiyasının məsələyə reaksiyası məlum deyil. Bu, daha çox bir diaspor təşkilatının fərdi təşəbbüsüdür. Ancaq Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində siyasi aktivliyini artırmağa çalışan ABŞ-ın Avropa İttifaqı, ATƏT və Fransanın ardınca bölgəyə müşahidə missiyası göndərəcəyi də istisna edilmir.
Qeyd edək ki, Avropa İttifaqının və Fransanın Ermənistan-Azərbaycan sərhədinə göndərdiyi mülki missiyanın iki aylıq mandatı dekabrın 20-də başa çatır. Bununla əlaqədar Fransanın xarici işlər naziri Katerin Kolonna monitorinq qrupunun mandatını uzatmağı təklif edib. Ermənistan isə müşahidəçilərin fəaliyyətindən kifayət qədər razı deyil. Çünki rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq, mülki missiya Azərbaycan əleyhinə sərt tənqidi məzmunda hesabatlar hazırlamayıb. Ona görə də Ermənistan Azərbaycana qarşı təzyiqləri artırmaq üçün ABŞ-ı prosesə cəlb etmək istəyir.
Görünür, dekabrın 20-də avropalı müşahidəçilər bölgəni tərk edəcəyi təqdirdə, Ermənistan onları amerikalılarla əvəz etmək üzərində düşünür. Digər tərəfdən, Ermənistan-Azərbaycan sərhədinin “güzgü prinsipi” əsasında müəyyənləşməsi və həmin əraziyə Qərbdən, o cümlədən ABŞ-dan gəlmiş missiyanın yerləşdirilməsi təklifini Paşinyan hələ 2021-ci ilin əvvəlində təklif edib. Ancaq Fransadan fərqli olaraq ABŞ-ın müşahidəçilərinin Ermənistana, yəni KTMT-nin sərhədlərinə gəlişini Rusiya sakit qarşılaya bilməz.
Ona görə ermənilərin bu addımı Rusiya-Ermənistan münasibətlərində gərginliyə səbəb olacaq. Bu, Azərbaycan tərəfindən ABŞ-ın vasitəçi kimi bitərəflik prinsipini pozması kimi qarşılana bilər.
Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, sərhədə missiya cəlb etməklə Ermənistan özünü gülünc vəziyyətə salır:
“Avropanın missiyası gəldi, nə etdi? Hansı işləri gördü? Müşahidəçilər Azərbaycana hansı təzyiqləri göstərdi? Ümumiyyətlə, missiya regiondakı proseslərə təsir göstərmək imkanına malik deyil. Missiyanın funksiyalarının nədən ibarət olması və onun effektiv olması özü suallar doğrur. ATƏT-in müşahidə missiyasının fiaskosundan sonra Avropa İttifaqının və Fransanın missiyasını tələm-tələsik sərhədə gətirməklə Ermənistan özünü rüsvay etdi. Bu uğursuzluğun fonunda ABŞ missiyasının regiona çağırılması mənasızdır. Amerikalı müşahidəçilər gəlib nə edəcəklər? Ermənilər xarici missiyalarımn vasitəsilə Azərbaycana təzyiq göstərəcəklərini düşünürlərsə yanılırlar. Hesab edirəm ki, bu da real olmayacaq. Çünki nə ATƏT, nə Avropa İttifaqı və ya ABŞ ermənilərin əlində alət olacaq. Ermənilər onları Azərbaycana qarşı alət kimi istifadə etmək istəyirlər.
Amma görünür, ATƏT və Avropa İttifaqı monitorinq qrupunun üzvlərinə tapşırıq verir ki, Azərbaycan-Ermənistan mübahisəsində Ermənistanın tərəfindən çıxış etməsin və ehtiyatla davransınlar. Ona görə də ermənilər narazıdır. İndi Ermənistan çalışır ki, ABŞ-ın missiyası gəlsin və avropalıların etmədiyini onlar etsin. Lakin ABŞ da onların istəyini yerinə yetirməyəcək. Bu, Ermənistan rəhbərliyinin siyasi cəhətdən bisavad olduğunu göstərir”.
Ekspert bildirib ki, onlar real vəziyyəti anlamırlar:
“Vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı da eyni addımları atırdılar. Onlar bilirdilər ki, KTMT gəlməyəcək. Yenə də dəfələrlə müraciət edirdilər. ABŞ da missiya göndərmək istəsə, bunu çox güman ki, Azərbaycan tərəfi ilə razılaşdıracaq. Əgər onlar bunu razılaşdıra bilməsə və ya Azərbaycanın mənfi reaksiyası ilə üzləşsələr, o halda ABŞ-ın aqibəti Fransa ilə eyni olacaq. Yəni Azərbaycan belə vəziyyətdə ABŞ-ın vasitəçiliyi ilə Ermənistanla danışıqlar aparmaqdan ən azı ehtiyat edəcək.
Bu da ABŞ-Rusiya rəqabətində Vaşinqtonun xeyrinə deyil. Missiyanı göndərən tərəf başa düşür ki, konkret tərəf tutsa, onun vasitəçilik missiyası heçə enir. Bunu yalnız Emmanuel Makron başa düşmür. Təcrübə göstərir ki, bu cür yanaşmalar region üçün faydalı deyil. Xarici missiyaları bölgəyə doldurmağın mənası yoxdur. Onlar hər iki tərəfin məqbul hesab etdiyi vahid konsepsiya əsasında fəaliyyət göstərməlidir. Birtərəfli missiyaların heç bir xeyri yoxdur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prokuror Ağadadaş Ağayevin azadlığına “balta” vuracaqmı? - TƏFƏRRÜAT
Bu gün, 09:52 |
|
|
|
• "Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49 |
|
|
|
• VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41 |
|
|
|
• Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39 |
|
|
|
• “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35 |
|
|
|
• "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24 |
|
|
|
• "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13 |
|
|
|
• İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07 |
|
|
|
• Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04 |
|
|
|
• "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03 |
|
|
|
• Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00 |
|
|
|
• ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56 |
|
|
|
• "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52 |
|
|
|
• "Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50 |
|
|
|
• "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46 |
|
|
|
• “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44 |
|
|
|
• Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41 |
|
|
|
• `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38 |
|
|
|
• Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29 |
|
|
|
• Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26 |
|
|
|
• Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25 |
|
|
|
• Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20 |
|
|
|
• Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12 |
|
|
|
• Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11 |
|
|
|
• Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08 |
|
|
|
• Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06 |
|
|
|
• "Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02 |
|
|
|
• Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32 |
|
|
|
• Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31 |
|
|
|
• Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27 |
|
|
|
• Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16 |
|
|
|
• Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13 |
|
|
|
• İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03 |
|
|
|
• Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01 |
|
|
|
• Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55 |
|
|
|
• İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49 |
|
|
|
• Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47 |
|
|
|
• "Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40 |
|
|
|
• Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33 |
|
|
|
• Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24 |
|
|
|
• Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16 |
|
|
|
• Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01 |
|
|
|
• Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00 |
|
|
|
• Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51 |
|
|
|
|