İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                     Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası .....                     Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri .....                     Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? .....                     Sabah əfv komissiyası yenidən toplaşır .....                     Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? .....                     Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə .....                     Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… .....                     Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… .....                     Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                     Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": .....                 

“Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var?” - HƏQİQƏTƏN DƏ...
Tarix: 9-12-2022, 09:25 | Çap et
“Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var?”
Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Separatçı Araik Arutyunyan bir neçə gündür Fransadadır. O, səfəri çərçivəsində fransalı siyasilərlə, Paris meri ilə görüşdü, Senatda oldu, bu ölkənin dövlət telekanalına müsahibə verdi. Sizcə, erməni separatçısını Parisə çağıran Fransa hakimiyyəti nə etməyə çalışır?

- Əvvəla, biz baxmalıyıq ki, o, görüşləri hansı sifətlə və ya siyasi statusla keçirir. Əgər Arutyunyan Fransada keçirdiyi görüşlərdə və verdiyi müsahibələrdə qondarma qurumun rəhbəri kimi təqdim olunursa, təbii k, Azərbaycan buna sərt şəkildə cavab verməlidir. Fransaya nota verməlidir ki, Azərbaycan ərazisindəki separatçı qurumun başçısını “dövlət rəhbəri” kimi qəbul etmək olmaz.

Gələcəkdə ola bilsin ki, Arutyunyan Fransadan sonra Rusiya və ABŞ-a, hətta İrana da getsin və orada kimlərləsə görüşlər keçirsin. Şərt deyil ki, prezident olsun, məsələn, Nyu-Yorkun meri, Tehranın bələdiyyə sədri ola bilər. Bu kimi addımlarla Azərbaycan ərazilərindəki bu separatçı qurumun “legitimləşdirilməsi”nə çalışılır. Guya görüşüb nə imzalayacaqlar, nəyi razılaşdıracaqlar - bunların hamısı önəmsizdir. Əsas məsələ dünyanın siyasi dairələrinə verilən mesajdır. Azərbaycan separatçıların bu təbliğatına kəskin cavab verməlidir.

Ümumiyyətlə, Laçın yolunda belə şəxslərin giriş-çıxışı məhdudlaşdırılmalıdır. Hansı pasportla getdiyi araşdırılmalıdır, çox güman ki, Ermənistan pasportu ilə gedib. Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var? Düşünürəm ki, bunların hamısı araşdırılmalıdır.

Səhv etmirəmsə, Araik Arutyunyan İnterpolun axtarışına verilib. O, niyə saxlanılmayıb və Azərbaycana məlumat verilməyib? Hesab edirəm ki, prokurorluq orqanlarımız da bununla bağlı etiraz açıqlaması verməlidir.

- Molla rejimi Azərbaycana qarşı təxribatını davam etdirir. Rejimin bu dəfə Ermənistana raket kompleksləri hədiyyə etdiyi üzə çıxdı. Maraqlıdır ki, Tehran niyə Azərbaycanla münasibətlərini az qala qıra biləcək formada addımlar atır?

- Əslində, İran Azərbaycanla münasibətləri qırmaq istəmir. İran bölgədə varlığının ölüm-dirim savaşını aparır. İran başbilənləri düşünür ki, Azərbaycan regionda hazırkı formatda güclənməsi, Qarabağ problemini həll etməsi, bu məsələ üzərindən Rusiyadan asılılığının azalması, eyni zamanda Azərbaycanla münasibətləri fonunda Türkiyənin Cənubi Qafqazda güclənməsi Tehranın maraqlarına uyğun gəlmir. Çünki İran özünü beynəlxalq gücə çevirmək istəyir. Bunun üçün də ən azı regional güc olmalısan. Bölgədən də sıxışdırılırsansa, sən necə regional güc ola bilərsən?

Əslində, bölgədə beynəlxalq səviyyədə bir mübarizə gedir. İran da bu mürəkkəb situasiyada öz imicinin, özü haqda yaratdığı obrazın dərdindədir. Təbii ki, İran Türkiyənin Azərbaycanda və ya öz qonşuluğunda yerləşməsini də qəbul edə bilmir. İrana görə, bu, onun imici və rejimin gələcəyi üçün ölüm-qalım savaşıdır. Yəni rejim özünü düşündüyü üçün Azərbaycana qarşı belə aqressiv, təhdidkar davranış sərgiləyir, nə din qardaşlığına, nə qonşuluğa, nə də tarixi birliyə önəm verərək, açıq-aşkar, həyasızcasına özünü bütün İslam-Türk dünyasına düşmən elan etmiş ermənilərə dəstək verir.

İran öz imicinin hayındadır, amma bu davranışları onun imicini daha da bərbad hala salır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, biz öz ərazilərimizdən İrana qarşı istifadə olunmasına icazə verməyəcəyik. Amma artıq mən düşünürəm ki, İranın bu davranışı davam edərsə, Azərbaycan bu yanaşması üzərində yenidən fikirləşməlidir.

- Bəs Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi və ya ittifaqı ölkəmizə qarşı olan dövlətləri çəkindirəcək qədər güclənibmi?

- Belə olduğunu düşünürəm. Artıq sərhədlərimizdə Türkiyə ilə hərbi təlimlər keçiririk, çay üzərində körpü salıb tankları, xüsusi təyinatlıları keçiririk. Bu, birbaşa İrana cavab mesajı idi.

Xatırlayırsınızsa, onlar da guya Azərbaycanla sərhədlərində təlim keçirmişdilər, çay üzərinə körpü atmışdılar. Yaxud bir gündə başda müdafiə naziri olmaqla Türkiyənin hərbi elitasının bütün üzvləri Azərbaycana səfər etdilər, prezidentlər görüşdülər, türk ordusunun F-16-ları ölkəmizə gəldilər. Bu gün artıq çox rahatlıqla deyə bilərik ki, Türkiyə-Azərbaycan müttəfiqliyi iki dövlət – bir ordu səviyyəsinə gəlib çatıb.

Təbii ki, bu da Fransanı, Rusiyanı və İranı təşvişə salır. Bəziləri Azərbaycana, bəziləri də Türkiyəyə görə təşviş keçirirlər. Türkiyənin regionumuzda güclənməsi, öz geosiyasi nüfuzunu daha da genişləndirməsi və bu fonda qlobal aktor olmaq yolunda irəli addımlaması İran, Rusiya və Fransanın marağında deyil.

Düşünürəm ki, Türkiyə-Azərbaycan müttəfiqliyini daha da dərinləşdirmək olar. Zənnimcə, indiki hədd son hədd deyil, bundan da irəli getmək olar: təkcə hərbi yox, iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə. Kifayət qədər imkanlar var ki, bunlardan istifadə etmək, yaxınlaşmanı daha da dərinləşdirmək lazımdır.

- Fransa və İranla yanaşı, son zamanlarda Rusiyanın ərazilərimizdəki sülhməramlılarının davranışları da Azərbaycanda etiraz yaradır. Sülhməramlıların jurnalistlərimizi Xocalıya buraxmaması isə səbr kasasını daşıra biləcək addım oldu. Ruslar nə etməyə çalışırlar və ya onların sülhməramlıları niyə bölgədə özlərini ermənilərin qulluqçuları kimi aparırlar?

- Son gəlişmələrdən bu oldu ki, Rusiya hərbçiləri sıravisindən tutmuş generalınadək yerləşdikləri ərazilərin Azərbaycana məxsus olduğunu unudublar. Ya da regiona gələndə o düşüncədə olmayıblar ki, biz Azərbaycan ərazilərinə gəlirik. Onlara elə gəlir ki, buralar “erməni əraziləri”dir və oranı da azərbaycanlılardan müdafiə edirlər.

Jurnalistələrimizin və Ekologiya Nazirliyinin əməkdaşlarının sülhməramlılar qarşısındakı duruşlarını təqdir edirəm. Sıravi rusdan tutmuş Şoyqu və Putinədək hər kəs bildi ki, bu ərazilər azərbaycanlılarındır, lazım olanda da lazımi müdaxilələri etməyi bacarırıq. Düşünürəm ki, son hadisələrdən sonra rus hərbçiləri sülhməramlı kimi üzlərini itirmiş sayılırlar.

Sülhməramlılar bitərəf olur və qarşıdurmaların qarşısını almasına və ya belə bir zəminin yaranmamasına çalışırlar. Amma görünən bu oldu ki, Rusiya bitərəf deyil, ermənilərin mövqelərini müdafiə edir və onların Azərbaycan ərazilərindəki separatçı fəaliyyətlərinə dəstək verir, eyni zamanda bizim öz ərazilərimizdə suverenliyimizi bərpa etməyimizə maneə yaradır.

Azərbaycan bütün bunların hamısını əsas gətirərək, bütün beynəlxalq təşkilatlardan, BMT və digərlərindən tələb etməlidir ki, Rusiyanın ərazilərimizi tərk etməsi üçün lazımi siyasi addımları atsınlar. Əgər Rusiya öz hərbçilərini yerləşdirdiyi əraziləri başqasınınkı hesab edərsə, o zaman Azərbaycan növbəti 44 günlük müharibəsini başlatmalıdır və ərazilərini qeyrilərinin silahlı qüvvələrindən təmizləməlidir.

İstər fars, istər erməni, istər rus, istərsə də fransız olsun – kim olur-olsun... Azərbaycan bütün torpaqlarında suverenliyini bərpa etməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin azalıb
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru