“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… .....                     "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi .....                     "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." .....                     Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                     Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası .....                     Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri .....                     Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? .....                     Sabah əfv komissiyası yenidən toplaşır .....                     Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? .....                     Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə .....                     Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… .....                     Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… .....                     Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                 

Üçüncü müharibə realdır – Pənah Hüseyn
Tarix: 9-12-2022, 09:16 | Çap et
Üçüncü  müharibə realdır
DİA.AZ Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Həftə içi”nə müsahibəsini təqdim edir:

- Xankəndidə olan ermənilərin Azərbaycan Dövlətinə inteqrasiyasına nail olmaq üçün QHT nümayəndələri sülhməramlıların iştirakı ilə həmin ərazilərə səfərlər etməlidir. Necə hesab edirsiniz, QHT-lərin bu ərazilərə gedib danışıqlarda iştirak etməsi hansı effekti verə bilər?

- Azərbaycan QHT nümayəndlərinin Xankəndinə gedib erməni vətəndaşları ilə görüşünün əleyhinəyəm. Hesab edirəm, indiki reallığın əsas prioritet istiqaməti bu deyil.

Azərbaycan müharibədəki qələbədən sonra Ermənistanla sülhün bağlanması, münasibətlərin normallaşması, istərsə də Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiyası və bu prosesdə sülhyaratma, nizamlanma işi getməlidir. Düşüncəmə görə, real durumda prioritet hərbi-siyasi yol olaraq qalır. Qarabağda hələ 10 mindən yuxarı “Arsax” terrorçu qruplaşması var. Belə bir vəziyyətdə xalq diplomatiyası, yaxud siyasi partiyaların bu prosesə cəlb olunması həlledici əhəmiyyətə malik ola bilməz. Hələ indiki vəziyyətdə bu məsələnin həlli dövlətlərarası münasibətdən və silahlı qüvvələrdən, təhlükəsizlik orqanlarından daha çox asılıdır. Təsadüfi deyil ki, II Qarabağ müharibəsindən sonra yaranan gərginlik fonunda III müharibə də istisna olunmur. Qarabağda olan separatçı qüvvələrin nəinki aradan qaldırılması, “erməni silahlı qüvvələr” adı altında onların oradakı Rusiya sülhməramlılarının mühafizəsi və himayəsi altında daha da möhkəmlənməsi istiqamətində addımlar müşahidə olunur. Bu, Azərbaycan cəmiyyətində çox ciddi narahatlıq doğurur və regional təhlükəsziliyi təhdid edən hadisə kimi meydana çıxır.

Bu yaxınlarda Qarabağa silah daşınması haqqında məlumatlar, İran İslam Respublikasından Qarabağa terror məqsədilə desant qrupunun göndərilməsi 2020-ci il 9-10 noyabr sazişinin ziddinə olaraq, “Laçın dəhlizi” adlanan keçiddən erməni əhalinin təkcə Ermənistanla humanitar əlaqəsini yox, faktiki olaraq yeni müharibə hazırlığı, qeyri-humanitar addımlar üçün istifadə olunduğu üzə çıxır. Digər tərəfdən, Ermənistanın özünün siyasəti faktiki olaraq vaxt qazanmaq, bu vəziyyəti uzatmaq və imkan, şərait yaranarsa, Azərbaycana qarşı yeni təcavüzün başladılması olduğunu gizlətmir. O baxımdan əsas xətt hərbi-siyasi yol olaraq qalır. Elə etmək lazımdır ki, xalq diplomatiyası ümumi sülhün bərqərar olmasına, iki dövlət arasında münasibətlərin normallaşmasına, daha açıq desək, Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmasının əleyhinə işləməsin.

Digər tərəfdən, bu proses regional və qlobal prosesdən asılı vəziyyətə düşüb və açığı, onun təsiri altındadır. Bu məsələnin həlli, proseslərin gedişi Rusiya-Ukrayna müharibəsinin təsiri altındadır. Həmin savaşın Cənubi Qafqaza, indi isə Yaxın və Orta Şərqə keçməsi haqqında məlumatlar var. Bu münasibətlər iki dövlət, hətta Cənubi Qafqaz dövlətləri arasında məhdudlaşmır. Azərbaycan-Türkiyə hərbçilərinin cənubumuzdakı hərbi təlimləri, Türkiyə müdafiə nazirinin “Şuşa Bəyannaməsi bizim bir millət – bir dövlət olduğumuzu və bunun bir mesaj olduğunü göstərir” deməsi sözgəlişi deyil. İran tərəfindən Azərbaycana qarşı təcavüzkar münasibət gizlədilmir. Bu fonda dediyiniz xalq diplomatiyasının təsir imkanları xeyli dərəcədə zəifdir. Azərbaycan Silahlı Qüvvələri məsələlərdə həlledici rol oynamada davam edir. Özümüzü aldatmayaq, hələlik aralıq vəziyyətdəyik və bütün istiqamətlərdə üsullardan istifadə etməliyik.

- Dekabrın 3-də Laçın-Xankəndi yolu ilə hərəkət edən erməni maşınları qısa müddətdə tıxacda qaldı. Səbəb sülhməramlıların Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrini həmin ərazidə mədənlərin qeyri-qanuni istismarı ilə əlaqədar monitorinq keçirmək üçün ərazilərə buraxmaması idi. Qarabağda sülhməramlıların gözü qarşısında torpaqlarımız istismar edilir və bizi ərazilərimizə qoymaq istəmirlər, çıxış yolu harada axtarılmalıdır?

- Qarabağda Azərbaycanın təbii sərvətləri 30 ildir talanır. Orada xarici şirkətər qeyri-qanuni fəaliyyət göstərirlər. Bu gün Azərbaycan tərəfinin monitorinq tələbi və yolda yaranan gərginlik ermənilərdə yüksək isterikaya səbəb oldu. Doğrusu, bu, Ermənistan cəmiyyətinin kollektiv şəkildə şizofreniyaya tutulmasını bir daha göstərdi. Ermənilər hay-küy salıb “genosid”, guya terorçu dəstələrin yolu keçməsindən danışırdılar. Ermənilər onları xaricdə təlim keçmiş xüsusi təyinatlılar, diversant dəstələr kimi təqdim edib hay-küy saldılar. Təbii ki, bu, xəstə erməni xislətidir. Bizim məlum nazirlikdə işləyən adamların adı da məlumdur, vəzifələri də. Buna baxmayaraq, bunu dövlət orqanlarımız tərəfindən həyata keçirilən uğurlu əməliyyat hesab edirəm. Şübhəsiz bu, davamlı olmalıdır.

Məlumata görə, həmin monitorinqin aparılmasına razılıq verilib, sonra yeni rezonanslı hadisə ortaya çıxdı ki, sülhməramlılar Laçın yolu sərhədində gömrük postu qoyacaq. Sonra bu təkzib olundu ki, sadəcə, Rusiya sülhməramlılarının özlərinin nəzarətində olacaq girib-çıxan maşınları yoxlamaq üçün skayner texnikası olacaq.

Laçında 5 kilometrlik ərazinin Ermənistan – Azərbaycan sərhədi olan hissəsində mütləq bizim sərhədçilərimiz gömrük xidməti qurulmalı, orada Azərbaycan Bayrağı dalğalanmalıdır. Sərhədin Rusiya sülhməramlılarının nəzarəti altında olması ilə bağlı bizim müqaviləmiz yoxdur. 10 noyabr sazişində yazılıb ki, 5 kilometrlik ərazidə Rusiya sühməramlıları təhlükəsizliyi təmin edir və Qarabağ ermənilərinin maneəsiz gedib-gəlməsinə nəzarət etməlidir. Bizim sərhədimiz heç bir halda öz nəzarətimizdən kənara qoyula bilməz.

– Bu məsələdə Rusiya ilə hansısa bir aydınlaşmaya ehtiyac var?

- Rusiya faktiki olaraq münaqişə ocağının qorunub-saxlanmasını təmin edir. Sülhməramlıların bizim ərazimizdə mövcudluğu Rusiya üçün bəhanədir və bunu axırıncı ana qədər əlindən verməyəcək. Hesab edirəm, riskli görünən hərbi əməliyyatlar davamlı olunmalıdır. Laçında təkcə bizim Ekologiya Nazirliyinin əməkdaşları görünməli deyil. Bilirsiniz ki, iki gün əvvəl Rusiya-Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşü keçirildi. Məzmun tam açılmadı, amma Lavrovun belə bir açıqlaması oldu ki, sülh müqaviləsi istiqamətində danışıqlar davam edir, sülh müqaviləsi Avropa deklarasiyasına uyğun olaraq hazırlanmalıdır.

Bu gün sülh müqaviləsi istiqamətində Qərblə Rusiyanın müharibəsi gedir. Bu mənada sülh müqaviləsi ilə bağlı yeni görüşün keçirilməsi istisna edilmir. Bu görüş Moskvada olmalıdır. Hər halda Rusiyanın sülhməramlıların bu istiqamətdəki rolu ikibaşlı olaraq qalır. Konkret olaraq hazırda Rusiyanın əvvəlki kimi “Dağlıq Qarabağın statusu gələcək nəsillərə qalsın” yanaşmasının mümkün olmadığı ilə bağlı təəsüratı var. Amma Rusiyanın mövqeyi məlum olduğuna görə, bu məsələdə optimist olmağa da əsas yoxdur. Müxtəlif modellər düşünülür. Bunlardan biri “Qarabağın Azərbaycanın tərkibində tanınması və ərazinin uzun müddət təhlükəzilik təminatı üçün Rusiya sülhməramlılarına mandat verilməsi”. Ərazinin “Rusiyaya arendaya verilməsi haqqında” məlumatlar da var. Lakin bizim qarşımızda dayanan tələb odur ki, Azərbaycan məsələni 2025-ci ilə qədər həll etməlidir. Ya ermənilər Azərbaycan vətəndaşı olaraq Xankəndidə yaşamalı, yaşamaq istəməyənlər çıxıb getməlidirlər. Azərbaycana, dövlət quruluşuna, insanlarımızın təhlükəsizliyinə təhdid yaradan terrorçu fəaliyyətdə olan qruplar da zərərsizləşdirilməlidir. Bunu da hərbi əməliyyatların başlanması, terror, xüsusi təyinatlı qüvvələrin əməliyyatları ilə həll etmək olar. Ona görə də üçüncü müharibənin olması mümkündür. Revanşist qüvvələrin Qarabağda fəaliyyətini davam etdirməsi onlar üçün daha ağır nəticələrə səbəb ola bilər.

– “Müharibə başlaya bilər, hərbi əməliyyatlar” deyiləndə, dərhal qarşıya sülhməramlıları qoyurlar. “Rusiyanın Qarabağda özünün hərbi bazasını yaratmaq istəyi” görünürmü?

– Bəzi əməliyyatları sülhməramlılarla atəş təmasına keçmədən də həyata keçirmək mümkündür. Biz bunu Qarabağda keçirilən bir sıra hərbi əməliyyatlarda müşahidə etdik. Digər tərəfdən, Rusiya Qarabağda hərbi baza yaratmaq istəyini açıq şəkildə ortaya qoyub. Rusiya sülhəramlılarının Qarabağa gəlməsi hər hansı hüquqla təsbit olunmayıb. Azərbaycan da ona mandat verib, qanuniləşdirməkdən imtina edib. Rusiya orada əbədi qalmaq istəyir. Amma unutmayaq ki, region məsələsi təkcə Rusiyadan asılı deyil. Bütün məsələlər bu gün Ukraynada həll olunur. Azərbaycana qarşı müharibə açmaq həm də faktiki olaraq Türkiyə ilə müharibə deməkdir. Rusiya Ermənistana görə Azərbaycan və Türkiyə ilə müharibəyə gedərmi? Demək olmaz ki, bu, heç vaxt olmaz. Hər halda, ehtimal azdır. Mürəkkəb prosesdir. Bizim mənafelərimiz qeyri-müəyyənliyi, təhlükəsizliyə təhdid yaradan məqamların aradan qaldırılmasını zəruri edir.

– Türkiyə-Azərbaycan birgə hərbi təlimləri fonunda aparılan müzakirələrdə Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi önə çəkilir. Hesab olunur ki, bununla da qardaş ölkə ilə hərbi əməkdaşlıq daha yüksək səviyyəyə qaldırıla bilər. Rusiya ilə Türkiyə bu məsələdə hansı razılığa gəlib?

- Gəlin özümüzü aldatmayaq. Faktiki olaraq Türkiyə hərbisi Azərbaycandadır. Şuşa Bəyannaməsi də bunun hüququ əsasıdır. Əslində, buna razılaşmayan Rusiya olsa da, nəhayət qəbul edib. İran da buna qarşı tərpəndi.

Bu gün Türkiyə Xəzər dənizində hərbi baza yarada bilmir və bu, müəyyən hüquqi problemlərlə bağlıdır. Hesab edirəm ki, Azərbaycan Türkiyənin Aralıq dənizi sularında bir dəniz bazasına malik ola bilər. Aralıq hərbi dəniz bazasını arendaya götürə bilər.

Bu gün Azərbaycanın bütün yaşayış məntəqələrində, şəhid məzarlarında həm də Türkiyənin bayraqları var. Sadəcə, bu əlaqələr dərinləşdirilməlidir. Bütün sahələr üzrə Türkiyə ilə inteqrasiyaya gedilməlidir. Hər halda, 2023-cü ildə bu istiqamətdə müəyyən müsbət dəyişikliklər görəcəyik.

– İranla münasibətlərdə 2023-cü ilə hansı dəyişiklik gözlənilir?

– İran-Azərbaycan münasibətlərində müəyyən qırmızı xətlər artıq keçilib. Düzü, yenidən heç nə olmamış kimi, İran-Azərbaycan münasibətlərinin normallaşmaya qayıdışını tez zamanda gözləmirəm. İranın Azərbaycana, Türkiyəyə, Ermənistanla münasibətdə apardığı siyasətində dəyişikliklər olmasa, hətta daxilindəki vəziyyətlə bağlı islahatlara getməsə, məsələlərin əvvəlki məcraya qayıtması mümkün deyil. İran–Azərbaycan münasibətləri heç nə olmamış kimi, üstüörtülü vəziyyətə qayıtmalı deyil. İranda azərbaycanlıların, təhsil, dil, təhlükəsizlik məsələləri önə çəkilir və bu istiqamətdə Azərbaycan və Türkiyə özünün mövqeyini ortaya qoydu. Mən İrana münasibətdə indiki kursun davam etdirilməsinin tərəfdarıyam. Azərbaycan elə bir mərhələdədir ki, özünün mövcudluğu üçün maraqları zonası müəyyən edilməlidir. Bu maraqlar İran coğrafiyasına keçir. Orada baş verən proseslər bizim üçün hansısa xarici ölkədə baş verən hadisə deyil. Bizim təhlükəsizliyimiz və digər məsələlərlə bağlıdır.

– Azərbaycan daxilində cərəyan edən proseslər mövcud gərgnliyə nə dərəcədə adekvatdır?

- Azərbaycanın daxilindəki bir sıra məsələlər qeyri-müəyyəndir. Belə düşünürlər ki, məsələn, Naxçıvan hadisələri fonunda, daxildə radikal dəyişikliklərdən, reformlardan çəkinmək lazımdır. Hesab edirəm ki, daxili-siyasi məsələlərdə dərinköklü dəyişikliklərdən çəkinmədən buna gedilməlidir. Bizə qarşı Ermənistanın təcavüzünün əsas səbəblərindən biri də Azərbaycanda daxildə olan problemlərdir. Həlli mümkün olan məsələləri həll etmək lazımdır ki, düşmənin əlinə bəhanə verilməsin. Biz bunun əksini görürük.

Deyək ki, bu gün “Siyasi partiyalar haqqında qanun layihəsi” yersiz bir dövrdə ortaya atılıb. Milli birlik istiqamətində müşahidə olunan son illərdəki meyilləri dərinləşdirmək əvəzinə, bu məsələ gərginlik yaradır. Digər tərəfdən, siyasi plüralizmin və çoxpartiyalılığın formalaşması istiqamətində ciddi addımların atılması dövründə siyasi partiyalar üçün əlavə məhdudiyyətlər yaradılması təhdidlər meydana gətirir. Ciddi islahatlara gedilməlidir, “Siyasi partiyalar haqqında” qanun layihəsində gərginlik yaradan müddəalar həll edilməlidir, ölkədə konstitusiya dəyişikliklərinə gedilməlidir. Bu zaman Azərbaycan bir sıra qlobal, beynəlxaq proseslərin obyekti olmaqdan çıxacaq. Düzdür, bu istiqamətdə xeyli irəliləyiş var. Lakin dünya bölüşdürülür. Belə bir vaxtda biz bölüşdürülən tərəf deyil, bölüşən tərəf ola bilərik. Yeni situasiyada, dünyanın yenidən şəkillənməsində iştirak edə bilərik. Azərbaycan böyümə mərhələsinə daxil olmalıdır. Bu böyümənin qarşısı alınmazdır. Hər birimizin ciddi fədakarlığına ehtiyac var. Panikaya düşməyə ehtiyac yoxdur. Gələcəkdə milli iradə ortaya qoymaqla buna nail olacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru