"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" .....                     VAR... amma YEYƏ BİLMİR... .....                     Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq .....                     “Armudbaş”, “hinduşkabaş”, “həşərat”… .....                     "Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi .....                     "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." .....                     Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                     Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası .....                     Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri .....                     Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? .....                     Sabah əfv komissiyası yenidən toplaşır .....                     Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? .....                     Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə .....                     Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… .....                     Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… .....                     Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                 

"Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var" - deputat
Tarix: 2-12-2022, 08:58 | Çap et
"Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var"
DİA.AZ Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin “Həftə içi”nə müsahibəsini təqdim edir:

- Razi bəy, Azərbaycanın dövlət lideri Ermənistanın Fransanı danışıqlar prosesinə qatmaq şərtinə cavab olaraq dekabrın 7-də keçirilməsi nəzərdə tutulan V Brüssel görüşündən imtina etdi. Ermənilərin sülh masasına oturması üçün Avropa İttifaqından hansı təsirlərin göstərilməsi mümkündür?

- Fransanın danışıqlar prosesinə təsiri və onun Azərbaycan üçün yarada biləcəyi təhlükə o qədər də güclü deyil. Fransanın Ermənistanı birtərəfli qaydada müdafiə etməsiı danışıqlar prosesinə zərbə vurmaqla yanaşı, həm də sülh prosesini ləngidir, Ermənistanı Azərbaycanla sülh müqaviləsi bağlamaqdan uzaqlaşdırır. Fransa Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına çalışsaydı, Ermənistana birtərəfli qaydada dəstək verməməli idi. Ermənistan 44 günlük müharibədəki məğlubiyyətdən sonra sülh müqaviləsi bağlamağa hazır idi. Paşinyan, erməni siyasətçiləri içərisində daha doğru düşünə və reallığı görə bilən siyasətçi idi. Onu bu yoldan Fransa daşındırdı. Paşinyanı sülh yolundan daşındırmaqla həm də Ermənistana problem yaratmış oldu. Birinci zərbəni Ermənistan 12-13 sentyabr tarixlərində aldı. Orada həlak olan erməni əsgərlərinin tam sayı bilinmir və cəsədləri də Ermənistan tərəfə tam olaraq verilməyib. Yəni Qafqazlardan min kilometrlərlə uzaqda yerləşən Fransanın bu gün Cənubi Qafqaza bu şəkildə müdaxilə etməsi bölgədəki sabitliyi bütövlükdə pozur. Fransa bu niyyətlərindən nə qədər tez geri çəkilsə, bir o qədər Cənubi Qafqazda, o cümlədən Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin və sabitliyin yaranmasına səbəb ola bilər.

Digər tərəfdən, Rusiya bu məsələlərə maneçilik yaradır. Rusiya sülhməramlılarının Qarabağda hansı fəaliyyət göstərdiyinin, birtərəfli qaydada Ermənistanın tərəfini tutduğunun şahidi oluruq. Bu gün Azərbaycan elə zəif ölkə deyil ki, nə Rusiyanın, nə də ki, Fransanın önündən çəkilsin. Bu baxımdan Fransa və Rusiya Azərbaycanla Ermənistan arasında sülh istəyirsə, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirsə, Ermənistanı birtərəfli qaydada müdafiə etməkdən çəkinməlidir. Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onların Azərbaycana qarşı hərəkətləri həm də öz öhdəliklərinə əməl etməmək və beynəlxalq hüququ ayaqlar altına alıb tapdalamaq anlamına gəlir.

- Ermənistan sərhəddə atəşkəsi pozmaqda davam edir. Vəziyyət müharibə – antiterror əməliyyatını və Laçın yolunun bağlanmasını, nəzarətə götürülməsini nə dərəcədə zəruri edir?

- Laçın dəhlizi 2020-ci il 10 noyabr razılaşmasından irəli gələn məsələdir. Ermənistan Azərbaycanın humanitar dəhliz kimi onlara təqdim etdiyi Laçın yolu vasitəsilə xain məqsədlər üçün separatçı qüvvələrə silah daşıyır. Onların Azərbaycanın suveren ərazisi olan Xankəndiyə bu humanitar dəhlizdən silah daşımaq üçün istifadə etməsi Azərbaycana tam hüquqi əsas verir ki, Laçın dəhlizini bağlasın. Hələ ki, Rusiya tərəfi buna təzyiq göstərir və razılaşmır. Rusiyanın Laçın dəhlizindən silah daşımaq, orada olan qanunsuz hərbi birləşmələrin güclənməsi üçün bir resurs kimi istifadə etməsi Azərbaycan tərəfinin gözündən qaçmır. Bu da rus sülhməramlılarını və Rusiyanı bir vasitəçi kimi gözdən salır. Ona görə də Azərbaycanın bu saniyə belə Laçın dəhlizini bağlamaq hüququ var. Ümid edirəm, Azərbaycan bu hüququndan istifadə edəcək. Bizim bilmədiyimiz məqamlar ola bilər. Azərbaycan Prezidenti bu məsələlərlə bağlı daha çox məlumatlıdır. Ümid edirəm, Azərbaycan xalqının və siyasi qüvvələrin dəstəyini alaraq, bu qərarı da verəcək.Cənab Prezidentin yanında dayanıb onu müdafiə edəcəyik.

- Rus hərbçiləri toponimlərimizin adını erməniləşdirir. Bununla bağlı Müdafiə Nazirliyi səviyyəsində bir neçə xəbərdarlıq da olub...

- Rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti bizi qane etmir. Onların özbaşına hərəkət etməsi, bu əraziyə bir rus ərazisi kimi baxması, separatçı qüvvələrin tərəfini tutması, təbii ki, Azərbaycan insanlarını, Azərbaycan tərəfi narahat edir. Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı məlumatlar yayılan zaman Qarabağda yerləşən və hazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan ermənilərin yaşadıqları ərazilərin ermənilərin qoyduğu uydurma erməni adları ilə yox, Azərbaycan toponimləri, adları ilə adlandırılmasını tələb etməsi də qulaqardına vurulur. Rusiya Müdafiə Nazirliyinin bu hərəkəti başadüşülən deyil, bu, Azərbaycan tərəfində qəzəb doğurur və bizi birtərəfli addım atmağa vadar etmək məqsədi daşıyır. Rusiya bilsin ki, Azərbaycan heç də tək deyil. Azərbaycan Prezidentinin də dediyi kimi, Türkiyə Ordusu Azərbaycan Ordusudur, Azərbaycan Ordusu da Türkiyə Ordusudur. Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın suverenliyinə hörmət etməlidir. Rusiya Prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycan ərazisidir və Azərbaycan öz ərazisində müharibə aparır” sözünü də unutmamalıyıq. Rusiya Azərbaycanın ərzi bütövlüyünü tanıyır. Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Azərbaycanın qəbul etdiyi toponimlərdən istifadə etməlidir. Bu bizə əsas verir ki, bu gün həssas durumda olan, qanunsuz hərəkətlər edən və müxtəlif millətlərin respublikalarından ibarət olan Rusiyaya analoji addım atsın. Azərbaycan ona qarşı bu addımı atarsa, Rusiya bundan xoşlanmayacaq. Rusiya bizə hörmət etməsə, biz də Rusiyaya hörmət etməyə borclu deyilik.

- Ermənistan Zəngəzur yolunun açılması ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu istiqamətdə İranın təsirlərini, ölkəmizə qarşı sərgilədiyi aqressiyanı necə dəyərləndirmək olar?

- Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməsə, Azərbaycan birmənalı olaraq Laçın dəhlizini bağlamalıdır. Azərbaycan tərəfi hazırda bu məsələləri düşünür, götür-qoy edir. Hələ də Laçın dəhlizini bağlamaması müəyyən obyektiv və subyektiv səbəblərə bağlıdır. Həmin obyektiv və subyektiv səbəblərin aradan qalxması ilə bağlı müəyyən işlər aparılır.

Bu gün ermənilər rus sülhməramlılarına güvənib təxribatlara əl atır və Zəngəzur dəhlizini açmaq istəmirlər. Təbii ki, Ermənistan əl-qolunu sallayıb Qarabağa gələ bilməz. Bu, Azərbaycanın müstəqilliyinə həqarətdir, Azərbaycan xalqına təhqirdir. Heç bir güzəşt ola bilməz. Azərbaycan Ermənistanın ərazisinə hücum edib Göyçə gölünü, Zəngəzuru, ümumiyyətlə öz qədim ərazilərini işğaldan azad edə bilər. Azərbaycanın buna hərbi gücü, siyasi iradəsi də var. Bu, təbii ki, Ermənistanın və onu müdafiə edənlərin xoşuna gəlməyəcək. Azərbaycanın da xoşuna gəlmir ki, işğalçı Ermənistan ərazilərimizi işğalda saxlasın, separatçıları, terroristləri Azərbaycan ərazisində, Xankəndidə saxlasın. Bu, birmənalıdır. Ona görə də Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də yoxdur.

İrana gəlincə, İranın müsəlman kimi deyil, xristian kimi hərəkət etməsi, Paşinyanı Quranın altından keçirməsi, Quranla qarşılaması İslam dininə təhqirdir. Bütün bu hərəkətlər İran İslam Respublikasına bağışlanmayacaq. Azərbaycan dövləti İrana hörmətlə yanaşıb, İranın milli maraqlarına hörmət edib, İranla dostluğunu davam etdirmək istəyib. İran Azərbaycanla bütün körpüləri yandırdı, yandırır və yandırmaqda davam edir. Başqa yolumuz yoxdur, əgər onlar körpüləri yandırdısa, bizim o körpünü bərpa etmək niyyətimiz yoxdur. Biz 30 ildə onu çox bərpa etmişik, İran isə yenidən yandırıb. İran körpüləri yenidən tikmək istəyəcəksə, barış əlini uzadacaqsa, günahını boynuna alacaqsa, İslam dövləti, müsəlman dövləti kimi hərəkət edəcəksə, o zaman biz düşünə bilərik. İranın bu gün Azərbaycana təsir etmək imkanları, Azərbaycanı işğal etmək, Azərbaycana hücum etmək imkanları sıfıra bərabərdir. İran ağılsız hərəkət edərsə, qarşısında Azərbaycan Ordusunu görəcək; “F-16”larını, “F-35”ləri qarşısında görəcək. Bakıdan İrana olan uçuş məsafəsi 550 kilometrdir. İsrail də İranın nüvə obyektlərinə raketlərlə zərbə vurmaq üçün məkan axtarışındadır. Ümid edirəm, İran elə səhv etməyəcək ki, Azərbaycan bu imkanı İsrailə yaratsın..

- Azərbaycanın daxilində ictimai təşkilatların dialoqu və yeni siyasi konfiqurasiyanın qurulması istiqamətində atılan addımlar mövcud şəraitlə nə dərəcədə adekvatdır?

- Azərbaycandakı ictimai-siyasi qüvvələrdən müxtəlif düşmən qüvvələr istifadə etməyə çalışıb və buna nail olub. İctimai-siyasi təşkilatlarımızdan, siyasi partiyalarımızdan istifadə edən, onları öz tərəfinə çəkə bilən İran və Rusiya olub. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən bu cəhdlərin qarşısı alınıb. Azərbaycanda siyasi partiyalar və qanunvericilik orqanları ilə iş şöbəsinin yaradılması bu məsələlərdə nizam-intizamın yaradılmasına səbəb olub. Bu şöbə Azərbaycandakı vətənpərvər, dövlətçi qüvvələri, eyni zamanda, xain qüvvələri aşkara çıxartdı. Hazırda kimin azərbaycançı, dövlətçi olduğunu, kimin də xarici qüvvələrin əlində alət olduğunu bilirik. Bu gün görürük ki, hansı qüvvələr İranın və digər ölkələrin Azərbaycana qıcadığı dişi sındırmağa çalışır, onlara qarşı çıxış edir, onları tənqid edir... Hansı qüvvələr isə kənarda qalır, ikili oyun oynayır və yaxud dəstəyini birbaşa həmin düşmən qüvvələrə ifadə edir. Bu o deməkdir ki, onlar azərbaycançı qüvvələr deyil, Azərbaycanı sevmirlər və onlar doğrudan da “5-ci kolon”dular. Bütün bu məsələlərin aşkara çıxarılmasında yeni yaranan siyasi konfiqurasiyanın rolu oldu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Məndən istənilən rüşvəti vermədiyimə görə buranı sökəcəkləri ilə hədələdilər" - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:49
VAR... amma YEYƏ BİLMİR... - İDDİA
Bu gün, 09:41
Krım, ümumiyyətlə, müzakirə mövzusu olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:39
“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…
Bu gün, 09:35
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru