"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi .....                     "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." .....                     Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                     Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası .....                     Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri .....                     Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? .....                     Sabah əfv komissiyası yenidən toplaşır .....                     Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? .....                     Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə .....                     Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… .....                     Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… .....                     Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                 

Etibarsız qonşunun Ermənistanla qucaqlaşmasına xalq sözünü deyəcək - GƏLİŞMƏ
Tarix: 30-11-2022, 08:46 | Çap et
Etibarsız qonşunun Ermənistanla qucaqlaşmasına xalq sözünü deyəcək
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, yaxın qonşuluğa, tarixi əlaqələrə istinad edən münasibətinin, təmkinli davranışlarının qarşılığında İrandakı rejimin avantürist davranış sərgiləməsi müşahidə olunur. Cənub qonşumuz heç bir əndazəyə sığmayan tərzdə aqressiya nümayiş etdirir, Azərbaycana qarşı absurd iddialar və ittihamlar səsləndirir. Xüsusən son vaxtlar baş verən siyasi gərginlik fonunda İranın əsəbi davranışları açıq-aşkar müşahidə olunmaqdadır. İstər öz vətəndaşlarına, istərsə də qonşu dövlətlərə qarşı riyakarlığı ifşa edildikcə molla rejimi daha da aqressivləşir. Hakimiyyət bu aqressiyanın bir hissəsini ölkə üzrə rejimə qarşı etiraz edən aksiya iştirakçılarına, bir hissəsini isə Azərbaycan dövlətinə qarşı yağdırmağa başlayıb. Ermənistana hərbi, siyasi və iqtisadi dəstəyini əsirgəməyən İran paralel olaraq Azərbaycana qarşı da müxtəlif addımlar atır. Tehran artıq riyakar siyasətini “müsəlman təəssübkeşliyi”, “din və məzhəb qardaşlığı” pərdəsi ilə gizlədə bilmir. Əksinə, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi, xalqımızda daha çox ikrah hissi oyadır. İran əslində dini dəyərləri öz siyasətinə alət edən bir dövlət kimi özünü ifşa edir. Özünü din adı altında təbliğ edən bu ölkənin əslində dinimizin əleyhinə olan addımları səngimək bilmir. Həm mənəvi-əxlaqi, həm də tarixi dəyərləri tapdalayan rejim özünü qorumaq üçün çıxmadığı oyunlar qalmayıb. Artıq ədalətsizliyin, haqsızlığın məkanına çevrilən İran dünyanın dörd bir tərəfindən sıxışdırıldıqca, nifrətini, qəzəbi Azərbaycanın üzərinə tökür. Buna baxmayaraq, digər qonşusu olan Ermənistana pənah aparması onun əsl mahiyyətini və iç üzünü ortaya qoyur. İran artıq açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışır, ölkə daxilindəki sabitlik və asayişi pozmaq üçün din pərdəsi altında yaratdığı təxribatçı və casus qruplarını aktivləşdirir. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi son əməliyyatlar da bunu təsdiqlədi. İranın Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyəti aydın görünür. İran təkcə xarici siyasətindəki uğursuzluqlarının deyil, daxilindəki böhranlarının da günahını Azərbaycanda axtarır. İranın yerli mediasının Azərbaycan əleyhinə təbliğatı artmaqdadır. Daxildəki etiraz dalğalarını uydurma ssenarilərlə Azərbaycanla əlaqələndirirlər. Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırmağa çalışırlar. Doğrudanmı mövcud İran rejimi əhalisinin onları dəstəklədiyini düşünür? Halbuki əhalinin 30 milyondan çoxu azərbaycanlıdır. İranın qeyri-konstruktiv siyasətinin mahiyyətini anlamaq üçün əvvəlcə bu ölkənin siyasi quruluşuna və daxildə baş verən hadisələrə nəzər yetirmək lazımdır. İranın daxili siyasətinə nəzər saldıqda burada siyasi qüvvələrin iki əsas qanadda cəmləşdiyini görərik. Bunlardan biri islahatçılardır ki, hakimiyyətdə təmsil olunduqda İranın dünya ilə inteqrasiyasını gücləndirmək, sanksiyaların aradan qaldırılması üçün konsensus əldə etmək istəyindədirlər. Digər qanad isə mühafizəkarlardan ibarətdir. Bu qanadın bariz nümayəndəsi İbrahim Rəisidir ki, o da bu gün İranın Prezidentidir. Bu siyasi düşərgənin nümayəndələri radikal islamçılardan ibarətdir. Təsadüfi deyil ki, bu qanadın nümayəndəsi hakimiyyətə gəldikdən sonra əxlaq polisinə böyük səlahiyyətlər verildi. Bunun da nəticəsində 22 yaşlı qız baş örtüyünü düzgün örtmədiyinə görə öldürüldü. Bunların xarici siyasət xətti isə dünya ilə inteqrasiya deyil, Yaxın Şərqi siyasi monopoliyaya almaq və öz dini ideologiyasını yaymaqdan ibarətdir. Bu xətti radikal qanadın hakimiyyətdə təmsil olunan nümayəndələri xüsusi xidmət orqanlarının vasitəsilə qonşu dövlətlər arasında yaymağa cəhd edirlər. Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir. Diqqəti problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah qərbdəki, gah da şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür. Azərbaycan heç vaxt İran üçün təhlükə törətməyib və törətmir. Dəfələrlə ən yüksək siyasi səviyyədə bildirilib ki, Azərbaycanın İsrail və ya digər bir dövlətlə diplomatik münasibətləri qətiyyən İrana və ya üçüncü bir dövlətə qarşı yönəlməyib. Ölkəmiz xarici siyasətini milli maraqlarını nəzərə alaraq qurur və bu işdə kiminsə məsləhətinə ehtiyacı yoxdur.

DİA.AZ-ın məlumatına görə, millət vəkili Cavid Osmanov "Şərq"ə deyib ki, İran Azərbaycana qarşı riyakar, qonşuluğa yaraşmayan siyasət yürüdür. Deputatın sözlərinə görə, bu, İranın etibarsız qonşu olduğunu bir daha sübut edir:

"Azərbaycan beynəlxalq münasibətlər sistemində digər ölkələrlə qarşılıqlı əməkdaşlıq, dostluq, inkişaf və tərəqqi yolunu seçmiş bir ölkədir. Vacib istiqamətlərdən biri məhz region ölkələri ilə münasibətləri daha sıx əlaqədə qurmaqdır. Əslində İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, digər tərəfdən təcavüzkar Ermənistana hər zaman dəstəyini nümayiş etdirib. Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı qərəzli, riyakar və düşmənçilik siyasəti daha aşkar özünü büruzə verdi. Bu göstərir ki, müstəqil Azərbaycanın güclü-qüvvətli olmasını İranın gözü götürmür”.
Parlament üzvü qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsini tarixə qovuşdurandan sonra İran Zəngəzur dəhlizinin reallaşmasına açıq şəkildə maneə törətmək üçün əlindən gələni edir: “Hətta Ermənistan sərhədinin pozulmasını özünün “qırmızı xətt”i kimi, Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi qələmə verir. Təəssüf ki, islam dəyərlərinə qarşı xain siyasət yürüdən İranın din xadimlərinin Azərbaycan əleyhinə yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd bir əməldir. Tarix göstərir ki, İranın molla hakimiyyəti islam dəyərlərinə, həmrəyliyinə, birliyinə ən böyük zərbə vuran hakimiyyətdir. İran açıq şəkildə təxribatlara əl atır, müharibədən sonra Azərbaycan sərhədinə qoşun yığır, “hərbi təlim” adı ilə Azərbaycana hədə-qorxu gəlir. Yaxın tarixə baxsaq, əslində görərik ki, İranın riyakarlıq və yalançılıq xətti təkcə Azərbaycana qarşı münasibətdə deyil. Ümumilikdə, bu dövlətin siyasi davranış konsepsiyasında riyakarlıq və yalançılıq yer tutur. Onlar məqsədyönlü və açıq təxribatlara davam edərək özünü islam dövləti, müsəlman təəssübkeşi, Azərbaycanın mehriban qonşusu kimi təqdim etməyə çalışsa da, görürük ki, bunlar hamısı yalan ifadələrdir". C.Osmanov vurğulayıb ki, Azərbaycan İranla münasibətlərə hər zaman xüsusi həssaslıqla yanaşır.

Təəssüf ki, İran bunu anlamaq niyyətində deyil: "İranda 40 milyona yaxın azərbaycanlının olması müstəqil Azərbaycan dövlətinin mədəni və mənəvi dəyərlər baxımından bu ölkə ilə bağlılığı mövcuddur. İran isə orada yaşayan azərbaycanlıların haqlarını tanımır, onları hər zaman təqib edir, ana dilində təhsil almaqdan məhrum edir, ana dilində KİV-dən istifadəsinə qadağa qoyur. Fəalları hətta edam edirlər.

İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçilərinin, generallarının, ayətullahlarının çıxış etməsi İran təxribatlarının ölkəmizə qarşı miqyasının göstəricisidir. İndiki zamanda İran daxilində belə adamlar vasitəsilə Azərbaycana qarşı hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır. Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində İran casusları tərəfindən iş aparılır.

İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi bir daha sübut edir ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Çünki Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli, qlobal təşəbbüslərlə çıxış edən Azərbaycanla hədə və təhdid dilində danışmaq kimsəyə, ələlxüsus da İrana fayda verməz.

Çünki İran nəzərə almalıdır ki, bu gün onların hərbi birləşmələrinin daxilində mütləq əksəriyyəti azərbaycanlılar təşkil edir və Azərbaycan dövlətinə hər zaman sadiqdirlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru