Bakının üç əcnəbi media qərarı .....                     “Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” .....                     Azərbaycan Cüdo Federasiyası: .....                     “Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                 

“Real partiya kriteriyalarına cavab verənlərin sayı çox deyil” - Tural Abbaslı
Tarix: 29-06-2022, 08:40 | Çap et
 “Real partiya kriteriyalarına cavab verənlərin sayı çox  deyil”
31 illik müstəqillik dönəmində ölkədə 66 siyasi partiya rəsmi dövlət qeydiyyatına alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında partiyaların 2021-ci ilin maliyyə hesabatı ilə bağlı ən son məlumatlara görə, hazırda 58 partiya rəsmi dövlət qeydiyyatındadır. Rəsmi dövlət qeydiyyatına alınmasa da, öz mövcudluğunu bəyan edən partiyaların sayı daha çoxdur. 5,3 milyon seçicisi olan bir ölkə üçün bu qədər partiyaların olması nəinki cəmiyyəti sosial-siyasi, milli ideyalar ətrafında səfərbər edir, əksinə, xırda qruplara parçalayaraq dağınıq hala salır. Bu barədə “Turan”dakı məqaləsində ekspert Nəsimi Məmmədli yazır.

Ekspert yazır ki, ölkədə siyasi partiyaların rəsmi dövlət qeydiyyatına alınması ilə bağlı ən yüksək nəticə 1 illik Elçibəy iqtidarı dövrünə təsadüf edir. 1992-ci ilin iyul ayından 1993-cü ilin may ayınadək 10 ay ərzində 19 partiya rəsmi qeydiyyata alınıb.

Xatırladaq ki, həmin vaxt ölkədə çox ağır müharibə gedirdi. Minlərlə gəncin şəhid olduğu bir dövrdə bu qədər partiyanın yaranması cəmiyyətdə diqqəti müharibəyə deyil, siyasi rəqabətə yönəltmişdi. Müstəqilliyin ilk illərində qeydə alınan partiyaların çoxluğu cəmiyyətdə siyasi plüralizmə deyil, hərc-mərcliyə gətirib çıxarırdı.

10 illik mərhum prezident Heydər Əliyev iqtidarı zamanı 25, 18 illik İlham Əliyev iqtidarı zamanı isə 22 partiya dövlət qeydiyyatına alınıb. 1993-1995-ci illərdə 2 partiya Ali Məhkəmənin qərarı ilə ləğv olunub, 6 partiya isə Yeni Azərbaycan Partiyasının (YAP) 5 mart 2021-ci il tarixli VII qurultayında YAP-a qoşulmaqla bağlı qərar qəbul edib.

Ekspert iddia edir ki, partiyaların çoxluğu indi nə siyasi plüralizmə, nə də siyasi fəallığa yol açır. Eyni zamanda hərc-mərclik yaratmaq imkanları da yoxdur. “Nə qədər təzadlı görünsə də apolitik şəraitdə partiyaların çoxluğu demokratik proseslərə xidmət etmir. İnsanların partiyalara qeyri-ciddi münasibəti möhkəmlənir, siyasi fəaliyyətə meyl daha da azalır. Vətəndaşların partiyalardan gözləntisi məişət səviyyəsinə enir”.

Ekspertin iddiasından yola çıxaraq, bir neçə partiyanın buna münasibətini öyrənməyə çalışdıq. Ölkədə siyasi partiya bolluğu pisdirsə, niyə, yaxşıdırsa, nəyi?

AĞ Partiya başqanı Tural Abbaslı sualımızın səbəblərini belə izah etdi: “Hesab edirəm ki, partiyaların çoxluğunu və ya azlığını dövlət inzibati resurslarla tənzimləməməlidir. Dünyanın heç bir yerində bu tənzimləmə məcburi qaydada deyil. Məsələn, ”heç bir dövlətdə beş partiyadan artıq partiya ola bilməz, yaxud 10 il ərzində bu qədər partiyadan artıq partiya qeydə alınmamalıdır" kimi təcrübə yoxdur. Odur ki, partiyaların çoxluğunu və ya azlığını dövlətlərdə siyasi struktur müəyyən edir. Mən də razıyam ki, bu gün ölkəmizdə kifayət qədər partiyalar var. Amma 58 partiyanın içərisində real partiya kriteriyalarına cavab verənlərin sayı heç bir əlin barmaqlarının sayı qədər deyil. Burada da obyektiv və subyektiv səbəblər var. Məsələn, deyə bilərik ki, insanların bəziləri partiyalardan sırf iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün istifadə edirlər. Onlar siyasi partiyanın fəaliyyəti istiqamətində heç bir addım atmırlar. Onların məqsədi özlərini partiya lideri, sədri kimi göstərərək, hakimiyyətdən bu və ya digər imtiyazlar əldə etmək, maliyyə gəlirlərinə nail olmaq, özlərinə və ətraflarına şərait yaratmaqdır. Bütün bunlar göz önündədir. Partiyaların güclü olmaması, siyasi proseslərə təsir etməmə səbəblərinə gəlincə, bu, daha çox hakimiyyətin proseslərə yanaşma tərzindən doğur. Bir sözlə, iqtidar məqsədyönlü şəkildə apardığı siyasətlə partiyaları siyasi səhnədən sıxışdırıb çıxarıb. Bura proporsional seçkinin ləğv edilməsi, partiyaların dövlət idarəçiliyindən uzaqlaşdırılması, repressiya və digər amillər daxildir. Bu səbəblərdən partiyaların güclənməsinin hər zaman qarşısı alınıb. Ümumilikdə, YAP da daxil, Azərbaycanda partiya kriteriyalarına cavab verən partiyaların sayı olduqca azdır. Bu da təkcə müxalifətin deyil, hökumətin də zəifliyidir. Dövlətdə partiyalar ictimai fikrə təsir edə bilmirlərsə, bu, dövlətin xarici qüvvələr qarşısında zəifliyinin göstəricidir. Partiyaların gücünü isə ədalətli seçkilər göstərir. Hakimiyyəti də arada başa düşmək olur, çünki şəffaf seçkilərdə yaxşı bilirlər ki, məğlub olacaqlar. Onun üçün də saxtakarlığa gedirlər. Amma demokratik seçkilərə çox ehtiyac var. Hakimiyyət bunun üzərində düşünməlidir".

ALDP rəhbəri Fuad Əliyev bildirdi ki, əhalinin əksəriyyəti bitərəfdir: “Siyasi partiyaların çox və yaxud az olması heç nəyi dəyişmir. ABŞ-da 200, Rusiyada 32, İtaliyada 100, Fransada 70-ə yaxın partiya var. Hesab edirəm ki, əsas neçə partiyanın olması deyil. Hesab etmirəm ki, partiyaların çoxluğu cəmiyyəti xırda qruplara parçalayır. Bütün siyasi partiyaların üzvlərinin sayı heç bir milyon etmir. Seçicilərin sayı isə 5,3 milyondur. Qalan 4,3 milyon bitərəflərdir. Cəmiyyətin böyük bir hissəsi heç bir partiyanın üzvü deyil. Bunun harası xırda qruplara parçalanır? Əsas partiyaların fəaliyyətindən asılıdır. Əgər təsis olunan partiya uzun müddətdir fəaliyyətsizdirsə, bax, onda sual yaranır - kimə və niyə bu partiya lazımdır?! Hər bir yaranan siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Fərq etmir, təkbaşına və yaxud koalisiya formasında gəlir. Bunun üçün də aktiv siyasi fəaliyyətdə olmalıdır. Siyasi partiyalar prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməlidirlər. Mütəmadi olaraq mətbuatda, sosial şəbəkələrdə, cəmiyyətdə olan müxtəlif problemlərlə bağlı açıqlamalar verilməlidir. Azərbaycanda qeydiyyatdan keçən 58 siyasi partiyanın 25-nin az-çox fəaliyyəti var. Qalanların fəaliyyəti demək olar ki, yoxdur. Üç il bundan qabaq iqtidar-müxalifət dialoquna start verilməsəydi, bu partiyaların adlarını, mövcudluğunu heç bilməyəcəkdim. Baxmayaraq ki, onlar bu prosesdən yararlanıblar, ofislə təmin olunublar, yenə də fəaliyyətləri görsənmir. Hesab edirəm ki, siyasi partiyaların cəmiyyətdə nüfuzun qaldırılması heç də partiyaların sayın azalmasından keçmir. Birinci növbədə proporsional seçki sistemi bərpa olunmalıdır. Bununla da həm partiyalarda daxili sağlam rəqabət olacaq, həm də bitərəf seçicilərin rəğbətini qazanmaq uğrunda rəqabət olacaq”.

YAP-çı deputat Ceyhun Məmmədov isə məsələyə bu cür şərh verdi: “Hesab edirəm ki, siyasi partiyaların çoxluğu heç də demokratiya ilə əlaqələndirilməli deyil. Sadəcə, burada əgər siyasi partiya çoxdursa, demokratiyaya xidmət edir, demokratik mühitdən xəbər verir. Düşünürəm ki, partiyaların konkret planları, məqsəd və məramları olmalıdır. Partiyaların ölkənin ictimai-siyasi həyatında rolu görünməlidir. Hər bir partiya proseslərdə aktiv olmalıdır. Əgər bir partiyanın varlığı və yoxluğu bilinmirsə, o barədə biz ciddi düşünməliyik. Cəmiyyətdə gedən proseslərdə partiyalar aktiv rol oynamağı bacarmalıdırlar. Müxalifətçilik o demək deyil ki, ölkədə gedən bütün proseslərə neqativ münasibət sərgiləsinlər. Dünyada ümummilli məsələdə iqtidarla müxalifət vahid mövqedən çıxış edirlər. Partiyanın ideoloji xətti, yanaşması, hədəfləri olmalıdır. Partiyalar ətraflarına insan kütləsi yığmağı bacarmalıdırlar”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının üç əcnəbi media qərarı - informasiya təhlükəsizliyi gücləndirilir
Bu gün, 12:07
“Ermənistan konstitusiyasını dəyişməyənə qədər sülh OLMAYACAQ” - Daria Qrevtsova
Bu gün, 12:03
Azərbaycan Cüdo Federasiyası: - "Səid Mollayi hazırda millinin üzvü deyil"
Bu gün, 12:00
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru