“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu .....                     Pirverdiyevin başı “Azercell”ə qarışıb: .....                     Almaniyanın gələcək kansleri: .....                     Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir .....                     Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil .....                     Avropa İttifaqı erməniləri belə silahlandırır .....                     "Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm" .....                     Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... .....                     Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi .....                     'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' .....                     Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” .....                     Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi .....                     Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub .....                     “Villa Badam” fəhləni borca salıb .....                     Britaniya nüvə münaqişəsinə hazırlaşır .....                     Rektora qarşı AĞIR İTTİHAMLAR... .....                     İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək .....                     “O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” .....                     Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... .....                     Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır .....                     Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi .....                     3 ildə Ukraynada öldürülən .....                     Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi .....                     Professor iranpərəstlərin hədəfinə çevrilib .....                     Paşinyanın bu qərarı aranı qarışdıracaq... .....                     “Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” .....                     Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... .....                     "Fevral ayının 19-dan platformada qalmışıq!" .....                     Salyanda fermerin torpağı zorla əlindən alınıb .....                     Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                 

"Bu, Rusiyanın özünün Ermənistan və Azərbaycana qarşı tutduğu mövqedir" - deputat
Tarix: 8-06-2022, 09:41 | Çap et
"Bu, Rusiyanın özünün Ermənistan və Azərbaycana qarşı tutduğu mövqedir"
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Razi bəy, Ermənistanda aksiyalar səngimir. Paşinyan komandası isə etirazlar fonunda Azərbaycanla əldə edilən razılaşmalara əməl etməkdə ləng tərpənir. Gözləntilər nədən ibarətdir?

- Ermənistana etibar etmək olmaz. Çünki bu dövlətin siyasətində heç vaxt daimilik, stabillik, yoxdur. Bu ölkənin rəhbərliyi İrəvandan uzaqlaşıb Brüsselə gedir, oradakı reallıqları görür və qəbullanır. Amma Ermənistana qayıdanda yenə də fikrini dəyişir. Moskvaya gedəndə isə fikrini “qətiləşdirir”. Bütün bunlar isə uzunmüddətli sülh müqaviləsinin bağlanmasının qarşısını alır. Burada erməni müxalifətinin Nikol Paşinyana qarşı apardığı mübarizənin də pozuculuğa xidmət etdiyini söyləmək olmaz. Ermənistan müxalifətinin N.Paşinyana qarşı apardığı daxili mübarizə və nəhayətdə onun hakimiyyətinin devrilməsi bu ölkənin üzərinə götürdüyü öhdəlikləri gecikdirə bilər. Bu haradasa, başadüşülən də olar. Amma N.Paşinyan da çox gözəl bilir ki, bu prosesi gecikdirməklə o vəziyyəti daha da çətinləşdirir. Məsələlər uzandıqca N.Paşinyanın əli-qolu daha çox bağlanır. Beləliklə də o sülh müqaviləsindən və sərhədlərin delimitasiyası, demarkasiyasından da imtina etmiş olur. Bu baxımdan burada N.Paşinyan və komandasının da siyasətini ciddi şəkildə görmək mümkün olmur.

- Paşinyan sülhə hazırdır, kənar qüvvələr revanşistlərin əli ilə ona mane olur. Belə yanaşma daha çox vurğulanır...

- Bu, Rusiyanın özünün Ermənistan və Azərbaycana qarşı tutduğu mövqedir. Ona görə ki, bu danışıqlarda gözə çarpan nəticə Brüsseldə əldə olunur. Bu da Moksvanı qıcıqlandırır. Çünki Kreml arzulayır ki, Azərbaycanla Ermənistan arasında olacaq bütün məsələlər onun nəzarətində həll olunsun. Ona görə də prosesdə bu məsələlərin də ciddi əngəl olduğunu yaddan çıxarmaq olmaz.

- Hazırda Ermənistanda hakimiyyət dəyişikliyi real görünürmü?

- Ermənistanda hakimiyyətin dəyişməsi bizi o qədər də maraqlandırmır. Ümid etmək olmaz ki, Paşinyan ermənilərin içərisində ən yaxşısıdır, biz onunla sülh müqaviləsini imzalaya bilərik. Bu kimi yanaşmalar qəbul edilmir. Əgər bu ölkədə real hakimiyyət dəyişərsə, Azərbaycanın, əksinə daha geniş imkanları yaranar və əli-qolu daha çox açılar. Dövlətimiz Paşinyanın hakimiyyətdən gedəcəyi təqdirdə Ermənistanın əvvəlki baş nazirinin həyata keçirə bilmədiyi məsələləri əsas gətirərək yeni hökumətlə də bunun olmayacağının mümkünlüyü gündəliyə gətirər. Bu zaman Azərbaycanın özü üçün haqlı mövqeyi bir daha önə çıxar. Bununla da separatizmi birdəfəlik məhv etmək üçün ciddi addımlar atılar.

- Bəs sülhməramlılar məsələsi?

- Sözsüz ki, prosesə yeganə maneə ola biləcək qüvvə rus sülhməramlılarıdır. Amma Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, sülhməramlıların da Azərbaycan ərazisində çıxarılması üçün əsas yarana bilər. Azərbaycan bu məsələni gündəmə gətirməlidir. İstənilən halda Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycanın fikirlərinə, düşüncələrinə təsir etməyəcək. Bu ola bilsin Azərbaycanın mövqeyini daha da qətiləşdirər. Bununla da ölkəmiz Ermənistanla həll ediləcək məsələlər üçün digər vasitələrdən, hərbi, siyasi imkanlardan istifadə edə bilər.

- Erməni müxalifəti “Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur” tezisini gündəmə gətirməyə çalışır ...

- Bu gün Ermənistanda baş verənlər bizi qətiyyən maraqlandırmamalıdır. Orada hər hansı bir siyasi fiqurun nə deməsi heç bir əhəmiyyət kəsb etmir. Onlar Azərbyacanın ərazi bütövlüyünə qarşı iddia ilə çıxış edə bilməzlər. Ermənilərin iddialarına isə ümumiyyətlə fikir vermək lazım deyil. Çünki bu toplum ancaq xülyalarla yaşayır. Bu günlərdə ermənilər iddia edib ki, İlon Mask onların ideyasını oğurlayıb, Marsa uçur. Göründüyü kimi bu toplum xəstə təxəyyüldən qurtula bilmir. Onlar ya tamamilə dəlidir, ya da xəstəliyə düçar olublar. İndi də iddia edirlər ki, “Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Orada ermənilərin dövləti olmalıdır və sonradan bunu Ermənistana birləşdirməliyik”. Bu sözsüz ki, yersiz sayıqlamalardır. Bu cür sayıqlamalar Azərbaycanı daha qətiyyətli addım atmağa sövq edir. Artıq onların bu cür davranışları Azərbaycanı yekunda məsələnin ikinci fazasını başladaraq güc yolu ilə prosesi yekunlaşdırmağa vadar edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sədərək”dəki mühafizə xidmətindən oğurluq edən şəxslər məhkəmə zalından həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:37
Pirverdiyevin başı “Azercell”ə qarışıb: - “AzTeleKom”un 21.7 milyonluq tenderi ləğv edildi
Bu gün, 11:33
Almaniyanın gələcək kansleri: - "Avropada vəziyyət pisləşib"
Bu gün, 11:30
Maraqların toqquşması qərarların obyektivliyinə təsir edən mühüm faktorlardan biridir - AZAL
Bu gün, 11:26
Taksilərə vahid qiymət tətbiq etmək mümkün deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 11:20
Avropa İttifaqı erməniləri belə silahlandırır - TƏFƏRRÜAT
Bu gün, 11:17
"Musaya böyrəyimi vermərəm, öz canımı daha çox sevirəm"
Bu gün, 11:13
Naxçıvana avtobus işləmir... AMMA BİLET SATILIR... - NARAZILIQ VAR...
Bu gün, 11:07
Novxanı bağlarında qonşu həyətini “karyerə” çevirdi – APA TV
Bu gün, 11:02
'Uşağımı bu vəziyyətə salan həkimləri qoruyurlar' - Bir ildir komada olan 11 yaşlı Xədicənin anası
Bu gün, 10:57
Avropa İttifaqının dağılmasının Azərbaycana faydası böyük olacaq...” - Tahir Cəfərli
Bu gün, 10:52
Ekspeditor çalışdığı “İnteqral” şirkətinin pulunu mənimsədi - MƏHKƏMƏ
Bu gün, 10:51
Hərbi ekspert Ədalət Verdiyevin məhkəməsinin vaxtı məlum olub - DETALLAR
Bu gün, 10:49
“Villa Badam” fəhləni borca salıb – Prezidentə məktub
Bu gün, 10:46
Britaniya nüvə münaqişəsinə hazırlaşır - "Daily Express"
Bu gün, 10:40
Rektora qarşı AĞIR İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:38
İpoteka və Kredit Zəmanət Fondunun yeni binası 18 milyon manata təmir ediləcək
Bu gün, 10:18
“O da mənim kimi evini dələduzlardan ala bilmədi, ürəyi dayandı” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Trampın Putinə loyallığı Moskvanı ruhlandırıb... - Azərbaycanın rəyi necə olmalıdır?
Bu gün, 10:10
Kopırkinin İrəvandakı təmasları xəbərdarlıqdır - ÇÜNKİ...
Bu gün, 09:54
Daşqın Rəcəblinin bacısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:43
3 ildə Ukraynada öldürülən Rusiya hərbçilərinin SAYI
Bu gün, 09:41
Ermənistan XİN Akopyanın diplomatları təhqir etməsini şərh etmədi - KİV
Bu gün, 09:40
Professor iranpərəstlərin hədəfinə çevrilib - AÇIQLAMA
Bu gün, 09:39
Paşinyanın bu qərarı aranı qarışdıracaq... - Ciddi dəyişikliklərə gedir
Bu gün, 09:30
“Bakı-Moskva münasibətləri niyə “qara qutu” üzərində qaldı?” - Zahid Oruc
Bu gün, 09:27
Əmək Məcəlləsi `Quran` ayəsi deyil ki... - Ekspert danışır...
Bu gün, 09:17
"Fevral ayının 19-dan platformada qalmışıq!" - NEFTÇİLƏR HARAY ÇƏKDİ...
Bu gün, 09:13
Salyanda fermerin torpağı zorla əlindən alınıb - VİDEO
Bu gün, 09:09
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru