Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                 

"Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..." - deputat
Tarix: 4-03-2022, 08:52 | Çap et
"Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..."
Rusiya–Ukrayna müharibəsi gərginləşən xətt üzrə inkişaf edir. Müharibə region və dünyanın geosiyasi, geoiqtisadi düzəninə öz təsirini göstərməkdədir. Müharibə tərəflərinin Belarusla sərhəddə apardığı danışıqlara ümid bəslənsə də, ilkin mərhələnin nəticəsiz qalması müharibənin bəlli olmayan müddətə qədər uzanma versiyasını ortaya çıxarıb. Regionda müharibə aparan dövlətlərlə müəyyən müttəfiqlik əlaqələri olan ölkələr belə bir vəziyyətdə hansı addımlar atmalı, hansı tədbirləri görməlidir? DİA.AZ xəbər verir ki, bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahib Alıyev bu səpkidə maraqlı fikirlər söyləyib.

- Sahib müəllim, bu gün dünyanın müxtəlif təhlil mərkəzlərində müzakirə obyekti olan Ukrayna–Rusiya müharibəsini necə təhlil edərdiniz?

- Ruslarla ukraynalıların bir-birlərinə nə qədər yaxın xalq olduqlarını biz hamımız yaxşı bilirik. Bu səbəbdən Ukrayna ilə Rusiya arasında baş verənləri onun necə nəticələnməsindən asılı olmayaraq, mən hər iki tərəf üçün faciə sayıram.

- Ukrayna–Rusiya müharibəsində Azərbaycanın tutduğu mövqeni necə dəyərləndirərdiniz?

- Azərbaycan xalqı baş verənləri ürəkağrısı və bəlli bir narahatlıqla izləyir.

Birincisi, hər iki dövlətdə yüz minlərlə soydaşımız yaşayır, savaşın bütün ağrı və açılarını onlar da öz üzərlərində hiss edəcəklər və edirlər. Çox təəssüf ki, Ukraynada yaşayan azərbaycanlılardan artıq həlak olanlar da var.

İkincisi, savaş ölüm, itki və dağıntı deməkdir ki, biz bunu heç kimə arzulamırıq, dost gözü ilə baxdığımız dövlətlərə isə heç arzulamırıq. Azərbaycan hər iki dövlətlə qarşılıqlı faydaya dayanan sıx əməkdaşlıq qurub, savaş isə istər-istəməz onlarla ticarət dövriyyəmizə və iqtisadi əlaqələrimizə də təsirsiz ötüşməyəcək.

Söhbət ukraynalı və rusiyalılardan gedirsə, unutmaq lazım deyil ki, hər iki xalqın təmsilçilərim ilə fərdi dostluq əlaqələri olanlarımız da az deyil. Yəni bütün bunları göz önünə gətirib biz çox istərdik ki, Rusiya və Ukrayna aralarındakı problemi sülh yolu ilə həll etsinlər. Savaş başlanandan və hələ ondan öncə də dövlət başçımızın hər iki ölkənin prezidentləriylə keçirdiyi görüşlərdə və apardığı danışıqlarda da, Azərbaycanın məhz buna səy göstərdiyi kimsəyə sirr deyil.

- Sosial şəbəkələr, Azərbaycan ictimaiyyəti ölkəmizin Ukraynaya yardım məsələsinə birmənalı yanaşmır. Necə hesab edirsiniz, Azərbaycan bu istiqamətdə hansı mövqeni sərgiləməlidir?

- Azərbaycan hansı mövqeni sərgiləməlidirsə, onu da sərgiləyir. Bilirsiniz, əgər söhbət sosial şəbəkələrdən gedirsə, təəssüf ki, orada çox vaxt populizmin aşıb-daşdığını görürük. Xarici siyasət isə populizmi yox, soyuq praqmatizmi sevir. Ukraynaya yardıma gəldikdə, bu humanitar addımdır, tərəf tutmaq deyil. Və çətin anlarında Azərbaycanın Ukraynanı dəstəkləməsi də birinci dəfə baş vermir. Hələ Kuçmanın prezidentliyi dönəmində Ukraynada kəskin yanacaq qıtılığı yarananda da, Azərbaycan bu dost dövlətdən öz yardımını əsirgəməmişdi. Qonşu Gürcüstana, Belarusa yanaşmada da zaman-zaman oxşar addımlar atılıb.

- Rusiya ilə imzalanmış Moskva bəyannaməsinin fonunda bu müharibə Azərbaycanla Ukrayna əlaqələrində hansı maneələri yarada bilər?

- Nə maneə yaranacaq? Bizim müttəfiqliyimiz heç kimə qarşı yönəlməyib və cənab İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də bildirdiyi kimi, sözügedən sənəd əslində son 30 ildə iki dövlət arasında formalaşmış münasibətlərin rəsmi təsbitidir. Bu sənəddən yeganə narahatlıq keçirənlər Ermənistandakı revanşsitlərdir, başqa heç kim. Ukraynada heç bir ciddi siyasətçi o Bəyantla bağlı bir kəlmə də olsun mənfi fikir bildirməyib. İstəyirəm xatırladım ki, Prezident Zelenski məhz bu sənədin imzlanmasından bir neçə gün sonra cənab İlham Əliyevi ölkəsinin dostu adlandırdı.

- Dünyada Rusiyaya qarşı yönələn sanksiyalara Azərbaycanın qoşulma ehtimalı nə dərəcədədir? Ümumiyyətlə, bu yanaşmanın özü nə qədər düzdür?

- Azərbaycan indiyə kimi qonşularından heç birinə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və bundan sonra da inanmram ki, qoşulsun. Biz bu qəbildən olan məsələlərdə ancaq və ancaq öz dövlət maraqlarımızdan çıxış edirik. Azərbaycanın dövlət marağı isə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan, dayanıqlı, proqnozlaşdırlan əlaqələr qurulmasını tələb edir.

- Sahib müəllim, ötən gün Böyük Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Xanım deputat əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”. Nə baş verir, kimdir ölkəmizi sanksiya qalmaqalına cəlb etməyə cəhd edənlər və niyə?

- Azərbaycan Ukraynadakı proseslərə yanaşmada həmişə beynəlxalq normalardan çıxış edib və BMT-də səsvermədə də, digər formatlarda da bununla bağlı prinsipial mövqe ortaya qoyub.

Savaşöncəsi və başladıqdan sonra Azərbaycanın göstərdiyi səylər az öncə vurğuladığım kimi ortadadır, Ukraynaya etdiyi yardımlar da. Azərbaycanın dövlət başçısını ölkəsinin dostu adlandıran, Rusiya ilə danışıqların məhz Bakıda keçirilməsi tərəfdarı olduğunu deyən Prezident Zelenski ölkəmizin baş verənlərə yanaşmada tutduğu mövqeni, kimin yanında olduğumuzu daha yaxşı bilir, yoxsa xanım Hodc?

Bilirsiniz, Marqaret Hodc başqasına böhtan atdığına görə rəsmi şəkildə üzr istəməsiylə tanınan biridir. İndi bilmirəm, Azərbaycandan da üzr istəyəcək, ya yox, amma onun ölkəmiz haqqında parlamentdə səsləndirdikəri böhtan idi.

Bu gün guya Ukraynanın dostu kimi çıxış edən, eyni zamanda dəstək göstərən dövlətlərin kaş hamısının ukraynalılara yanaşmaları bizim kimi olaydı, səmimi xarakter daşıyaydı. Heç kimə sirr deyil ki, bu gün Ukraynada yaşananların səbəbkarlarından biri də qərbdəki bəlli çevrələrdir. Heç kimə o da sirr deyil ki, həmən çevrələr istəsəydilər, vaxtında bu savaşın qarşısını ala bilərdirlər. Bunun üçün indi sərgilədikləri mövqeni, qətiyyəti savaş öncəsi sərgiləmləri lazım idi və əslində Ukrayna Prezidenti də Münhendəki çıxışında onlardan bunu tələb edirdi, amma sərgiləmədilər, əksinə, Rusiya ilə Ukraynanı üz-üzə qoymaq üçün əllərindən nə gəlirsə etdilər və təəssüf ki, məqsədlərinə də çatdılar.

- Rusiyanın hərbi müdaxiləsi hansı halda dayana bilər və bu prosesdə Azərbaycan və Türkiyənin vasitəçiliyi öz sözünü necə deyəcək?

- Görülən hazırlıq, atılan bütün addımlar göstərir ki, yaxın gələcəkdə savaş nəinki dayanacaq, əksinə, qarşıda daha intensiv və daha qanlı döyüşlər, daha böyük dağıntılar gözlənilir.

Azərbaycanla Türkiyənin vasitəçiliyinə gəldikdə, hər iki dövlət həm ayrılıqda, həm də sinxron şəkildə öncə də vurğuladığım kimi, məhz savaşın baş verməməsinə, savaş baş verdikdən sonra isə dayandrılmasına çalışıblar, bu gün də çalışırlar. Çox təəssüf ki, bizim səylərimiz hələlik müsbət nəticə vermir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Dünən, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Dünən, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Dünən, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Dünən, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Dünən, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Dünən, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 14:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru